Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Rusiyanın SENSASİON PLANI YENİ SSRİ

Rusiyanın SENSASİON PLANI YENİ SSRİ

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

ABŞ və müttəfiqləri son üç ildə Rusiyanı haqlı olaraq beynəlxalq hüququ və liberal dünya nizamının əsaslarını pozmaqda ittiham edərək onu beynəlxalq təcrid vəziyyətinə salmağa çalışırdılar. Lakin Donald Tramp Moskva ilə münasibətləri bərpa edir və Rusiyanı təcavüzkar, Ukraynanı isə təcavüz qurbanı adlandırmaqdan imtina edir. Bu, 1990-cı illərdə formalaşan dünya düzəninin sona çatdığı deməkdirmi?

Rusiya təcavüzkardır və ABŞ Trampın prezidentliyi dövründə onunla münasibətləri bərpa etmək yolunu tutur. Putin və Tramp artıq açıq və birmənalı şəkildə bu siyasi iradəni ifadə ediblər. Bu, ən azından özünü tərəflərin Vaşinqtondakı Rusiya səfirliyinin tam fəaliyyətini bərpa etmək qərarında göstərir.

Bundan əlavə, 24 fevralda - Rusiyanın Ukraynaya müdaxiləsinin üçüncü ildönümündə - ABŞ BMT Baş Assambleyasının Rusiya təcavüzünü və Ukrayna ərazilərinin işğalını pisləyən qətnaməsinin əleyhinə səs verib.

Əməkdaşlığın belə bir inkişafı postsovet ölkələri üçün nə dərəcədə təhlükəlidir? Donald Trampın bu qərarları ilə Putinə keçmiş sovet məkanında sərbəst fəaliyyət üçün “kart-blanş” verməsi mümkündürmü? Əgər belə olarsa, sonra nə baş verə bilər? Təcavüzkar Rusiyanın artıq bizim ölkələrimizin ərazisinə müdaxiləsi başlaya bilərmi? Trampın beynəlxalq aləmi bu cür səhv qavramasının qarşısını kim ala bilər? O, həqiqətənmi dünyanı üç oyunçu - ABŞ, Rusiya və Çin arasında bölmək vaxtının gəldiyini düşünür?

Pressklub.az-ın suallarını tanınmış xarici analitiklər cavablandırıblar.

Ukraynanın “Penta” Siyasi Araşdırmalar Mərkəzinin direktoru Volodimir Fesenko hesab edir ki, hələlik uzaqgedən nəticələr çıxarmağa ehtiyac yoxdur: “Həm Tramp, həm də Putin bir çox məsələlərdə razılığa gəlmək istəyirlər. Lakin ABŞ və Rusiya arasında danışıqlar prosesində problemlərin mövcud olduğu da açıq-aşkardır. Hələlik Tramp və Putin arasında mümkün görüşün tarixi belə razılaşdırılmayıb. Eyni zamanda ABŞ və Rusiya nümayəndə heyətlərinin yeni görüşü üçün də konkret tarix müəyyən edilməyib. Bundan əlavə, ABŞ və Rusiya arasında Ukraynadakı müharibənin başa çatdırılması da daxil olmaqla, bir çox digər məsələlərdə də fikir ayrılıqları mövcuddur”.

O qeyd edib ki, Trampın dünyanı üç oyunçu - ABŞ, Rusiya və Çin arasında bölmək qərarına gəldiyini söyləmək üçün heç bir əsas yoxdur: “Ciddi ekspertlərin əksəriyyəti tam əksini düşünür. Tramp Putinlə yaxınlaşmaq yolu ilə Rusiyanı Çindən ayırmaq istəyir. Çin ABŞ üçün əsas rəqib və ən ciddi geosiyasi çağırış olaraq qalır. Lakin Rusiyanın Çindən imtina edəcəyi ehtimalı azdır və Çin də ABŞ-Rusiya yaxınlaşmasına birbaşa və ya dolayı şəkildə mane olacaq. Postsovet məkanından danışsaq, Çin artıq Mərkəzi Asiyanı öz maraq dairəsi kimi görür və Rusiyanın, məsələn, Qazaxıstana qarşı hər hansı aqressiv addımlarına icazə verməyəcək.

Cənubi Qafqaz kontekstində isə Rusiya ekspansiyasını məhdudlaşdıran amil Türkiyənin təsiri olacaq. Türkiyənin təsiri yalnız Qafqaz regionu ilə məhdudlaşmayacaq. Ankara artıq Ukraynada sülhün bərqərar olunmasında vasitəçilik etməyə, hətta Ukrayna ərazisində sülhməramlı missiyada iştirak etməyə hazır olduğunu bəyan edib. Türkiyənin Londonda Ukraynaya dəstək məqsədilə keçirilən sammitdə iştirakı bunun açıq göstəricisi idi. Əgər Tramp Rusiyadan istədiyini ala bilməsə, onun Putinlə razılığa gəlmək arzusu Moskva ilə bağlı məyusluq və narazılığa çevrilə bilər. Bu hal onun ilk prezidentliyi dövründə də baş vermişdi".

Hazırda Tiflisdə yaşayan rusiyalı siyasi ekspert Yeqor Kuroptev isə bildirir ki, hələlik Trampın ictimai şəkildə səsləndirdiyi bəyanatların onun real strategiyasına nə dərəcədə uyğun gəldiyi aydın deyil: “Strategiyanın özü aydındır - mümkün qədər tez sülh sazişi əldə etmək. Lakin Kiyevi Ukraynaya açıq şəkildə təhlükəsizlik zəmanətləri verməyən bir sazişi imzalamağa məcbur etmək imkanı olmayan Tramp, çox güman ki, danışıqlar masasına oturması üçün təcavüzkara təzyiq etməyə məcbur olacaq. Halbuki o, bundan əvvəl Putinə açıq şəkildə dostluq mesajları ötürürdü. Variantlar müxtəlif ola bilər, lakin əgər ABŞ-da hələ də Kremllə, üçüncü ildir xəstəxanaları və uşaq bağçalarını partladan insanlarla hansısa formada əməkdaşlığa inanan insanlar varsa, onlar səhv edirlər. ABŞ-ın hazırkı prezidenti nə edirsə-etsin, Kreml istənilən sazişdən Qərb və ABŞ əleyhinə koalisiyanın liderinə çevrilmək üçün istifadə edəcək. Bu, Kremlin strategiyasıdır və o, bundan imtina etməyəcək. Çünki demokratik ölkələrin "KQB"nin qatilləri ilə əməkdaşlıq etməsinin mümkün olmadığını bilir və belə bir əməkdaşlığa inam ola bilməz".

O vurğulayır ki, Cənubi Qafqaz və Rusiyanın qonşuluğunda yerləşən digər ölkələrə gəlincə, təəssüf ki, burada istənilən halda pozitiv proqnozlar yoxdur: “Azərbaycan və Türkiyənin BRİCS-ə (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika İttifaqı) formal üzvlük müraciətləri artıq açıq siqnal idi. Eyni zamanda Gürcüstan hökumətinin tam şəkildə Kremlin qanadı altına keçməsi, bunun üçün etiraz aksiyası iştirakçılarının döyülməsi və yüzlərlə insanın həbs edilməsi, vəziyyətin ciddiliyini göstərir. Əlbəttə, Gürcüstan iqtidarı da hakimiyyətini itirmək istəmirdi, lakin onların bütün addımlarının əsasında Kreml qarşısında qorxuları dururdu.

Düşünürəm ki, Kremlin qonşu ölkələri “yeni SSRİ” modelinə uyğun ələ keçirə bilib-bilməyəcəyini ABŞ deyil, məhz Türkiyə müəyyən edəcək. Türkiyənin bölgədə hərbi qüvvələri, son dərəcə effektiv ordusu, resursları və ən əsası siyasi iradəsi var. O, Putinin kim olduğunu yaxşı bilir. Əgər Türkiyə regional güc və NATO üzvü kimi liderlik rolunu üzərinə götürsə, Kremlin Cənubi Qafqazda heç bir uğur əldə etmək şansı olmayacaq və əlləri bağlanacaq. Əgər Türkiyə bu rolu götürməzsə, o zaman regiondakı bütün ölkələri olduqca çətin günlər gözləyir. ABŞ-a ümid bəsləmək yaxın gələcəkdə mümkün deyil. Təəssüf ki, hər kəs öz başının çarəsinə baxmalı olacaq". /Yeni Müsavat/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Mart 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see464

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see433

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see307

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see304

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see258

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see247

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see241

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see236

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see230

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see224

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see216

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see214

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see213

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see212

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see210

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see198

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see195

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see193

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri