Icma.az
close
up
RU
Rusiyanın Kiyevə raket hücumu: Klimenko ölənlərin sayını dəqiqləşdirdi

Rusiyanın Kiyevə raket hücumu: Klimenko ölənlərin sayını dəqiqləşdirdi

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Rusiya işğalçılarının Ukraynanın paytaxtı Kiyevə endirdiyi raket hücumu nəticəsində hazırda 8 nəfərin öldüyü təsdiqlənib. Əvvəlcə həlak olduğu düşünülən doqquzuncu şəxs isə əslində qalıq halında olan cəsəd parçalarıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko “Azadlıq Radiosu”na verdiyi açıqlamada bildirib.

“Hazırda biz dəqiq şəkildə 8 nəfərin öldüyünü deyə bilərik. Doqquzuncu şəxs, əvvəlcə öldüyü güman edilən, sadəcə qalıqlardır, onlar hazırda ekspertizadadır… 70-dən çox insan yaralanıb, onlardan 44-ü xəstəxanalardadır”, – deyə Klimenko bildirib. O əlavə edib ki, dağıntılar altında hələ də cəsədlər ola bilər.

Ukrayna mediasının məlumatına görə, ilkin məlumatlara əsasən, hücum nəticəsində bir ailədən iki uşaq həlak olub.

“Bildiyim qədərilə iki uşaq ölüb. Valideynləri bağ evinə gediblər. Bu ilkin məlumatdır, hələ dəqiqləşdirilməlidir”, – deyə Klimenko vurğulayıb.

Kiyev şəhər hərbi administrasiyasının nümayəndəsi Yevgeni İevlev “Novosti.Live” kanalına açıqlamasında bildirib ki, yaralıların yaşı 1,5 yaşdan 80 yaşa qədər dəyişir. O qeyd edib ki, Kiyevin bir çox rayonları hücuma məruz qalıb. Avtomobillər yanıb, qarajlar və inzibati binalar qismən dağılıb.

Bu gün, 24 aprel tarixində Rusiya Ukraynanın bir sıra şəhərlərinə, o cümlədən Kiyevə raket və dronlarla zərbələr endirib. Paytaxtın Svyatoşin rayonunda yaşayış binasında yanğın baş verib və bina qismən dağılıb.

Müdafiə məsələləri üzrə ixtisaslaşmış Defense Express ekspertləri bildiriblər ki, qalıqların təhlilinə əsasən, Rusiya Kiyevə qarşı həyata keçirdiyi bu birləşmiş hücumda Şimali Koreyaya məxsus KN-23 ballistik raketlərindən də istifadə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 24 Aprel 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri