Rusiyanın Kiyevə raket hücumu səfirliklərə də zərər vurub
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyanın ötən gecə Kiyevə şiddətli raket-dron hücumları nəticəsində çoxsaylı binalar, zavodlar dağılıb.
Gununsesi.info zərər görən əsas obyektlərin siyahısını təqdim edir:
– “Bayraktar” dron zavodu 2 raketlə vurulub;
– Azərbaycan səfirliyinin binasının 100 metrliyinə raket atılıb, səfirliyin pəncərələri sınıb, damında çatlar yaranıb;
– Britaniya Şurasının binasına zərər dəyib;
– Avropa Birliyi nümayəndəliyinin ofisinə zərər dəyib.
Kiyevdə 4-ü uşaq, 18 dinc sakin həlak olub. Xarkovda ölənlər arasında bir azərbaycanlı da var.
Bir həftə əvvəl isə Rusiya Ukraynanın Mukaçovo şəhərində yerləşən ABŞ şirkətinə məxsus müəssisəyə raket zərbəsi endirmişdi.
Putinin bu davranışı Trampın növbəti sülh təşəbbüsünə açıq-aşkar tüpürməkdir.
ABŞ başda olmaqla, müasir dünya nəhayət anlamalıdır ki, Rusiyanın başındakı obsessiv sindroma düçar olmuş psixopatı dialoq yoluyla, qabağından geri çəkilməklə dayandırmaq mümkün deyil. Əksinə, bu cür hərəkət etmək, yəni zəiflik nümayişi onun aqressiv-heyvani instinktlərini daha da tətikləyir.
Hətta Ukrayna ilə bağlı bütün tələbləri yerinə yetirlisə belə, rus imperializmi (məsələni sırf Putinin personası ilə məhdudlaşdırmaq doğru olmaz) dayanmayacaq, sadəcə, öz itkilərini, çatışmazlıqlarını kompensasiya edərək növbəti ekspansiyalar üçün ciddi hazırlığa başlayacaq.
Bunun dərk edilməsi üçün daha nələr baş verməlidir?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 28 Avqust 2025 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















