Rusiyanın regionlarımıza hücumlarını cavabsız qoymayacağıq Zelenski
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının gecə saatlarında Ukraynanın Sumı, Xarkov və Dnepr regionlarına zərbələrinin cavabsız qoyulmayacağına söz verib.
Redaktor.az xəbər verir ki, V.Zelenski bu barədə “Telegram”da yazıb.
O qeyd edib ki, Rusiya gecə saatlarında ballistik raketlər və dronlarla zərbələr endirib. "Hücum nəticəsində yaralananlar və həlak olanlar var".
Prezidentin sözlərinə görə, Ukraynanın dinc əhalisinə hücumlar cavabsız qala bilməz.
"Bu zərbələr cavabsız qala bilməz və Ukraynanın uzaqmənzilli dronları bunu təmin edir. Rusiyanın hərbi müəssisələri, logistikası və hava limanları bu ölkənin apardığı müharibənin real nəticələrini hiss etməlidir", - V.Zelenski əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 26 İyul 2025 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















