Rusiyanın post müharibə qorxusu...
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Kreml müharibə cinayətlərinə görə məsuliyyətdən yaynmağa çalışır...
Moderator.az xəbər verir ki, ABŞ-ın Ukraynaya təqdim etdiyi sülh planı ilə bağlı mediada bəzi detallar yer almaqdadır. Hələlik rəsmi şəkildə təsdiqlənməyən məlumata görə, Rusiyanın razılığı ilə hazırlanan sülh planında Kremlin bəzi tələbləri də yer alıb ki, bunlardan da biri müharibə cinayətləri ilə bağlı araşdırmaların dayandırılması ilə bağlıdır.
Rusiyanın mümkün sülh razılaşmasında bir sıra şərtlərlə yanaşı həm də bu tələbi səsləndirməsi iki həqiqətdən xəbər verir.
Birincisi, Rusiya post-müharibə dönəmində müharibə cinayətlərinə görə araşdırmaların davam edəcəyindən, bu araşdırmaların məntiqi nəticəsi kimi hərbi-siyasi rəhbərliyin bir sıra nümayəndələrinin cəzalandırılacağından qorxur.
İkincisi, sülh razılaşmasında belə bir tələbin irəli sürülməsi onu deməyə əsas verir ki, Rusiya Ukraynada həqiqətən də çoxsaylı müahribə cinayətlərinə yol verib. Əks təqdirdə, sülh razılaşmasına belə bir tələbin salınmasına lüzum olmazdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 21 Noyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















