Icma.az
close
up
RU
Rusiyanın Ukraynadan sonrakı hədəfi bu ölkələr OLACAQ SENSASİON DETALLAR

Rusiyanın Ukraynadan sonrakı hədəfi bu ölkələr OLACAQ SENSASİON DETALLAR

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hazırda Vladimir Putinin imperiya ambisiyalarını azaltdığını göstərən heç bir əlamət yoxdur.
Buna görə də dayanıqlı sülhün qurulmasına yönələn bütün səylər bu reallıq üzərində qurulmalıdır.
Bizim.Media xəbər verir ki, bu barədə “Atlantic Council” yazıb.
Məqalədə qeyd olunur ki, Rusiya imperiyasının ən geniş sərhədləri əsas götürülsə, bu günkü Rusiyanın potensial hədəfləri sırasında Finlandiya, Polşa, Estoniya, Latviya, Litva, Belarus, Moldova, Ermənistan, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya ölkələri yer ala bilər.
Bu siyahıya XX əsrin ikinci yarısında Şərq blokuna daxil olan bir sıra keçmiş sovet dövlətlərini də əlavə etmək mümkündür.
Putin nə istəyir?
Nəşr yazır ki, Rusiya prezidenti Vladimir Putin ekspansionist iştahalarının qətiyyən təmin olunmadığını bir daha nümayiş etdirib. Xüsusilə, 17 dekabrda Müdafiə Nazirliyinə müraciətində Putin Ukraynaya qarşı işğalın maksimalist məqsədlərinin “qeydsiz-şərtsiz” həyata keçiriləcəyini bildirib və müharibəni “səlib yürüşü” kimi təqdim edib.
 

“Atlantic Council”un fikrincə, bu bəyanatların ən birbaşa şərhi Putinin Ukraynanın nəzarətində qalan Donbasın bir hissəsini nəzərdə tutmasıdır.


Qeyd olunur ki, bu kiçik, lakin möhkəmləndirilmiş və strateji əhəmiyyətli ərazi hazırda danışıqların mərkəzindədir və Kreml tərəfindən atəşkəsin “qiyməti” kimi təqdim olunur.
Qərb ayılmağa başlayır
Ukraynaya qarşı müharibə davam etdikcə, Qərbdə Putinin imperiya ambisiyalarına daha ciddi yanaşmağa başlayıblar. ABŞ kəşfiyyatının qiymətləndirmələri də göstərir ki, Putin bütün Ukraynanı ələ keçirmək və vaxtilə SSRİ-yə aid olmuş Avropanın bəzi hissələrini geri qaytarmaq niyyətindən əl çəkməyib.
Kəşfiyyat hesabatında deyilir: “Avropalılar buna inanır. Polyaklar buna tam əmindir. Baltikyanı ölkələr isə özlərini birinci hədəf hesab edir”.
 

Bununla yanaşı, bəzi skeptiklər Putinin Qərbə qarşı genişmiqyaslı müharibə aparmaq imkanlarını şübhə altına alır və Ukraynadakı uğursuzluqları Rusiya ordusunun məhdud imkanlarının sübutu kimi göstərirlər.


“Atlantic Council” isə bunu “rahatladıcı, lakin təhlükəli dərəcədə yanlış” yanaşma adlandırır.
Nəşr vurğulayır ki, Rusiyanın Ukraynada irəliləyə bilməməsi fundamental zəifliyin deyil, Ukrayna xalqının inanılmaz müqavimətinin və verdiyi böyük qurbanların göstəricisidir. Lakin bu müqavimət sonsuzadək davam edə bilməz və buna arxayın olmaq olmaz. Əgər Ukrayna süqut edərsə, Avropa hazır olmadığı bir çağırışla üz-üzə qalacaq.
Putini hərəkətə keçirə bilən amillər
Məqaləyə görə, mövcud geosiyasi mühit Putinə Rusiya imperiya gündəmini irəli aparmaq üçün unikal imkan yaradır. Donald Trampın Ağ Evə qayıdışı ABŞ-ın Ukrayna müharibəsinə və Avropanın müdafiəsinə münasibətində ciddi dəyişikliklərə səbəb olub.
 

“Atlantic Council” yazır ki, Rusiyanın Baltikyanı ölkələrə hücumu NATO-nun 5-ci maddəsinə uyğun olaraq ABŞ-ın cavab verməsi ilə nəticələnəcəkmi sualı artıq birmənalı qəbul edilmir.


Trampın NATO-ya münasibəti və administrasiyasının Avropa ilə bağlı qeyri-müəyyən mövqeyi bu sualı daha da aktuallaşdırır.
Avropa Rusiyaya qarşı “dişsiz” qala bilər
Nəşr vurğulayır ki, Avropa hələlik təkbaşına Rusiyadan özünü müdafiə etmək gücündə deyil.
Müdafiə sənayesinin onilliklər boyu zəifləməsi fonunda effektiv yenidən silahlanma illər tələb edəcək. Eyni zamanda Avropa liderləri Kremli cilovlamaq üçün zəruri olan kollektiv siyasi iradəni nümayiş etdirə bilməyiblər.
 

Dondurulmuş Rusiya aktivlərinin Ukraynanın xeyrinə istifadəsi ilə bağlı razılaşmanın əldə olunmaması da Avropanın parçalandığını və Rusiya qarşısında duyduğu qorxunu göstərən növbəti nümunə kimi təqdim olunur.


Nəşrin qənaətinə görə, Putinin müharibəni genişləndirməyə tələsməməsi üçün səbəblər var, lakin Avropanın həlledici cavabından çəkinməsi bu səbəblər sırasında deyil. Putin tarixdə Rusiyanın ən böyük hökmdarları sırasında yer almaq istəyi artıq “geri dönüş nöqtəsini” keçib və sanksiyaların yumşaldılması və ya kiçik ərazi güzəştləri naminə bu məqsəddən vaz keçməyəcək.
“Atlantic Council” yekunlaşdırır ki, Putinə təzyiq o həddə çatdırılarsa, davamlı sülh mümkündür.
O zaman Kremlin sahibi Ukraynada məğlubiyyətdən və daxildə mümkün çöküşdən qorxmağa başlayacaq.
 

Qeyd olunur ki, Rusiya-Ukrayna müharibəsinin bitməsi ilə bağlı danışıqlar davam edir, lakin əsas maneə Putinin tam nəzarətə götürmək istədiyi Donbas məsələsidir.


Almaniya xarici işlər naziri Yohann Vadeful isə bildirib ki, ABŞ Ukraynaya etibarlı təhlükəsizlik zəmanətləri verərsə, Kiyev sülh razılaşması çərçivəsində müəyyən güzəştlərə gedə bilər.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:20
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Dekabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri