Icma.az
close
up
RU
Rusiyanın tarix təhrifi: Tarixçi faktlarla cavab verir!

Rusiyanın tarix təhrifi: Tarixçi faktlarla cavab verir!

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Boran Əzizli: Azərbaycan tarixini saxtalaşdırmaq cəhdləri yolverilməzdir”


Bu adamların torpaq iddiası irəli sürmədən əvvəl Azərbaycanın şimal torpağında olan Dərbənd haqqında fikirləşmələri yaxşı olardı


Son dövrlərdə Rusiya mətbuatında və müxtəlif informasiya mənbələrində Azərbaycan tarixini saxtalaşdırmağa yönələn sistemli kampaniyalar müşahidə olunur. Görünən odur ki, bu cəhdlər imperiya təfəkküründən qaynaqlanır və tarixi hadisələrə birtərəfli, qərəzli yanaşma ilə seçilir. Təəssüf doğuran məqam isə bu yanaşmalarda obyektiv elmi əsaslara deyil, siyasi maraqlara söykənən təhlillərin ön plana çıxmasıdır. Nəticədə Azərbaycanın keçmişi, dövlətçilik ənənələri və milli mübarizəsi, dəfələrlə işğala məruz qalması, ərazi itkiləri görməzdən gəlinir.

Müstəqillik dövründə aparılan elmi-tarixi araşdırmalar, yazılmış fundamental əsərlər bu saxtalaşdırmalara qarşı ciddi elmi əsaslar formalaşdırıb. Tarixi mənbələr açıq şəkildə göstərir ki, çar Rusiyasının Azərbaycanı mərhələli şəkildə işğal etməsi, xanlıqların ləğvi və dövlətçiliyin aradan qaldırılması təsadüfi deyil, məqsədli və planlı siyasətin tərkib hissəsi olub.

Prezident İlham Əliyev Əl-Ərəbiyyə telekanalına verdiyi müsahibədə də bu məsələlərə aydınlıq gətirərək Azərbaycanın dövlətçilik tarixində baş vermiş mühüm mərhələlərə toxunub. Dövlət başçısı haqlı olaraq vurğulayıb ki, 1917-ci ildə Çar Rusiyasının süqutundan sonra yaranan siyasi boşluq nəticəsində Azərbaycan xalqı öz müqəddəratını təyin edərək 1918-ci ildə ilk müstəqil dövlətini- Azərbaycan Xalq Cümhuriyyətini qurdu. Bu, müsəlman Şərqində ilk parlamentli respublika idi. Lakin 1920-ci ildə Sovet Rusiyası Azərbaycanı yenidən işğal edərək bu müstəqilliyə son qoydu. Azərbaycan xalqının iradəsi nəzərə alınmadan süni şəkildə Sovet Sosialist Respublikası elan olundu.

Prezidentin bu açıqlaması tarixi faktlara əsaslanmaqla yanaşı, həm də Azərbaycanın müstəqillik uğrunda apardığı davamlı mübarizənin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Çünki bu gün də bəzi Rusiya dairələrindən Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zidd şəkildə səsləndirilən tarixi torpaq iddiaları fonunda, tarixə obyektiv yanaşmaq zərurəti daha da aktuallaşır. Bu cür iddialar, əslində regionda əməkdaşlıq və qarşılıqlı etimadın formalaşmasına da ciddi maneələr yaradır.

Azərbaycanın tutduğu mövqe isə açıq və prinsipialdır. Azərbaycan tarixi reallıqları təhrif etmir, başqalarının ərazilərinə iddia irəli sürmür və beynəlxalq hüququ əsas götürür. Eyni yanaşma da qonşu dövlətlərdən gözlənilir. Tarixi saxtalaşdırmaq və keçmiş hadisələri siyasi təzyiq alətinə çevirmək heç vaxt uğur gətirməyib, bu gün də gətirməyəcək.


Tarixçi-alim Boran Əzizli Sherg.az-a tarixi həqiqətlərdən danışıb:


"Son vaxtlar Rusiya mətbuatında və müxtəlif informasiya resurslarında Azərbaycan tarixinin təhrifinə yönəlmiş kampaniyaya başlanılıb. Bu təəssüf doğuran haldır. Azərbaycan tarixinə Rusiya dövlətinin və imperialist düşüncəli insanlarının baxış bucağından qiymət verilməsi cəhdi tamamilə yanlış nəticələrə gətirib çıxarır. Azərbaycan tarixinə Sovet dövründə verilən qiymətlərin bir tərəfli olması, Marksist-Leylinçi dünya görüşünə əsaslanması, Azərbaycanın işğalına haqq qazandırılması cəhdi də təəssüf doğurur. Bu suallarla bağlı müstəqillik dövründə Azərbaycan tarixinə aid əsərlərə fundamental yanaşmalar mövcuddur. Fundamental əsərlərdə çar rusiyasının Azərbaycan dövlətçiliyini məhv etməsi, 19-cu yüzilliyin əvvəlində 1803-1804-cü illərdə əvvəlcə Rusiya-Azərbaycan, 1804-1813-cü illərdəki Rusiya-Qacar və 1826-1828-ci illərdə Türkmənçay müqaviləsi ilə başa çatan ikinci Rusiya-Qacar müharibəsinin nəticəsində torpaqlarımızın işğalı tarixi faktlardır. Eyni zamanda bağlanmış müqavilələr, xüsusilə andlı öhdəliklər cərgəsində Qarabağ, Şəki, Şirvan xanlığının ləğv edilməsi və Azərbaycan dövlətçiliyinin tamamiliklə yox edilməsi tarixi reallıqdır. Məlumdur ki, 1875-ci ildən 1918-ci ilə qədər Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsi istiqamətində milli azadlıq hərəkatı baş verdi. Bununla bağlı çoxlu əsərlər yazılıb. Burada da qeyd olunub ki, həmin dövrdə birinci dünya müharibəsinin yekunlarında dünyada-Avropada və regionumuzda baş verən hadisələr fonunda xalqımızın apardığı milli azadlıq mübarizəsi AXC-nin yaranması ilə nəticələndi. Yenidən dövlətçiliyimiz bərpa edildi. Bu baxımdan Çar Rusiyası və ya Bolşevik Rusiyası bizə heç bir dövlət, dövlətçilik bəxş etməyib. Əksinə Çar Rusiyası Azərbaycanı işğal edərkən 150 min kvadrat kilometrlik ərazini tamamilə özünə və bizə qonşu olan xalqlara ata-baba torpaqlarıymış kimi pay verdi. Torpaqlarımızda ermənilərə dövlət yaratdı. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün bunlara baxmayaraq torpağımızın yalnız bir hissəsində mübahisəsiz olaraq 114 min kvadrat kilometr və ya 97,3 min kvadrat kilometrlik ərazidə cumhuriyyət qurduq. Onun parlamenti, ordusu, bütün dövlət atributları mövcud oldu, pul vahidi çap olundu. Azərbaycanda müxtəlif ölkələrin səfirlikləri, konsulluqları, eyni zamanda Azərbaycanın da bu ölkələrdə səfirlikləri mövcud idi. Lakin bu uzun müddət davam etmədi. 1920-ci ildə XI Qırmızı ordu Dağıstan sərhəddində, Yalama istiqamətindən hücum edərək Azərbaycanı yenidən işğal etdi. Onların Azərbaycan Cumhuriyyətini işğal etməsindən sonra xalqımızdan heç bir icazə almadan torpaqlarımızda Azərbaycan Sovet Sosialist Respublikası yaradıldığı elan edildi".


Tarixçi parlamentdə hakimiyyətin kommunislərə, XI Qırmızı ordunun və bolşevik Rusiyasının əl altısı olan adamlara təhvil verilməsi dövründə 6 maddəlik müqavilə imzalandığını bildirib: 

"O müqavilənin də şərtləri yerinə yetirilmədi. Əgər həmin müqaviləyə baxsalar görərlər ki, Bolşevik Rusiyası Azərbaycanda heç bir dövlət yaratmayıb. Başqa xalqlar haqqında bunu deyə bilərlər, amma Azərbaycanı əksinə olaraq məhv etməyə çalışıblar. Azərbaycan torpaqlarının həmin dövrdə bir hissəsinin Ermənistana və Gürcüstana verilməsi də tarixi faktlardır. Hər kəs bilir ki, bizim 97,3 kvadrat kilometrlik ərazimizdən bolşeviklərin fəaliyyətləri nəticəsində 86,6 kvadrat kilometrlik ərazimiz qalıb. Həmin dövrdə Azərbaycanın həm Qarabağda, həm də Naxçıvanda general qubernatorluğu yarandı. Bolşeviklərin səyi nəticəsində Zəngəzur torpaqlarının bir hissəsi Ermənistana verildikdən sonra Naxçıvan ana vətəndən ayrı düşdü. 

Biz bu gün tarixi Azərbaycan torpaqları haqqında bəhs edərkən başqa dövlətlərə ərazi iddiası irəli sürmürük. Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi torpaqları qəbul edirik. Amma bununla yanaşı qonşu dövlətlərin bəzi ictimai-siyasi xadimlərinin naşıcasına Azərbaycan tarixini təhrif etmək cəhtləri yolverilməzdir. Bu baxımdan Azərbaycan prezidentinin Əl-Ərəbiyyə telekanalına verdiyi müsahibəni yüksək qiymətləndirirəm. Prezident İlham Əliyev müsahibədə haqlı olaraq bolşeviklərin hakimiyyətindən əvvəl Azərbaycanda Xalq Cumhuriyyətinin mövcud olduğunu və ony bolşeviklər işğal etdikdən sonra 1920-1991-ci illərdə çətinliklə olsa da milli azadlıq mübarizəsinin aparıldığını bəyan etdi. 1991-ci ildə dövlətçiliyimiz bərpa edilərkən onun Xalq Cumhuriyyətinin varisi olduğunu bildirməsi tamamilə doğru idi.

İlham Əliyevin müsahibəsi elmi, tarixi faktlara əsaslanır".


Müsahibimiz Azərbaycana qarşı tarixi torpaq iddialarının heç bir əsası olmadığını söyləyib: 

"Biz vaxtı ilə qədim Sasani mənbələrində, Ərəb və sonrakı dövr qaynaqlarında, eyni zamanda rus mənbələrinin özündə də Dərbəndin kimə məxsus olduğu ilə bağlı məlumatları söyləmirik. Dərbənd bütün tarixi sənədlərdə Azərbaycanın şimaldakı torpağıdır. Amma buna baxmayaraq hər dəfə bildiririk ki, biz ərazi iddiası irəli sürmürük. Bunun hansı mənfi nəticələrə gətirib çıxara biləcəyini yaxşı dərk edirik. Ona görə də bu adamların torpaq iddiası irəli sürmədən əvvəl Azərbaycanın şimal torpağında olan Dərbənd haqqında fikirləşmələri yaxşı olardı".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Sentyabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niyə uşaqlar ataya daha çox BƏNZƏYİR

31 Avqust 2025 02:36see216

Daha bir türkiyəli müğənni Bakıya gəlir

31 Avqust 2025 00:02see202

Kaxaber Tsxadadze: Qol vurduğumuz matçda üstünlüyü qoruyub saxlaya bilmirik

31 Avqust 2025 00:09see163

Formula 1 : Niderland Qran prisində gözlənilməz qonaq

31 Avqust 2025 03:02see150

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see138

Gəncədə qəza olub, xəsarət alanlar var

30 Avqust 2025 22:30see134

Vüsal İsgəndərli üçün 70 dəqiqə

31 Avqust 2025 01:25see133

Dadaşovun komandası uğursuz seriyaya son qoyub

31 Avqust 2025 01:07see132

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see130

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see126

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see124

Bu ölkələr Ukraynaya əlavə HHM sistemləri verəcəklər

31 Avqust 2025 00:44see124

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see123

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see121

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see118

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see118

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see118

ABŞ Ukraynaya bu təyyarələri cəlb etmək istəyir

30 Avqust 2025 21:29see117

İnflyasiyaya təsir edən amillər: İdxal edilən məhsulların qiymətləri, yoxsa tələbatın artması?

30 Avqust 2025 23:38see117

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri