Icma.az
close
up
RU
Rusiyanın NATO ölkəsinə hücumu: Vəziyyət gərgindir, nüvə müharibəsi başalaya bilər

Rusiyanın NATO ölkəsinə hücumu: Vəziyyət gərgindir, nüvə müharibəsi başalaya bilər

Icma.az bildirir, News24 portalına istinadən.

Ötən gecə Avropada təhlükəsizlik gündəmini silkələyən mühüm hadisə baş verib. Rusiya tərəfindən Polşa ərazisinə pilotsuz uçuş aparatları ilə hücum edildiyi bildirilir. Hücum nəticəsində yaranan vəziyyəti Polşa dövlət rəhbərliyi son dərəcə ciddi qiymətləndirib. ABŞ baş verənləri ölkəyə qarşı açıq təcavüz aktı kimi dəyərləndirərək bunun artıq yeni bir müharibə mərhələsinin başlanğıcı olduğunu bəyan edib. 

Bəs, Rusiyanın Polşaya qarşı hücum qərarının motivasiyası nədir və bu addımın arxasında hansı strateji, hərbi-siyasi və geosiyasi faktorlar dayanır?

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli News24.az-a bildirib ki, Rusiyanın hazırkı hücum siyasəti onun müharibədən çıxış strategiyası ilə bağlıdır. 

"Moskva müharibəni dayandırmaq niyyətində olsa da, bunu yalnız “qalib tərəf” obrazı ilə etmək istəyir. Rusiya savaşdan elə çıxmaq istəyir ki, bu proses nəticəsində özünü qalib kimi təqdim edə bilsin. Buna görə də, hücumlarını intensivləşdirir, müxtəlif cəbhələrdə təzyiqləri artırır. Əslində, Moskvanın məqsədi həm Ukraynanı, həm də onu dəstəkləyən Qərb dövlətlərini Rusiyanın şərtlərini qəbul etməyə məcbur etməkdir”

Politoloq qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp indiyə qədər iki dəfə Vladimir Putinlə razılıq əldə etsə də, hər iki anlaşma Rusiya tərəfindən pozulub. Bu səbəbdən Qərbdə artıq Putinin sülh istəyinə dair inam qalmayıb:

“ Hazırda Tramp administrasiyası Rusiyaya qarşı yeni və son dərəcə sərt sanksiyaların tətbiqinə hazırlaşır. Bu sanksiyalar Rusiyanın iqtisadiyyatına ciddi zərbə vura bilər və hətta onun çökməsi ehtimalını gündəmə gətirir”.

Xalidbəylinin fikrincə, Rusiyanın bir NATO ölkəsinə – Polşaya hücumu isə təkcə lokal hərbi akt deyil, həm də strateji mesaj daşıyır. Bu, həm Alyansa, həm də bütün beynəlxalq ictimaiyyətə yönəlik açıq xəbərdarlıq kimi dəyərləndirilir:

“Əgər NATO bu hücuma sərt şəkildə cavab verərsə, qarşıdurma daha təhlükəli mərhələyə qədəm qoya bilər. Belə bir halda nüvə silahlarının işə düşməsi ehtimalı artıq nəzəriyyə deyil, real riskə çevriləcək. Bu isə bəşəriyyət üçün dağıdıcı fəlakətlərə gətirib çıxara bilər”.

Aqil Qarayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 Sentyabr 2025 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see207

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see196

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see186

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see186

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see159

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see159

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see157

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see149

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see147

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see141

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri