Icma.az
close
up
RU
Zəngəzur dəhlizi Rusiyanın Qafqazdakı təsirini azaldacaq RƏY

Zəngəzur dəhlizi Rusiyanın Qafqazdakı təsirini azaldacaq RƏY

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan neftinin və neft məhsullarının Ermənistana satılması da müzakirə predmetlərindən biridir

"Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ölkəmizə səfərini şərh edərkən çox vacib məqama toxunub. O bildirib ki, ikitərəfli görüş zamanı Azərbaycan neftinin və neft məhsullarının Ermənistana satılması da müzakirə predmetlərindən biri olub".

Bunu siyasi şərhçi Elçin Ağamalı feysbuk səhifəsində yazıb. Ekspert bildirib ki, Rusiyanın Cənubi Qafqazda olan geosiyasi maraqlarının qarşısının tamamilə alınmasının ancaq bir yolu var:

"Bu yol regionda yerləşən ölkələrin birgə müqaviməti və Rusiyanın bu ölkələrin hər hansı birinə olan təsir mexanizmlərinin ortadan qaldırılmasında birgə fəaliyyətidir. Qarabağ probleminin həll olunması, Gürcüstan üzərindən keçməklə nəqliyyat və enerji marşurutlarının çəkilməsi, güclü ordu quruculuğu və bir çox digər şərtləri təmin etməklə Azərbaycan tam şəkildə Rusiyanın təsir imkanlarını sıfıra endirib. Gürcüstan qismən də olsa təsir imkanlarını azaltmağa nail olmuş və mümkün qədər müstəqil siyasət həyata keçirməyə çalışır. Ermənistan gec də olsa suveren siyasət həyata keçirmək xəttini tutan sonuncu Qafqaz ölkəsidir. Hər zaman Rusiyanın Qafqazda forpostu rolunu oynamış bir ölkə üçün bu olduqca ağrılı bir inkişaf yoludur. Ölkədə nicatı Rusiyada görən siyasi qüvvələr mövcuddur. Kilsə əsrlər boyu Rusiyanın vasitəsilə Azərbaycan torpaqlarına yerləşməyin dadını yaddan çıxarmayıb. Ölkə nəqliyyat və enerji cəhətdən Rusiyadan və onun müttəfiqi olan İrandan tam şəkildə asılıdır". 

E.Ağamalının sözlərinə görə, Paşinyan hökuməti birinci iki şərtlərin ortadan qaldırılması üçün mübarizəsini aparır: "Ancaq sonuncu şərtin təmin olunması sadəcə Ermənistanın iradəsindən asılı deyil və burada Azərbaycanın kömək və dəstəyinə ehtiyacı vardır. Düşünürəm ki, Zəngəzur dəhlizi də daxil olmaqla nəqliyyat infrastrukturunun yenidən qurulması və açılması, enerji daşıyıcılarının təmin olunması sahəsində əldə olunacaq razılaşma Ermənistanı Rusiyadan uzaqlaşdırmaqla regionun tam suverenliyinə imkan yaradacaqdır. Və Ukrayna-Rusiya müharibəsi başa çatmamış bu proseslər nə qədər tez baş verərsə Ermənistanın tarixi missiyası bir o qədər uğurlu olar".

İsmayıl 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Dekabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri