Icma.az
close
up
RU
Rusiyanın qızıl diplomatiyası: Qərb təhdidlərində niyə ehtiyatlı davranmalıdır?

Rusiyanın qızıl diplomatiyası: Qərb təhdidlərində niyə ehtiyatlı davranmalıdır?

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Qərbin sanksiyaları Rusiyanın qızıl ticarəti imkanlarını zəiflətmiş olsa da, ölkə Mərkəzi Asiya və Afrikadakı qızıl istehsalına mühüm təsir göstərir.

Metbuat.az xəbər verir ki, qızıl Ukraynanın işğalından bəri Rusiya hökuməti üçün mühüm strateji resursa çevrilib.

Siyasi düşüncə mərkəzi olan “RAND Europe” un son araşdırmasına görə, Rusiya qızılı xüsusilə Çin, Türkiyə və İran kimi ölkələrdən valyuta, silah və digər mallar əldə etmək üçün bir vasitə kimi istifadə edir.

2023-cü ilin noyabr və dekabr ayları arasında Rusiya 2.000 tonun üzərində qızıl ehtiyatı ilə dünyanın ən böyük beşinci qızıl ehtiyatına sahib ölkəsi oldu. ABŞ 8.133,5 tonla birinci yerdə qərarlaşdığı halda, Almaniya 3.352,6 tonla ikinci sırada yer aldı. 2.451,8 tonla İtaliya üçüncü, 2.437 tonla Fransa isə dördüncü ən böyük qızıl ehtiyatına sahib ölkə kimi qeydə alınıb.

“RAND Europe”un Müdafiə və Təhlükəsizlik proqramının tədqiqat rəhbəri Con Kennedinin sözlərinə görə, Rusiya dünyanın ən böyük qızıl ehtiyatlarından birini formalaşdırıb və aparıcı qızıl istehsalçısı olmağı planlaşdırır.

Qeyd olunur ki, Rusiya 2022-ci ilin fevralında Ukraynanı tam miqyaslı işğal etdiyi vaxt, on il ərzində digər bütün ölkələrdən daha sürətli şəkildə qızıl toplamışdı.

Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar

Qərbin sanksiyaları Rusiyanın qızıl və digər qiymətli metallar, daş-qaş ticarəti imkanlarını uğurla məhdudlaşdırıb. Bu sanksiyalar həm də Rusiyada qızıl istehsalının zəifləməsinə səbəb olub.

Ukraynanın işğalından əvvəl Almaniya ümumi ixracın 29%-i ilə Rusiyanın ən böyük xarici mədən avadanlığı tədarükçüsü idi, ABŞ isə 21%-lik paya sahib idi. İndi isə Rusiya Sovet dövründən qalma köhnə mədən avadanlıqları səbəbilə Çindən gələn tədarüklərdən daha çox asılı vəziyyətə düşüb ki, bu da Rus qızıl istehsalçılarının tələbatı qarşılamasını çətinləşdirir.

Hazırda Moskva qızılı müharibə iqtisadiyyatını dəstəkləmək və mühüm mallara çıxışı təmin etmək üçün istifadə edir. Bu Mərkəzi Asiya və Afrikadakı qızıl istehsalına mühüm təsir göstərir. Ümumiyyətlə, qızıl Rusiyanın hibrid təhdidlərinin vacib bir hissəsidir və Qərb hökumətləri Moskva üzərində təzyiqi davam etdirməyə çalışarkən bunun fərqində olmalıdırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 13 May 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri