Icma.az
close
up
RU
Rusiyanın xüsusi nümayəndəsi hansı təkliflərlə gəlir? Putin Zəngəzur planını aktivləşdirir

Rusiyanın xüsusi nümayəndəsi hansı təkliflərlə gəlir? Putin Zəngəzur planını aktivləşdirir

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayevin bölgəyə səfəri gözlənir. Onun gəliş səbəbi hələlik açıqlanmır. Lakin bir çoxları bu səfərin Azərbaycan və İrəvan münasibətləri ilə əlaqəli olduğunu bildirir. Bəzi ekspertlər isə onun gəlişini Zəngəzur dəhlizinin açılması ilə əlaqələndirir.

Xovayev Bakıya və İrəvana hansı təkliflərlə gələ bilər? Kremlin planı nədir?

Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, ABŞ Prezidenti Donald Trampla Rusiya başçısı Vladimir Putinin telefon danışığı Kremldə çox böyük ümidlər yaradıb.

Onun fikrincə, bu vaxta qədər Kreml danışıqlardan kənar qalmışdısa, onları heç yerdə yüksək səviyyədə qəbul etmirdilərsə, Trampın zəngindən sonra onlar artıq özlərini dünya gündəmini həll edən tərəf kimi hiss etməyə başlayıblar:

“Telefon danışığında nədən söhbət getdiyi açıqlanmır. Ukrayna ilə bağlı bəzi məsələləri açıqladılar, amma ola bilər ki, orada yeni dünya düzəninin formalaşması barədə də müəyyən razılığa gəliblər. Çinlə mübarizə bu gün ABŞ-ın əsas məqsədlərindən biri olduğuna görə ona Rusiya kimi müttəfiq lazımdır. Bu baxımdan ola bilsin, ABŞ Rusiyanın keçmiş sovet məkanı üzərində təsir dairəsini tanımağı barədə qərar qəbul edib və bunu Putinlə danışıqda deyib. Fikir verdinizsə, məhz bundan sonra Kremlin diplomatik aktivliyi artıb, deyilənlər də o hadisədən sonra başlayıb”.

Vəli Əlibəyov

Politoloq deyib ki, ola bilər Xovayevin bölgəyə təklifi Azərbaycan və Ermənistana yeni vəziyyətin yarandığı barədə məlumat verməkdir:

“Eyni zamanda iki ölkənin yenidən Moskva tərəfə döndərməsinin vaxtı çatdığını deyəcəklər. İkinci məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. Kreml əvvəldən istəyirdi ki, Zəngəzur dəhlizi açıldıqdan sonra ora nəzarəti Rusiyanın xüsusi xidmət orqanları həyata keçirsinlər. Nəzərə alsaq ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi artıq imzalanma ərəfəsindədir, Rusiya da bu prosesdən kənarda qalmaq istəmir. O da proseslərdə yaxından iştirak etməyə çalışır. Sülh müqaviləsinə Rusiya maraqlarına uyğun nələrisə salmaq istəyəcəklər. Ümumiləşdirsək, deyə bilərik ki, Rusiyanın diplomatik aktivliyi nəzərə çarpır. Bununla da onlar bu vaxta qədər Ukrayna müharibəsinə görə itirdikləri mövqelərini geri qaytarmağa çalışırlar”.

Xatırladaq ki, Rusiya son günlər Azərbaycanla münasibətləri düzəltməyə çalışır. Bir müddət öncə prezident Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə telefon danışığı aparıb. O, İlham Əliyevi Faşizm üzərində qələbənin 80 illik yubiley tədbirinə dəvət edib. Martın 16-18-də isə Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Azərbaycana rəsmi səfərə gəlmişdi.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Mart 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri