Icma.az
close
up
RU
Trampın 100 günlük planı : Kağız üzərində qalıb?

Trampın 100 günlük planı : Kağız üzərində qalıb?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tramp administrasiyası Ukraynada atəşkəsin 30 aprelə qədər, yəni Trampın prezidentliyinin ilk 100 günü başa çatmadan təmin olunmasına çalışır. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Britaniyanın "The Economist" jurnalı məlumat yayıb.
Nəşr Trampın ilk 100 gün üçün 10 əsas prioritetini qeyd edir:

• Ukrayna münaqişəsinə son qoymaq,

• ABŞ-nin cənub sərhədini bağlamaq,

• Qeyri-qanuni miqrantların kütləvi deportasiyasına başlamaq,

• Kanada və Meksikadan idxal edilən mallara 25 % gömrük rüsumu tətbiq etmək,

• İnflyasiyanı aşağı salmaq,

• Neft və qaz hasilatını artırmaq,

• Əvvəlki administrasiyanın iqlim dəyişikliyi ilə bağlı qəbul etdiyi qərarları ləğv etmək,

• Cinsiyyətini dəyişən şəxslərin idman yarışlarında iştirakına qadağa qoymaq,

• ABŞ-də doğulanlara avtomatik vətəndaşlıq verilməsi praktikasını ləğv etmək,

• 2021-ci il Kapitoliyə hücumda ittiham olunanları əfv etmək.

Jurnal bu hədəflərdən yalnız birinin, Kapitoliyə hücumda iştirak edən 1,5 min nəfərin əfv edilməsinin həyata keçirildiyini qeyd edir. Tramp bu qərarı 20 yanvar inaqurasiya günündə verib. 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və Donald Tramp martın 18-də telefon danışığı aparıblar. Onlar Ukraynada 30 günlük atəşkəs, eskalasiyanın qarşısının alınması şərtləri və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər.

Putin Trampın Ukraynadakı enerji infrastrukturuna zərbələr endirməkdən qarşılıqlı imtina etməsi təklifini qəbul edib.

ABŞ və Rusiya arasında Qara dəniz razılaşması martın 24-də Ər-Riyadda Rusiya və ABŞ ekspertlərinin məsləhətləşmələri baş tutub. 
Nəticədə Moskva və Vaşinqton Qara dəniz təşəbbüsünü həyata keçirmək, o cümlədən dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək barədə razılığa gəliblər. Həmçinin, Rusiya və Ukraynanın enerji obyektlərinə hücumların 30 gün müddətinə dayandırılması üçün tədbirlər hazırlanacaq. 

Kremlin məlumatına görə, Rusiya ilə ABŞ arasında Qara dənizlə bağlı əldə edilən razılaşmalar yalnız Rusiyaya məxsus gəmilərdən, "Rosselxozbank" və digər aqrar məhsulların ixracını təmin edən banklardan sanksiyaların götürülməsindən sonra qüvvəyə minəcək.

Səbinə Uğur
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Mart 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see427

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see341

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see302

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see293

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see237

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see236

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see214

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see209

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see199

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see187

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see187

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see181

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see177

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see176

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see171

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see167

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see149

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri