Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Rusiyanın “Türk qövsü” qorxusu Kremlin Qafqaz planı

Rusiyanın “Türk qövsü” qorxusu Kremlin Qafqaz planı

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Türk qövsünün tamamlanması, Türkiyənin Xəzər dənizinə çatması və vahid türk birliyi yaratması qəbuledilməzdir”. Bunu rusiyalı türkofob politoloq Mixail Aleksandrov erməni mediasına müsahibəsində deyib (Axar.az).

“Rusiyada bir çox insan bütün bunları başa düşmür”, - o bildirib.

Aleksandrov qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar Rusiyanın əl-qolunu bağlayıb: “Ukraynadakı münaqişə başa çatdıqdan sonra Moskvanın diqqəti Cənubi Qafqaza yönələcək”.

O həmçinin Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı hərbi bazalarının əhəmiyyətinə baxmayaraq, Ermənistandakı bazanın daha vacib olduğunu vurğulayıb.

Türk dövlətləri arasında siyasi-iqtisadi, son vaxtlar isə hərbi inteqrasiyanın güclənməsi Rusiyada niyə təlaş yaradıb? Doğrudanmı Ukraynadakı münaqişə başa çatdıqdan sonra Moskvanın diqqəti Cənubi Qafqaza yönələcək? O halda Rusiyanın əsas diqqət mərkəzində hansı məsələ olacaq?

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Avrasiya məkanında Böyük Turanın yaradılması cəhdləri şimalda və qərbdə çoxlarının yuxusuna haram qatır: “Son illər bu birliyə daxil olacaq ölkələr arasında münasibətlərin dərinləşməsi və bu ölkələrin xalqları arasında baş verən qardaşlaşma prosesləri türkü özünə əzəli düşmən bilənləri ciddi narahat edir. Lakin bu gün dünyada elə proseslər gedir ki, onların qarşısını almaq və ya onları müxtəlif yollarla əngəlləmək mümkün deyil. Bu sıraya Turan Birliyinin yaradılması da daxildir.

ABŞ-ın yeni prezidenti Donald Tramp dünya düzənini yerindən oynadacaq layihələrə imza atmaq niyyətindədir. Kanadanı, Qrelandiyanı ABŞ-a birləşdirmək, Panama kanalını ABŞ-ın mülkiyyətinə qaytarmaq qədər öncə heç kimin ağlına gəlməyən gedişlər nə deməkdir? Əgər ABŞ Panama kanalını geri istəyirsə, bu Azərbaycan üçün yaxşı bir nümunədir. Yəni belə nümunəyə söykənib nədən biz Zəngəzuru və ya ən azından Mehri dəhlizini geri istəməyək? Axı həm Zəngəzur, həm də Mehri vaxtı ilə Sovetlər Birliyinin başında dayanan başsızların haqsız, ədalətsiz və əsassız qərarları ilə Ermənistana birləşdirilmişdi. Özü də bu addımlar Ermənistan adlı bir dövlət yaradıldıqdan bir xeyli sonra atılıb.

Bu gün Tramp Kanadanı ABŞ-a birləşdirməklə həm də Alyaska ştatı ilə ABŞ arasında quru yolu bərpa etmək istəyir. Bəs biz nədən Azərbaycanla onun ayrılmaz bir parçası olan Naxçıvan arasında quru yolun bərpa edilməsi məqsədilə ən azından Mehri dəhlizi üzərində öz haqqımızı bərpa etməyək?

Dünya dəyişir. Bu gün Turan birliyi coşub daşan dağ seli kimi kükrəməkdədir və bir gün bu sel öz işini məharətlə görəcəkdir - bütün yollar buna aparır... Bu birliyin yaranmasını Avropa, Rusiya, İran nə qədər istəmirsə, Amerika Birləşmiş Ştatları bir o qədər onun yaradılmasını istəyir. ABŞ-a Avrasiya məkanında anti-Çin güclər lazımdı. Turan bu sırada ən yaxşı müttəfiq ola bilər. Nəzərdən qaçırmayaq ki, Çinin ərazisində həm də 35-40 milyona qədər uyğur türkləri yaşayır".

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov hesab edir ki, Azərbaycanın jestini Rusiya nəinki qiymətləndirir, əksinə, xoşagəlməyən fikirlər səsləndirilir: “Azərbaycan həmişə bütün qonşularla, o cümlədən Rusiya ilə qarşılıqlı hörmət əsasında əlaqələrin qorunması və inkişafında maraqlı olub. Bakı, bu prinsipə əsaslanaraq regionda sabitliyin və əməkdaşlığın təmin olunmasını prioritet kimi görür. Xüsusilə, enerji dəhlizləri və nəqliyyat layihələrində iştirak edərək Azərbaycan, həm regional, həm də qlobal miqyasda faydalı əməkdaşlıqlar qurmağa çalışır. Lakin Rusiyada bəzi qüvvələr Azərbaycanın bu mövqeyinə qarşı çıxaraq, onu regionda bir təhdid kimi göstərməyə çalışır. Bu qüvvələr erməni təbliğatının təsiri altında Azərbaycanın müstəqil siyasət yürütməsini öz maraqlarına təhlükə kimi qəbul edirlər. Aleksandrovun bu fikirləri də sübut edir ki, Rusiyanın bəzi dairələrində erməni təbliğatının və türkofob ideologiyaların güclü təsiri müşahidə olunur. Bu ideologiyaların müntəsibləri Kremlin qərarlarının formalaşmasına təsir göstərərək Türkiyə və türk dövlətlərinə qarşı siyasətdə daha aqressiv mövqenin yaranmasını istəyirlər. Hər halda, Rusiyanın özündə məsələlərə soyuqqanlı yanaşan, Azərbaycanın bölgədəki və dünyadakı əhəmiyyətini anlayan kəsimlər çalışmalıdır ki, mərkəzi hakimiyyət bu fikirlərin təsirinə düşməsin. Ermənilər, Rusiyanın diqqətini Cənubi Qafqazda Türkiyənin ”təhlükəsi"nə yönəltməyə çalışırlar. Rusiyanın ermənilərə, onların təbliğatından doğan fikirlərə etibar etməməsi lazımdır. Ən azından ona görə ki, Ermənistan son illər yürütdüyü siyasət ilə Rusiyanın bölgədəki bütün maraqlarını vurmaqda davam edir. Azərbaycan isə bunun əksinə Rusiya bütün dünya tərəfindən təcrid olduğu bir vaxtda Rusiyaya qonşuluq əli uzatdı. Rusiya ilə münasibətlərə Qərbin gözü ilə deyil, öz milli maraqları və qarşılıqlı fayda nöqteyi nəzərindən baxdı. Belə bir məqamda, Azərbaycanın bu jesti qiymətləndirilməli idi. Lakin bu tipli çıxışlar məsələləri mürəkkəbləşdirə bilir. Məsələləri mürəkkəbləşdirmək istəyən bu qüvvələrə görə türk dövlətləri arasında həm siyasi, həm də iqtisadi birliyin güclənməsi, xüsusilə, bu prosesdə Türkiyənin aktiv rolu, Rusiyanın regiondakı strateji maraqlarına birbaşa təhdid kimi dəyərləndirilir. Bunun bir neçə əsas səbəbi var. Türkiyənin Xəzər dənizinə çıxış əldə etməsi və Türk dünyasını birləşdirən dəhlizlərin yaradılması, Rusiyanın Mərkəzi Asiya və Cənubi Qafqazda təsir imkanlarını əhəmiyyətli dərəcədə azalda bilər. Xüsusilə, Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Azərbaycan və digər Mərkəzi Asiya dövlətləri ilə quru bağlantısının təmin edilməsi, Rusiyanın regiondakı təsir dairəsini daralda bilər. Daha sonra Türk dövlətləri arasında iqtisadi inteqrasiya, enerji dəhlizlərinin formalaşması və nəqliyyat əlaqələrinin güclənməsi Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri və iqtisadi dominantlığını təhlükə altına sala bilər. Məsələn, Azərbaycan qazının Avropa bazarına Türkiyə üzərindən nəqli Rusiya üçün rəqabət yaradan mühüm bir faktor kimi çıxış edir. Həmçinin Türkiyənin NATO üzvü olması və Azərbaycanla hərbi əməkdaşlığı genişləndirməsi, Türk dövlətləri arasında hərbi ittifaqın güclənməsinə gətirib çıxarır. Bu proses Rusiyanın Cənubi Qafqazda və Mərkəzi Asiyada hərbi üstünlüyünü azalda bilər. Təəssüf ki, bir sıra dairələr hələ də bu militarist yanaşmadan xilas ola bilməyiblər".

Siyasi şərhçi fikirlərinə bu cür davam etdi: “Azərbaycan və Türkiyənin siyasi, hərbi əməkdaşlığı, silahlı qüvvələrinin inkişaf səviyyəsi onu göstərir ki, artıq bölgədə silah gücü ilə danışmaq olmaz. Tam əksinə, siyasi dialoq formatında danışmaq lazımdır. Azərbaycan səbirlə, təmkinlə 30 il ərzində texnoloji cəhətdən bölgənin ən mütəhərrik və güclü ordusunu qurmuş və onu döyüş meydanında göstərib. Artıq bölgədə hərbi üstünlük dəngələri dəyişib.

Ola bilər Rusiyada bəzi dairələr Bayden dövrünün arxada qaldığını düşünürlər. Yəni Bayden təhlükəsi daha getdi. Bayden administrasiyası dövründə də Türkiyə və Azərbaycan müstəqil xarici siyasət yürüdüb. ABŞ-ın təzyiqlərinə baxmayaraq, Türkiyə Rusiya ilə enerji, hərbi və ticarət sahələrində əlaqələrini davam etdirib. Azərbaycan isə qarşılıqlı fayda prinsiplərinə əsaslanaraq, qonşuları ilə, o cümlədən Rusiya ilə əməkdaşlıq etməyə çalışıb. Bu yanaşma, Rusiya üçün strateji əhəmiyyətə malik olub, çünki Kreml iqtisadi sanksiyalar və Ukrayna müharibəsi kimi problemlər fonunda Türkiyə və Azərbaycanla əlaqələrə ehtiyac duyub. Hazırda bəzi dairələr düşünə bilər ki, Trampdan sonra Türkiyə və Azərbaycana ehtiyac azalacaq. Lakin bu yanaşma strateji baxımdan doğru deyil. Türkiyə NATO çərçivəsində ABŞ-ın əsas tərəfdaşlarından biridir və xüsusilə, Yaxın Şərqdə Vaşinqtonun siyasi tərəfdaşıdır. Eyni zamanda, Azərbaycan enerji təhlükəsizliyi və Cənub Qaz Dəhlizi layihəsi ilə Avropa üçün əsas tərəfdaş olaraq qalır. Azərbaycanın Türkiyə ilə yaxın strateji ittifaqı isə regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Donald Trampın birinci prezidentlik dövründə Azərbaycanın strateji əhəmiyyəti yüksək dəyərləndirilib. Cənub Qaz Dəhlizi layihəsinə dəstək və Azərbaycanın geosiyasi rolu ilə bağlı atılan addımlar bunu bir daha təsdiq edir. Tramp administrasiyası Azərbaycanın regiondakı rolunu və Türkiyə ilə tərəfdaşlığını diqqət mərkəzində saxlayaraq, bu əməkdaşlığı möhkəmləndirmək üçün addımlar atıb. Yeni dünya düzənində Türkiyə və Azərbaycanın əhəmiyyəti daha da artmaqdadır. Enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və regionda geosiyasi balansın qorunması baxımından bu iki dövlət mühüm oyunçuya çevrilib. Ona görə də Rusiya öz strategiyasında praqmatik yanaşma tətbiq etməli, Türkiyə və Azərbaycanla əməkdaşlığı gücləndirməyi prioritet hesab etməlidir. Çünki bu iki dövlətlə əməkdaşlıq etmədən regionda sabitlik və maraqların təmin edilməsi qeyri-mümkün olacaqdır. O ki qaldı Ukraynadan sonra Rusiyanın Cənubi Qafqaza yönələcəyinə, Tramp dönəmində ABŞ Cənubi Qafqazda yeni münaqişə ocağında qətiyyən maraqlı olmayacaqdır. Çünki Tramp iş adamıdır, iqtisadi layihələrin əhəmiyyətini anlayır. Belə bir ortamda Rusiyanın Cənubi Qafqazda hərbi eskalasiyaya gedəcəyi də inandırıcı görünmür. Çünki Rusiyanın özü də Ukraynada xeyli resurs itirdi. Rusiya Ukraynada sabit status-kvodan maraqlarını təmin etməyə, yəni orada möhkəmlənməyə çalışacaqdır. Təbii ki, bunlar ehtimaldır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:319
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Yanvar 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri