Icma.az
close
up
RU
Arzu Nağıyev: Rusiyanın təxribatları davam edəcək

Arzu Nağıyev: Rusiyanın təxribatları davam edəcək

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Vaşinqton görüşü ərəfəsində Rusiyanın müxtəlif təxribatlara əl atacağı öncədən bəlli idi.

Bakupost.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Arzu Nağıyev deyib ki, bu, regionda dəyişən geosiyasi balans fonunda Rusiyanın təsir imkanlarını itirməsi və hegemonluq siyasətindən əl çəkmək istəməməsi ilə birbaşa bağlıdır: “Xüsusilə Ukrayna ərazisində yerləşən kompressor stansiyalarına pilotsuz uçan aparatlarla hücum edilməsi, həmin obyektlərin sıradan çıxarılması, eləcə də Azərbaycanın Avropaya neft və qaz nəqlində istifadə olunan bəzi infrastruktur qurğularının hədəfə alınması bu təxribatların tərkib hissəsi kimi dəyərləndirilə bilər. Bundan əlavə, Gürcüstana qarşı müharibənin ildönümündə regionda gərginliyin artırılması, Moldovadakı proseslər və digər qonşu ölkələrdə Rusiya təsirinin zəifləməsi də Moskvanın narahatlığını artırır. Rusiya bu siyasətindən əl çəkmir. Azərbaycan rəhbərliyinin son dövrlərdə beynəlxalq tədbirlərdə fəal iştirakı da bəzi dairələrdə qıcıq doğurur. Belə bir şəraitdə Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanları baş verənləri diqqətlə izləyir və qarşısını almaq üçün bütün tədbirləri görməyə hazırdır”.

Komitə sədri qeyd edib ki, son vaxtlar Azərbaycanın neftini daşıyan istiqamətlərdən biri olan Odessa şəhərində yerləşən infrastrukturun dəfələrlə hədəfə alınması, həmçinin Azərbaycan səfirliyinə yaxın ərazidə partlayışın baş verməsi də təsadüfi deyil: “Bütün bu faktlar göstərir ki, Rusiya bölgədəki prosesləri nəzarət altında saxlamaq və öz rolunu qorumaq üçün müxtəlif təzyiq vasitələrinə əl atır. Bu proseslərin davam edəcəyi istisna olunmur. Odur ki, hər bir Azərbaycan vətəndaşı bu reallıqları düzgün qiymətləndirməli, dövlətin təhlükəsizliyi naminə ayıq-sayıq olmalıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil daxili və xarici siyasət bəzi güc mərkəzləri, o cümlədən Rusiya tərəfindən həzm olunmur”.

Arzu Nağıyev bildirib ki, Moskva proseslərdə vasitəçi rolunu öz üzərinə götürmək və regional proseslərdə əsas oyunçu kimi qalmaq istəyirdi: “Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdur. Lakin ölkəmizə qarşı yönəlmiş hər bir təhlükənin qarşısı qətiyyətlə alınacaq və buna qarşı daim hazırlıqlı olmalıyıq”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 Avqust 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri