Icma.az
close
up
RU
Rusiyanın Ukraynanı dünya xəritəsindən silmək cəhdləri iflasa uğrayıb Bayden

Rusiyanın Ukraynanı dünya xəritəsindən silmək cəhdləri iflasa uğrayıb Bayden

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"Sovet hökuməti tərəfindən qəsdən və zorən törədilmiş kütləvi aclıq nəticəsində 7 milyon ukraynalı həlak olub..."

Sovet İttifaqının törətdiyi Qolodomora rəğmən, Ukrayna sağ qalıb və müstəqil dövlət qurub. 

Moderator.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bəyan edib. Bəyanatı "rbc.ua" nəşri yayıb.

"91 il öncə İosif Stalin və sovet rejiminin törətdiyi Qolodomor, zorən və qəsdən törədilən aclıq nəticəsində milyonlarla ukraynalı həlak olub. Qolodomoru yaşamış insanların və onların nəsillərinin xatirəsini yad edirik. Onlar Stalinin Ukraynanın milli identikliyinin qarşısının alınması səylərinə rəğmən, azad, müstəqil və demokratik Ukrayna qura bilib", - Bayden bəyan edib.

Ağ Ev rəhbəri Birləşmiş Ştatların Ukraynaya "çətin anlarda dəstəyinə" sadiqliyini təsdiq edib.

"Üç ilə yaxındır ki, Rusiya Ukrayna xalqına qarşı qəddar müharibə apararaq Ukraynanı dünya xəritəsindən silməyə cəhd göstərir. Bu səylərində Rusiya uğursuzluğa düçar olub. Kiyev azaddır, bu, qismən  Birləşmiş Ştatlar və 50-dən çox ölkənin Ukraynaya müdafiə olunması üçün göstərdiyi yardımın nəticəsi sayəsində mümkün olub", - Bayden bəyan edib.

O, vurğulayıb ki, ABŞ ukraynalıların keçmişinin xatirəsini əziz tutur, bu gün də onlara dəstək göstərir.

"Bu gün biz Ukraynanın öz azadlığı, ədalətə can atması və özü üçün seçdiyi Avroatlantika gələcəyinə aparan yolun müdafiəsinə sədaqətimizi təsdiq edirik. Ukrayna xalqının igidliyi və gücü zəfər çalacaq", - Bayden bəyan edib.

1932-1933-cü illərin Qolodomoru (kütləvi aclıq-red.) Ukrayna SSRİ-nin kənd yerlərində milyonlarla insan qurbanına səbəb olmuş kütləvi aclıqdır. Qolodomor Muzeyinin saytında qeyd edilir ki, həmin illərdə aclıqdan ölənlərin ümumi sayı 7 milyon nəfərə çatıb. 

Qolodomor SSRİ hökuməti tərəfindən Ukrayna xalqına qarşı törədilən soyqırım aktı kimi qəbul edilir. Qolodomor qurbanlarının xatirəsi  noyabrın dördüncü şənbə günü yad edilir.

2016-cı ildə Ukrayna Ali Radası 1932-1933-cü illərin Qolodomorunun Ukrayna xalqına qarşı soyqırım aktı kimi tanınması xahişi ilə demokratik dövlətlərə müraciət edib.

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hərbi müdaxiləsi başlamazdan öncə bir sıra dövlətlər, o cümlədən Avstraliya, Gürcüstan, Ekvador, Estoniya, Kanada, Kolumbiya, Latviya, Litva, Meksika, Paraqvay, Peru, Polşa, ABŞ, Macarıstan, Portuqaliya və hətta Vatikan Qolodomoru ukraynalılara qarşı soyqırım aktı kimi tanıyıb.

2022-2023-cü illərdə Qolodomoru Çexiya, Belçika, Moldova, İrlandiya, Almaniya, İslandiya, Fransa, Sloveniya, Böyük Britaniya, Lüksemburq, Xorvatiya, İtaliya, Uels, İsveçrə, habelə Avropa Parlamenti və AŞPA tanıyıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Noyabr 2024 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri