Icma.az
close
up
RU
“Rusiyanın qələbəsi real görünmür” Arzu Nağıyev

“Rusiyanın qələbəsi real görünmür” Arzu Nağıyev

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Trampın Putinlə görüşməkdə əsas məqsədi seçki öncəsi verdiyi vədləri – xüsusilə də müharibələrin dayandırılması ilə bağlı sözlərini yerinə yetirməkdir. O, Yaxın Şərqdə də oxşar addımlar atmışdı. Son bəyanatında qeyd etdiyi kimi, “bu müharibə dayanmalıdır””.

Bu fikirləriGununsesi.info-ya danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib:

“Onun sözlərinə görə, hər həftə 5-7 min əsgər ölür. Hər həftə bu qədər insan itkisi — bu, artıq dəhşətlidir.

Müharibəyə gəlincə, vəziyyəti dörd ssenari üzrə təhlil etmək mümkündür:

Birincisi, Ukraynanın qələbəsi;

ikincisi, Rusiyanın qələbəsi;

üçüncüsü, müharibənin uzun müddət davam etməsi;

dördüncüsü isə onun dondurulmuş mərhələyə keçməsi.

Bu ssenarilərin hər birinin arxasında müxtəlif maraqlar dayanır. Aydındır ki, Rusiyanın qələbəsi bu qədər sanksiya və təzyiq şəraitində real görünmür. Ukraynanın qələbəsi isə yalnız böyük maliyyə və hərbi dəstək sayəsində mümkündür. 2022-ci ildən bəri üç il keçib və bu müddətdə biz gördük ki, Qərbin yardımları fasiləli və kifayət qədər deyil”.

Arzu Nağıyevin sözlərinə görə, təcrübə göstərir ki, müharibənin dondurulması heç vaxt problemin həlli anlamına gəlmir.

“Azərbaycan nümunəsində də bunu görmüşük. Uzunmüddətli müharibə isə həm insan itkilərinə, həm də böyük maliyyə xərclərinə səbəb olur. Bu halda NATO-nun da məsuliyyəti artır — təkcə nizamnaməsinin 4-cü və 5-ci maddələrinə istinad etməklə kifayətlənməməli, konkret addımlar atmalıdır. Artıq söhbət təkcə raketlərdən yox, nüvə təhlükəsindən gedir.

Qərb ölkələri müharibənin dondurulmasını istəmir, çünki bu, həm onların silah satışına təsir edər, həm də Rusiya qələbə qazansa, NATO sərhədlərində yeni təhlükə yarana bilər.

Əgər Qərb doğrudan da müharibənin uzun çəkməsini istəmirdisə, artıq əvvəldən ciddi hərbi və maliyyə dəstəyi göstərməli idi. Ukrayna təbii ki, qələbə və sülh istəyir, lakin bu, Rusiyanın qoşunlarını Donbas və Luqanskdan tam çıxarması şərti ilə mümkündür ki, bu da real görünmür.

Nəticədə, bu müharibə müxtəlif dövlətlərin maraq toqquşmasına çevrilib. Müxtəlif ölkələrdən gələn bəyanatlar, verilən silah və maliyyə yardımları sadəcə iki xalqın məhvinə, genefondun tükənməsinə gətirib çıxarır. Boliviya kimi ölkələr belə bu prosesdə dolayı iştirak edir – kimisi silah, kimisi pul verir, əsas məqsəd isə müharibənin davam etməsidir”-deyə deputat əlavə edib.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Oktyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri