Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

İsrail və HƏMAS arasında tarixi razılaşma...

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

Tramp Harvarda 30 gün vaxt verdi

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

Rusiyanın türkmüsəlman əhalisinin siyasi təşkilatlanması XX əsrin əvvəllərində

Rusiyanın türkmüsəlman əhalisinin siyasi təşkilatlanması XX əsrin əvvəllərində

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

TALEH CƏFƏROV

Azərbaycan Dövlət Pedaqoji Universiteti,
Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosent əvəzi,
tarix üzrə fəlsəfə doktoru

XX əsrin əvvəllərində dünyanın ərazicə Böyük Britaniyadan sonra ikinci böyük imperiyası olan (22 milyon kv. km.) Rusiya inzibati cəhətdən 78 quberniya, 21 vilayət və 2 müstəqil dairəyə bölünürdü. 1897-ci ildə keçirilmiş əhalinin ilk siyahıyaalınmasına görə, imperiya əhalisinin ümumi sayı 129 milyon nəfər idi. Ümumi əhalinin 58 faizini qeyri-ruslar təşkil edirdi. Onlar imperiyanın müxtəlif yerlərində -Baltikyanı, Polşa, Ukrayna, Belarusiya, Bessarabiya, Krım, Qafqaz, Mərkəzi Asiya, Sibir, Uzaq Şərq və digər ərazilərdə yaşayırdılar. O zaman əhalisinin sayına görə Böyük Britaniya və Çindən sonra dünyanın üçüncü ölkəsi olan Rusiyada əhalinin məskunlaşma səviyyəsi regionlar üzrə fərqli idi. Sibir ərazisi imperiyanın ən böyük regionu hesab olunurdu. Sonrakı yerləri Rusiyanın Avropa hissəsi, Mərkəzi Asiya və çöl vilayətləri tuturdu.

XX əsrin əvvəllərində Rusiya çoxmillətli və çoxkonfessiyalı bir imperiya idi. 1897-ci ilin məlumatına görə, imperiya ərazisində müsəlmanlar say etibarilə pravoslav konfessiyasından sonra ikinci yerdə qərarlaşmışdı. O zaman Xivə və Buxara istisna olmaqla, Rusiya müsəlmanlarının sayı təxminən 14 milyon nəfər (13,9 milyon nəfər) idi. Bütövlükdə, imperiya əhalisinin 11,1%-i müsəlmanlardan ibarət idi ki, onun da 12 milyon nəfərini etnik türklər təşkil edirdi. Belə ki, türklər Rusiyanın şərq hissəsində (Volqa və Sibir tatarları, başqırdlar, qazax, özbək, türkmən və qırğızlar), Rusiyanın Avropa hissəsində (Krım tatarları, Azərbaycan türkləri), Şimali Qafqazın şərq və mərkəzi hissəsində (noqaylar, kumıklar, qaraçaylar və balkarlar), qərb quberniyalarında (Litva, yaxud polyak tatarları) yaşayırdılar.

Bəhs olunan dövrdə Rusiya müsəlmanlarının imperiyanın müxtəlif ərazilərində məskunlaşma səviyyəsində nəzərəçarpacaq dərəcədə fərqlər var idi. Belə ki, həmin dövrdə Rusiyanın Avropa hissəsində 3,5 milyon, Mərkəzi Asiyada 7 milyon, Qafqazda 3,2 milyon, Sibirdə isə 122 min müsəlman yaşayırdı. Müsəlmanlar Rusiyanın Avropa hissəsində ümumi əhalinin 3,8%-ni, Mərkəzi Asiyada 90,29%-ni, Qafqazda 35,54%-ni, Sibirdə isə 2,2%-ni təşkil edirdilər.

XX əsrin əvvəllərində bütün regionlarda olduğu kimi, müsəlman regionların-da əhalinin sayı artmışdı. Bunun başlıca səbəbi əhalinin təbii artımı ilə bağlı idisə, digər tərəfdən Stolipinin köçürmə siyasəti də öz təsirini göstərirdi. Qeyd edək ki, 1897-ci ildən 1914-cü ilədək imperiya əhalisinin sayı 38,4% (Finlandiya nəzərə alınmadan) artmışdı. Nəticədə, müsəlmanların sayı 1905-ci ildə 15,4 milyona, 1915-ci ildə isə 17 milyona çatmışdı.

XIX əsrin II yarısında olduğu kimi, XX əsrin əvvəllərində də çarizm milli rayonlarda zorakı üsullarla ruslaşdırma siyasəti aparır, yerli xalqların hüquqlarını məhdudlaşdırmaq məqsədilə bir çox üsul və vasitələrdən istifadə edirdi. Milli rayonları iqtisadi cəhətdən daima mərkəzdən asılı vəziyyətdə saxlamaq, əhalinin istismarını artırmaq məqsədilə çarizm ucqarlarda sənayenin vacib və əhəmiyyətli sahələrinin inkişafına bilərəkdən maraq göstərmir, həmin ərazilərdən özü üçün satış bazarı, ucuz xammal mənbəyi kimi istifadə edirdi. Hökumət yerli sahibkarların fəaliyyətinə hər cürə süni əngəllər yaratdığı, onların fəaliyyətini sıxışdırdığı halda rus kapitalistlərinin fəaliyyəti üçün əlverişli şərait yaradırdı.

1901-1903-cü illər Qərbdən başlanan dünya iqtisadi böhranı artıq Rusiya sərhədlərinə yaxınlaşırdı. İqtisadi böhran sürətlə Rusiyanın iri sənaye mərkəzlərini, zavod və fabriklərini ağuşuna alırdı. Nəticədə, 300-dən artıq zavod və fabrik bağlandı, 100 min nəfər işsiz qaldı, imperiyanın hər yerini üsyan dalğaları bürüdü. Dünya iqtisadi böhranının açdığı ağır yaralarla yanaşı, çarizmin müstəmləkəçilik siyasəti, həmçinin rus-yapon müharibəsinin ölkə iqtisadiyyatına vurduğu zərbələrlə barışmayan müsəlman-türk burjuaziyası öz hüquqlarının qorunması məqsədilə daha fəal siyasi mübarizəyə başladı.

Ölkənin düşdüyü ağır iqtisadi böhranın dərinləşməsi ilə bütün ölkəni tətillər və kütləvi etirazlar bürüdü. Belə ki, 1905-ci il sentyabrın 19-da Moskvada mətbuatda və nəşriyyatda işləyən fəhlələr, oktyabrın 7-də Moskva-Kazan dəmiryolu fəh-lələri, oktyabrın 8-də Rusiyanın bütün dəmiryolçuları, fabriklər, zavodlar, poçt və teleqraf, məktəblər tətil etdilər. Bütövlükdə, Rusiyada tətil edən işçilərin sayı 1 milyon 700 min nəfər idi. Tətillərdə demək olar ki, bütün təbəqələrdən olan insanlar iştirak edirdilər. İlkin olaraq, 1905-ci il oktyabrın 13-də Peterburqda, ardınca Moskvada ilk “fəhlə soveti” yaradıldı. Xalq hərəkatının mütəşəkkil xarakter alması və qalib gəlmə ehtimalı qarşısında çar II Nikolay qraf Vittenin tövsiyəsi ilə oktyabrın 17-də “Azadlıq manifesti”ni elan etdi. Bununla II Nikolay şəxsi toxunulmazlıqla yanaşı, əsas hüquq və azadlıqların xalqa bağışlanması, əvvəlki illərdə seçmək və seçilmək hüququ olmayan şəxslərə bu haqqın verilməsi, Duma və Dövlət Şurasına seçkilərin keçirilməsi, seçkilərdə qanunverici orqanın səlahiyyətlərinin pozulmaması kimi bir çox məsələləri qəbul edib öz üzərinə götürdü.

“Azadlıq Manifesti”ndə digər məhkum xalqlar kimi türklərə hər hansı bir güzəşt nəzərdə tutulmurdu. 1899-cu il qanunundan irəli gələrək türklərin dövlət müəssisələrində işləməsinə qoyulmuş qadağalar “Manifest”də olduğu kimi saxlanılırdı. Həmçinin “Manifest”də türk xalqlarına qoyulmuş digər qadağa onların hərbi xidmətə aparılmaması ilə bağlı idi. Türklərlə yanaşı, Arxangelsk vilayətində yaşayan eskimoslar, Qafqazda yaşayan yəhudilər də hərbi xidmətə çağrılmırdılar. Göründüyü kimi, bəhs olunan dövrdə Rusiyanın türk-müsəlman əhalisi ikinci dərəcəli xalq, müsəlman dini isə ikinci dərəcəli din sayılırdı.

“Manifest”in rus xalqına bəxş etdiyi hüquq və azadlıqlardan kənarda qalan, ölkənin ən çox təzyiq altında saxlanılan və heç bir siyasi haqqı olmayan Rusiya müsəlmanları öz talelərinin hökmü ilə baş-başa buraxılmışdılar. Çarın türk xalqlarına qarşı həyata keçirdiyi ayrı-seçkilik siyasətindən cana doymuş, hər addım başı əzilən biçarə türklər qanunla rus xalqına verilmiş azadlıqların onlara da şamil olunmasını tələb edirdilər. İnqilaba qədər Rusiya müsəlmanlarının az sayda ziyalısı ciddi polis təqibləri altında “Tərcuman” qəzetinin ildönümlərində (10-cu ildönümü 1893, 20-ci ildönümü 1903-cü ildə keçirilmişdir-T.C) bir araya gələrək mövcud problemlər və onlardan çıxış yollarını müzakirə etmişdilər. İsmayıl bəy Qaspıralı diqqəti cəlb etməməsi üçün yubiley tədbirlərinə yüksək rütbəli rus məmur və zabitlərini də dəvət etmişdi. Tədbir ictimaiyyət üçün açıq olduğundan rəsmi icazə tələb olunmamışdır. Açılış zamanı Rusiyanın dövlət himni oxunmuş, çar üçün dualar edilmişdir. Bir sözlə, Qaspıralı son dərəcə ehtiyatlı siyasəti ilə məqsədinə nail olmuş və istədiyi nəticəni əldə etmişdir. Bu təcrübələr Rusiya türklərinin 1905-ci il inqilabında çox faydalı oldu.

1905-ci il inqilabı ərəfəsində Rusiya müsəlmanlarının hüquq və vəzifələrini müdafiə etmək mövqeyindən çıxış etməyə iddialı ideoloqlar formalaşırdı. Artıq XX əsrin əvvəllərində Rusiya imperiyasında, o cümlədən onun tərkib hissəsi olan müsəlman regionlarında genişlənməkdə olan mübarizəyə ideoloqların da təmsil olunduğu milli burjuaziya rəhbərlik etməyə çalışırdı. Yaranmaqda olan milli burjuaziya Rusiya türkləri üçün istər iqtisadi, istər mənəvi, istərsə də maarifçilik ma-raqlarının qorunmasında yeganə ümid yeri idi. Bu səbəbdən çarizmin uzun illər səylərinə baxmayaraq, əksər türklərdə milli və dini təəssübkeşlik sinfi həmrəyikdən üstün idi. Hətta tarixin bu məsuliyyətli məqamında xoşbəxtlikdən neft sənayesi burjuaziyası və iri torpaq sahibkarları (mülkədarlar) arasında nəinki heç bir ziddiyyət olmadı, əksinə həmrəylik göz qabağında idi.

Lakin digər xalqlardan fərqli olaraq türk-müsəlman burjuaziyası siyasi, iqtisadi cəhətdən çox geridə qalırdı. Əsrin əvvəllərində genişlənməkdə olan mübarizə isə ciddi təşkilatlanma tələb edirdi. Olduqca zəif, yaxşı təşkilatlanmamış müsəlman burjuaziyasının ən birinci vəzifəsi siyasi təşkilatlanma işini sürətləndirmək, qarşıda duran problemləri tədricən aradan qaldırmaqdan ibarət idi. Bu baxımdan türk xalqlarının üstünlük təşkil etdiyi bölgələrdə Rusiya müsəlmanlarını bir amal ətrafında birləşdirə biləcək vahid təşkilatın yaradılması vacib məsələ idi. Rus məktəblərində təhsil alan türklərin sayının artması, dəmir yollarının açılması və gediş-gəlişin asanlaşması, Türkiyə, xüsusilə İstanbulla əlaqələrin asanlaşdırılması, “Tərcuman”, eləcə də Bakıda çıxan bir sıra qəzet və dərgilərin (“Kaspi”, “İrşad”, “İqbal”, “Açıq söz”, “Molla Nəsrədin” və s.) etdiyi müsbət irəliləyişlərə paralel olaraq İstanbul, Misir və Suriyada təhsil alan kazanlıların açdığı müasir məktəblərin sayının art-ması nəticə etibarilə Rusiya türklərinin siyasi oyanışına ciddi təkan verdi.

1905-ci il inqilabına kimi müsəlmanların mənafeyini təmsil edəcək vahid siyasi təşkilat yox idi. Bu, ilk növbədə, çarizmin yeritdiyi müstəmləkəçilik siyasəti ilə bağlı idi. Müsəlmanların təşkilatı işlərini bir koordinasiyadan idarə etmək məqsədilə siyasi partiyanın yaradılması zəruriyyəti ortaya çıxdı. Rusiya müsəlmanlarının vahid siyasi təşkilatda birləşməsinin əsas təşəbbüskarları kimi Krım tatarlarının ideoloqları İsmayıl bəy Qaspıralı, Əbdürrəşid İbrahimov və Yusuf Akçura çıxış edirdilər. Onlar yorulmadan “Tərcüman”, “Ülfət”, “Kazan”, “Muxbir” və “Həyat” qəzetlərinin səhifələrində müxtəlif türk coğrafiyalarında eyni ideya ətrafında birləşəcək türk-müsəlmanlar üçün müştərək siyasi partiya yaradılması və bu məqsədlə qurultay çağırılmasını dilə gətirdilər. Hazırlıq işlərində Azərbaycandan olan Əlimərdan bəy Topçubaşov da fəal iştirak edirdi. Gəlinən yekdil qənaətə görə, partiya yaratmaq üçün mütləq şəkildə qurultayın çağırılması labüd idi.

(ardı var)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Dekabr 2024 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see157

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see124

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see124

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see120

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see119

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see117

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see114

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

29 May 2025 15:10see113

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see113

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

29 May 2025 16:23see113

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see112

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

29 May 2025 15:22see112

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see111

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see111

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see111

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri