Icma.az
close
up
RU
“Rusiyanın məqsədi dünya imkan verdikcə Ukraynanı məhv etməkdir“ Zelenski

“Rusiyanın məqsədi dünya imkan verdikcə Ukraynanı məhv etməkdir“ Zelenski

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Ukrayna müharibənin ilk saniyəsindən etibarən sülhə can atır, masada tamamilə realist təkliflər var..."

Rusiya adlı təcacüzkar ölkənin rəhbərliyi yalnız Ukraynaya daha çox ziyan vurmağın yollarını axtarır, hələ ki, dünya buna mane olmur.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski martın 8-də növbəti müraciətində bəyan edib. Məlumatı "gordonua.com" nəşri yayıb.

"Rusiya hər gün qəddarlığı ilə sübut edir ki, Moskva üçün heç nə dəyişməyib. Onlar müharibəni bitirmək haqqında yox, daha çox məhv etmək və ələ keçirmək barədə düşünür, hələ ki, dünya onlara bu müharibəni aparmağa icazə verir", -

Zelenski bildirib.

O, xüsusilə Donetsk vilayətindəki Dobropilye şəhərinə edilən Rusiya hücumlarını qeyd edib.

"Bu, ən qəddar hücumlardan biri,  kombinə edilmiş zərbə olub. Hücum xüsusi olaraq maksimal ziyan vurmağa hesablanıb. Raketlər və eyni zamanda "Shahed" PUA-ları şəhərin mərkəzi hissəsinə tuşlanıb. Doqquz yaşayış binası hədəfə alınıb. Hücum zamanı ticarət mərkəzi və mağazalar da zərər çəkib. Təəssüf ki, 11 nəfər həyatını itirib", - Zelenski bildirib.

Prezident əlavə edib ki, işğalçılar Dobropilyeyə təkrar zərbə endirib, bu zaman xilasedicilər artıq hadisə yerində işləyirdilər və onlardan biri həlak olub.

"Təbii ki, biz insan həyatını qorumaq üçün əlimizdən gələni edirik. Mən Ukraynanı dəstəkləyən, Rusiyanın bu hücumlarını qınayan və hər şeyi öz adı ilə çağıran bütün liderlərə, tərəfdaş ölkələrin diplomatlarına və ictimai xadimlərə minnətdaram. Əsas odur ki, biz tərəfdaşlarımızla koordinasiyanı davam etdirək ki, müdafiəmiz effektiv işləsin və sülhə doğru irəliləmək üçün bütün mümkün addımları ataq", - Zelenski bildirib.

"Realist təkliflər"

Ukrayna prezidenti, həmçinin gələn həftə Səudiyyə Ərəbistanına səfər edəcəyini açıqlayıb, burada ABŞ və Ukrayna nümayəndələrinin görüşü planlaşdırılıb.

"Gələn həftəyə Səudiyyə Ərəbistanına səfərlə başlayacağam. Bazar ertəsi vəliəhd şahzadə ilə görüşdən sonra Ukraynanın diplomatik və hərbi nümayəndələri çərşənbə axşamı ABŞ komandası ilə görüşmək üçün orada qalacaq", - o, qeyd edib.

O, Ukrayna nümayəndə heyətinin tərkibini də açıqlayıb, bunlar prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andriy Sibiqa, müdafiə naziri Rustəm Ömərov, prezident Ofisi rəhbərinin müavini Pavel Palisadır.

"Biz konstruktiv yanaşmaya tam hazırıq və ümid edirik ki, vacib qərarlar və addımları müzakirə edib razılaşdıra biləcəyik. Ukrayna müharibənin ilk saniyəsindən etibarən sülhə can atır. Masada tamamilə realist təkliflər var. Əsas məsələ sürətli və nəticəyönlü hərəkət etməkdir", - Zelenski vurğulayıb.

O, əlavə edib ki, Kiyevdə Ukrayna və Böyük Britaniya diplomatik komandaları arasında "çox məhsuldar" bir görüş keçirilib.

"Biz sülhü yaxınlaşdıracaq və diplomatik işləri sürətləndirəcək ümumi addımlarımızı müzakirə etdik. Dəstəyə görə minnətdaram. Ukrayna bu müharibəni ləyaqətli və uzunmüddətli sülhlə bitirmək üçün mümkün olan hər şeyi ən qısa zamanda etməyə çalışır", - o, qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Mart 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see489

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see191

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see183

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see177

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see145

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see138

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see126

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see126

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri