RUSİYANIN ÜÇ KEÇMİŞ İTTİFAQ ÖLKƏSİNİ İŞĞAL PLANI VAR Kəşfiyyat rəhbəri şok iddia irəli sürdü
Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Hərbi Kəşfiyyatının rəisi Kirill Budanov Rusiya ilə bağlı sensasiyalı iddia açıqlayıb.
Mia.az xarici mətbuata istnadla xəbər verir ki, o, Baltikyanı ölkələr barədə Rusiyanın rəsmi işğal planı olduğunu iddia edib.
Budanovun sözlərinə görə, Moskva Litva, Latviya və Estoniyanı əhatə edən mümkün işğal ssenarisinə hazırlıqları sürətləndirib: "Rusiya Avropa üçün hərbi hazırlıqlarını 2030-cu ildən 2027-ci ilə keçirib. Rusiyanın ehtimal olunan ilk hədəfləri Litva, Latviya və Estoniyanı əhatə edən Baltikyanı bölgədir. Polşa hazırda birbaşa işğal planlarının bir hissəsi deyil, lakin Moskva tərəfindən hərbi təzyiq və hücum ssenariləri çərçivəsində nəzərdən keçirilir".
Ukrayna kəşfiyyat rəhbəri daha sonra Rusiyanın ekspansionist siyasətinin ideoloji perspektivdən formalaşdığını bildirib. O, Kremlin Qərbi zəif və qeyri-sabit hesab etdiyini və Rusiyanı imperiya kimi yenidən ayağa qalxmağa çalışdığını iddia edib: "Rusiya prezidenti Vladimir Putin təkcə hərbi deyil, həm də sosial hazırlıq prosesi həyata keçirir. Onun məqsədlərdən biri Rusiya ictimaiyyətinin nəzərində Avropanın güclü və cəlbedici olması təsəvvürünü yox etməkdir..."
Yeri gəlmişkən, Müharibə Tədqiqatları İnstitutu (ISW) tərəfindən dərc edilən təhlillərdə də Rusiyanın NATO ilə mümkün münaqişəyə hazırlıqlarını sürətləndirdiyi yazlıb. Hesabatda bildirilir ki, bu prosesdə hərbi potensialla yanaşı, informasiya və psixoloji infrastruktur da gücləndirilir.
Samir MUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 22 Dekabr 2025 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















