Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

İran rejimi legitimliyini itirir ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Rusiyanın təyyarə qərarı Bakını hərəkətə keçirdi Cavab belə veriləcək

Rusiyanın təyyarə qərarı Bakını hərəkətə keçirdi Cavab belə veriləcək

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya tərəfindən AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı gözləntilər növbəti dəfə də doğrulmadı. Belə ki, hadisə üzrə əsas fiqur kimi adı çəkilən general-mayor Aleksandr Tolopiloya qarşı bütün ittihamların ləğv edildiyi məlum olub. Rəsmi Moskvanın məsələ ilə bağlı susqunluğu, əvvəl verilən vədlərlə real addımlar arasındakı ziddiyyət və günahkarların cəzasız qalması ciddi və haqlı narazılıq doğurur.

Rusiya tərəfinin AZAL təyyarəsinin vurulması ilə bağlı məsul şəxsləri cəzalandırmaması Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərəcək? Rəsmi Bakı bu vəziyyətdə hansı siyasi və hüquqi addımları atmalıdır?

Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev bildirib ki, Rusiya tərəfinin 2024-cü il dekabrın 25-də AZAL-a məxsus təyyarənin Qroznı səmasında vurulması ilə bağlı adı hallanan general-mayor barəsində irəli sürülmüş ittihamları ləğv etməsi Bakının narazılığına səbəb olub.

Onun sözlərinə görə, artıq rəsmi Bakı bu qərarı qəbul etmədiyini açıq şəkildə bəyan edib:

“Belə bir qərarın Rusiya tərəfindən verilməsi Azərbaycan-Rusiya münasibətlərində diplomatik etimadın zəifləməsinə gətirib çıxara bilər. Ciddi bir insident fonunda razılaşmanın əldə olunmaması iki ölkə arasında mövcud və gələcək dialoqları çətinləşdirir, hətta daha mürəkkəb gündəmlər formalaşdıra bilər. Bu isə ikitərəfli görüşlərin tonunun sərtləşməsi və qarşılıqlı kommunikasiyalarda gərginliyin artması ilə nəticələnə bilər. Paralel olaraq, sözügedən qərar Rusiyaya münasibətdə Azərbaycanın etimadının sarsılmasına səbəb olur. Hadisə, xüsusilə regionda hava məkanının idarə olunması və təhlükəsizlik mexanizmləri ilə bağlı ciddi suallar doğurur. Bakı üçün bu məsələ yalnız konkret bir hadisə deyil, ümumilikdə Rusiya ilə təhlükəsizlik əməkdaşlığına dair narahatlıqları gücləndirən amil kimi dəyərləndirilə bilər”.

Politoloq deyib ki, belə bir vəziyyətin Azərbaycan-Rusiya iqtisadi və ticarət əlaqələrinə də müəyyən təsirlər göstərməsi qaçılmazdır:

“Bu məqamda əsas sual Bakının necə hərəkət etməli olmasıdır. Fikrimcə, Azərbaycan ilk növbədə Rusiya ilə bu məsələdə razılaşmadığını açıq şəkildə ortaya qoyaraq problemi beynəlxalq müstəviyə çıxarmalıdır. Beynəlxalq hüququn bəzən effektiv işləməməsi ilə bağlı yanaşmalar mövcud olsa da, Bakı bu hüquqdan imtina etməməli və məsələni beynəlxalq hüquq çərçivəsində gündəmdə saxlamalıdır. Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək imkanını əlindən verməməli, xüsusilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) kimi qurumlara müraciət edərək məsələni beynəlxalq tribunalarda hüquqi qiymətləndirmə predmetinə çevirməlidir. Bu, hadisənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əsas hədəflərdən biri olmalıdır”.

Elçin Abdullayev daha bir maraqlı məqama toxunub:

Azərbaycan bir tərəfdən beynəlxalq hüquqi mexanizmlərə istinad etməli, digər tərəfdən isə Rusiya ilə münasibətləri tamamilə kökündən kəsmədən regionda sabitliyin, iqtisadi əlaqələrin və xüsusilə təhlükəsizlik əməkdaşlığının qorunması üçün balanslı və strateji kommunikasiya xətti yürütməlidir. Bu yanaşma Azərbaycanın hüquqi və siyasi maraqlarının müdafiəsinə, məsuliyyətin tələb olunmasına və regionda sabitliyin təmin edilməsinə töhfə verə bilər”.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq əlavə şərhin olmadığı bildirilib:

“Bu məsələ ilə bağlı cənab nazir illik mətbuat konfransında açıqlama vermişdi. Əlavə şərhimiz yoxdur”.
Xatırladaq ki, xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib ki, gözləntimiz prosesin iki ölkə lideri arasında aparılan danışıqlara uyğun olaraq başa çatdırılmasıdır.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Yanvar 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see218

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see180

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see162

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see158

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see150

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri