Icma.az
close
up
RU
Rusiyanın türkmüsəlman əhalisinin siyasi təşkilatlanması XX əsrin əvvəllərində

Rusiyanın türkmüsəlman əhalisinin siyasi təşkilatlanması XX əsrin əvvəllərində

Icma.az, Turkstan.az saytına istinadən bildirir.


TALEH CƏFƏROV

Azərbaycan Dövlət Pedaqoji Universiteti,
Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosent əvəzi,
tarix üzrə fəlsəfə doktoru

(əvvəli BU LİNKDƏ)

Qurultayın keçirilməsi ilə bağlı ilk qığılcımlar Əbdürrəşid İbrahimov tərəfindən atılmışdır. Onun 8 avqust 1904-cü ildə İstanbulda həbs olunub Odessaya aparılmasından sonra Rusiyanın hər yerindən etiraz teleqramları artmış, nəticədə avqustun 21-də azadlığa buraxılmış və oradan Peterburqa gəlmişdir. O, burada Daxili İşlər naziri Mirski ilə görüşmüş, sonra oktyabr ayında Kazana qayıtmışdı. Daha sonra Orenburq, Troyski, Ufa və oradan da Sibirə gedərək təşkilatçılıq fəaliyyətini davam etdirmişdir. Yusuf Akçuranın evində keçirilən və Alimcan Barudi, Bünyamin Əhmədov, Abdullah Apanayev və Seyid Girey Mirzə Alkin kimi qonaqların da iştirak etdiyi toplantının nəticəsi olaraq Qurani-Kərimin türkcəyə tərcüməsi kimi müxtəlif məsələlər müzakirə edilmiş, gəlinən qərarlar barədə hökumətə məlumat verilmişdir. Ertəsi gün Petroqradda Ümumrusiya Müsəlmanları adından qurultay keçirmək üçün Krım, Qafqaz, Qazax və Türküstan müsəlmanlarına dəvət məktubları göndərilmişdir.

Dəvət məktublarında tarix göstərilməsə də, etirazlar çox olmadığından qurultayın yarmarka zamanı Nijni-Novqorodda keçirilməsinə qərar verilmişdir. Bu arada Çistaydan gələn İbrahim Şövkət bacısı Aliyə xanımın 20 may 1905-ci ildə keçiriləcək toy mərasiminə bütün iştirakçıları dəvət etmişdi. Ancaq Əlimərdan bəy Topçubaşovun Bakıya qayıtması nəticəsində toplantı baş tutmadı. Bundan sonra Əbdürrəşid İbrahimov və digər təmsilçilər Çistaya gedərək burada kütləvi də olmasa toplantı keçirdilər. Burada “Nəşr-i Maarif Cəmiyyəti”nin təsis edilməsi təklif edilmişdir.

Qurultay leqal şəkildə keçirilməli idi və bu məqsədlə Nijni-Novqorod qubernatoruna müraciət edilmişdi. Müraciətə cavab verilənə qədərki müddətdə Volqaboyu, Ural, Krım, Sibir, Qafqaz və Türküstandan olan müsəlmanlar Nijni-Novqoroda axışırdılar. Lakin avqustun 8-də qubernator onlara rədd cavabı vermişdi. Qurultaya təşrif buyurmuş ziyalılar 1905-ci il avqustun 13-də özlərinin ilk yığıncağını keçirtdilər. Burada ilk növbədə, qubernatora yenidən müraciət edilməsi qərara alındı. Lakin şəhərdə hərbi vəziyyətin elan olunduğunu bəhanə gətirən qubernator avqustun 14-də hər hansı bir yığıncağın keçirilməsinə imkan verilməyəcəyini bildirdi.

O zaman milli ziyalılar qurultayın gizli şəraitdə keçirilməsini qərara aldılar. Bu məqsədlə qurultay nümayəndələri Volqa sərnişin gəmilərindən birini icarəyə götürərək burada gizli şəraitdə qurultayın keçirilməsinə qərar verdilər. 1905-ci ilin avqustun 15-də Qustav Struve gəmisində Rusiya müsəlmanlarının birinci qurultayı keçirildi. İsmayıl bəy Qaspıralı qurultayın sədri, Əlimərdan bəy Topçubaşov, Əbdürrəşid İbrahimov və Əbülsüqut Axmatov onun müavinləri seçildilər. İ.Qaspıralının sədrliyi ilə keçən qurultayda Azərbaycan, tatar, başqırd, Krım, Sibir, Türküstan burjuaziyasını təmsil edən 150 nümayəndə (bəzi mənbələrdə 120) iştirak edirdi. Qurultayın təşkilatçıları, əsasən, müsəlman liberal hərəkatının liderləri Q.R.İbrahimov, Y.Akçura, Ə.Topçubaşov idi. Bunlarla yanaşı, qurultay nümayəndələri içərisində Rusiya türklərinin tanınmış simalarından İ.Qaspıralı, Ə.Ağayev, S.Alkin, M. Biqiyev və başqaları iştirak edirdilər. İ.Qaspıralı ilk sözü Rusiya müsəlmanlarının siyasi liderlərindən Ə.Topçubaşova verdi. O, Rusiya müsəlmanlarının sosial-iqtisadi, siyasi, milli və dini problemlərini təhlil etdi.

13 saat davam edən qızğın müzakirələrdən sonra qurultay iştirakçiları tərəfindən “Rusiya Müsəlmanları İttifaqı”nın (“İttifaqi-Müslimin”) yaradılması yekdilliklə qərara alındı. Həmçinin burada beş bənddən ibarət qətnamə qəbul edildi. İttifaqın qarşısında aşağıdakı vəzifələr qoyulmuşdu:

1. Vahid dövlət çərçivəsində bütün Rusiya müsəlmanlarının birləşdirilməsi;

2. Bütün millətlərin nümayəndələrinin bərabər surətdə təmsil olunması əsasında konstitusiyalı monarxiyanın qurulması;

3. Müsəlman və rus əhalisinin hüquqi cəhətdən bərabərliyinin təmin edilməsinə nail olmaq. Müsəlmanlara qarşı ayrı-seçkilik salan bütün qanunların, idarəetmə metodlarının ləğv olunması;

4. Müsəlmanların mədəni və mənəvi tərəqqisi haqqında qanunun qəbul edilməsi;

5. Qeyd olunan məqsədlərə çatmaq üçün yerlərdə müsəlman qurultayı tərəfindən rəhbərlik edilən məclislərin yaradılması.

Qətnamənin mətnindən də aydın olur ki, türk-müsəlmanların mübarizəsinin məqsədi müstəsna hüquqlara malik olmaq deyil, onların başqa xalqlarla, dilin baş-qa dillərlə, islam dininin xristianlıqla eyni hüquqlara malik olması tələbi idi. Qurultayın gedişində növbəti qurultayın çağırılması, İttifaqın proqram layihəsinin hazırlanması haqqında qərar qəbul edildi. Qurultayda “İttifaq”ın rəhbər orqanları seçildi. Eyni zamanda Rusiyadakı türk bölgələrinin 16 şöbəyə ayrılaraq hər bir şöbənin mərkəzdən gələcək təlimata uyğun iş görməsi qərara alındı. Bununla yanaşı, 15 avqust gününün bayram olaraq qəbul edilməsi, həmçinin hər ilin 15 avqustunda Nijni-Novqorodda ümumi bir qurultayın keçirilməsi qərarlaşdırıldı. Burada Türküstandan və digər yerlərdən burjuaziya nümayəndələrinin olmaması əslində bölgələrdə milli burjuaziyanın formalaşma səviyyəsini, ictimai və siyasi fəallığını göstərirdı.

Rusiya müsəlmanlarının ilk qurultayından sonra imperiyada siyasi mübarizə hər keçən gün yeni məzmun almağa başladı. 1905-ci ilin oktyabrında “Ümumrusiya siyasi tətili” başlandı. Çar hökuməti inqilabi hərəkatın təzyiqləri nəticəsində 1905-ci ilin oktyabrın 17-də “Dövlət quruluşunun təkmilləşdirilməsi haqqında” manifest elan etdi. Manifestdə şəxsiyyət toxunulmazlığı, söz, yığıncaq, vicdan, ittifaqlar azadlığı, seçki hüququ elan edilirdi. Manifest əsasında siyasi partiyaların yaradılmasına başlanıldı və qısa müddətdə Rusiyada 11 böyük partiya fəaliyyətə başladı. Göründüyü kimi, manifest leqal siyasi partiyaların yaranması, onların açıq fəaliyyət göstərmələri üçün hüquqi baza rolunu oynadı. Belə ki, manifestə qədər imperiyada leqal siyasi partiyalar fəaliyyət göstərə bilməzdilər. Bu sənəd isə siyasi fəaliyyət üçün bir əsas oldu.

Müsəlman siyasi liderlər yaranmış şəraitdən istifadə edərək yeni qurultayın keçirilməsini qərara aldılar. Lakin hökumət bu dəfə də qurultayın açıq keçirilməsinə icazə vermədi. Hökumət bunu 1905-ci ilin sonunda iqtisadi və siyasi xarakterli yığıncaqların keçirilməsinə qoyulan qadağa ilə əlaqələndirdi. Lakin hökumətin yaratdığı süni əngəllərə rəğmən müsəlman siyasi liderləri ikinci qurultayın keçirilməsini zəruri hesab etdilər. O zaman “Ülfət” qəzetində Əbdürrəşid İbrahimin silsilə məqalələrinin İsmayıl bəy Qaspıralı tərəfindən dəstəklənməsi nəticəsində qurultayın gündəliyi ilə bağlı aşağıdakı məsələlər ortaya çıxmağa başladı:

1. “Rusiya Müsəlmanları İttifaqı”nın idarəetmə formasının müəyyən edilməsi;

2. Əməkdaşlıq ediləcək Rusiya siyasi partiyasının müəyyən edilməsi;

3. Dövlət Dumasına ən çox türk deputat seçilməsi yollarının müzakirə edilməsi;

4. Türklərin hüquq və qanunlarını məhdudlaşdıran qanunların ləğvi;

5. Qırğızlara və köçərilərə dini mərkəzə tabe olmaq hüququnun verilməsi;

6. Xristianlaşmış müsəlmanlara din azadlığının verilməsi;

7. Müsəlman din xadimlərinin xristian ruhanilərlə eyni hüquq və imtiyazlara malik olması;

8. Türk torpaqlarının qorunması;

9. Müasir həyatın və şəriətin şərtlərinə uyğun məktəblərin yaradılması;

10. Müəllim hazırlayan məktəblərin və mədrəsələrin açılması;

11. Qabiliyyətli və istedadlı şəxslərin Dini mərkəzin rəhbərliyinə gətirilməsi.

İttifaqın Kazan şöbəsi qurultayın keçirilmə vaxtı ilə bağlı yaranmış mübahisələrə son qoyaraq ikinici qurultayın 12 yanvar 1906-cı ildə Moskvada keçiriləcəyini teleqrafla bütün şöbələrə bildirdi. Ancaq 2 gün sonra hökumət Moskvadakı qarışıqlıq səbəbindən qurultayın keçirilməsi ilə bağlı razılığını geri götürdü. Bundan sonra Kazan nümayəndə heyəti ikinci elanla qurultayın 1906-cı ilin yanvarın 15-də Peterburqda keçiriləcəyini bildirdi.

1906-ci ilin yanvar ayının 13-23-də Sankt-Peterburqda gizli şəraitdə “Rusiya Müsəlmanları İttifaqı”nın ikinci qurultayı keçirildi. Yüz əlliyə yaxın nümayəndənin iştirak etdiyi qurultay əvvəlcə Murtuza Əfəndi Vahabın, daha sonra isə Həsən Əfəndi Həbibullahın evində öz işini davam etdirdi. Qurultaya sədrlik Əlimərdan bəy Topçubaşova həvalə edilmişdi. Qurultayda Azərbaycan müsəlmanlarını Əlimərdan bəy Topçubaşov, Qara bəy Qarabəyli və Əsədulla Axundov təmsil edirdilər. Qurultayda partiyanın proqram və nizamnamə layihələri, I Dövlət Dumasına keçirilən seçkilərdə taktiki məsələlər müzakirə olundu. Qurultay Dumaya keçirilən seçkilərdə kadetlərlə birlikdə fəaliyyət göstərmək barəsində qərar qəbul etdi. Yekunda 23 bənddən ibarət nizamnamə və müvəqqəti proqram layihəsi qəbul edildi, növbəti qurultaya qədər nöqsanların aradan qaldırılması tövsiyyə olundu. Qurultay Nizamnaməni qəbul etdi.

Nizamnamədə müsəlmanların yaşadıqları yerlərdə mərkəzləri Bakı, Simfero-pol, Sankt-Peterburq, Moskva, Həştərxan, Qazan olmaqla Qafqaz, Krım, Sankt-Peterburq, Moskva, Aşağı və Orta Volqaboyunda 16 rayon (1.Qafqaz; 2.Krım; 3. Peterburq; 4.Litva (Müsəlman tatarlar); 5.Aşağı İdil (Həştərxan); 6.Yuxarı İdil (Kazan); 7.Orenburq; 8.Ufa; 9.Türküstan; 10.Sibir; 11.Omsk; 12.Dala (Qazaxısyan bazqırları); 13.Semipalatinsk; 14.Yeddisu (Almatı); 15.Akmola (Müasir Astana); 16.Zakaspi (Xəzər ətrafı)) təşkil olunması nəzərdə tutulurdu. Həmin rayonlarda müsəlmanların qurultaylarına tabe olan məclislər yaradılmalı idi. Həmçinin qurultayların hər il çağrılması nəzərdə tutulurdu.

(ardı var)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Yanvar 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri