Icma.az
close
up
RU
Rusiyanın məqsədi ilk gündən Ukraynanı tam ram etməkdir AÇIQLAMA

Rusiyanın məqsədi ilk gündən Ukraynanı tam ram etməkdir AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya lideri Vladimir Putinin məqsədi bütün Ukraynanı işğal etməkdir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Həşim Səhrablı bildirdi ki, Putinin bu savaşı dayandırmaq niyyətinin olmadığı artıq aydın görünür:

"Çünki əgər belə bir niyyət olsaydı, Trampla görüşündə və ya mətbuata açıqlamasında dediyi kimi, həqiqətən sülhdən yana davransaydı, bu istiqamətdə əməli addımlar atardı. Sadəcə “mən sülh istəyirəm, müharibənin dayanmasını istəyirəm” demək, həmin tərəfin doğrudan da bu məqsədə çalışdığı və sözlərində səmimi olduğu anlamına gəlmir. Məsələn, Putin Alyaskada Trampla razılaşır, sonra mətbuata sülhdən danışır. Ardınca Ukraynaya kütləvi zərbələr endirilir, sərhəddə təxribatlar törədilir və yaxud Rusiya danışıqlarda elə utopik şərtlər irəli sürür ki, buna razılıq vermək heç bir tərəf üçün mümkün olmur. Moskva hakimiyyəti bildirir ki, hərbi yolla ələ keçirilməyən vilayətlərin müəyyən hissələrini də istəyir. Bu iddia özü göstərir ki, sülhdən söhbət gedə bilməz. Çünki paralel olaraq həm yeni tələblər irəli sürülür, həm də Ukraynaya zərbələr davam etdirilir. Bu isə xüsusilə sülh prosesləri üçün ümidlərin yarandığı məqamda baş verdiyi üçün açıq şəkildə göstərir ki, Kreml barışıq istəmir".

Müsahibimizin sözlərinə görə, Rusiyanın məqsədi ilk gündən Ukraynanı tam ram etməkdir:

"Bu alınmasa, Kiyevi nəzarətə götürərək hakimiyyət dəyişikliyi təşkil etmək və burada Moskvanın diktəsinə uyğun qondarma bir iqtidar qurmaqdır. Zelenski dəfələrlə qeyd edir ki, sülhdən qaçan, prosesi pozan məhz Putindir. Bu gün Ukraynada atəşkəs və ya barışıqdan danışırıqsa, birinci növbədə buna razılıq verməli tərəf Rusiyadır. Çünki işğal əməliyyatını həyata keçirən dövlət odur və danışıqlara mane olan yenə də eyni tərəfdir. Deməli, sülhün təmin olunması üçün əvvəlcə Moskva buna razı olmalıdır. Sonrakı mərhələdə Ukrayna müəyyən güzəştlərə getməyə məcbur qalacaq. Çünki Kiyevin Qərbin, xüsusilə ABŞ-nin irəli sürdüyü şərtlərə qarşı çıxmağa hal-hazırda gücü yoxdur. Ukraynanı dəstəkləyən ölkələr hansı tələbləri diktə edəcəksə, Kiyev ən yaxşı halda onlardan az sayda bənd üzrə dəyişiklik tələb edə bilər, müəyyən torpaq və ya əlavə üstünlüklər istəyə bilər. Amma sülhdən imtina etmək kimi bir seçimi yoxdur. Bu, dəstəyin kəsilməsinə və nəticədə hərbi məğlubiyyətə gətirib çıxara bilər. Beləliklə, Rusiya nə vaxt dayanacaqsa, nə vaxt şovinist siyasətindən imtina edib real sülh quruculuğuna başlayacaqsa, onda biz Ukrayna müharibəsinin heç olmasa atəşkəslə sona çatmasından danışa bilərik".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Sentyabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see253

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see248

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see239

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see230

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see205

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see189

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see184

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri