Icma.az
close
up
RU
Rusiyanın Zəngəzur dəhlizinə qarşı GİZLİ “silahı“ Ekspert deyir ki...

Rusiyanın Zəngəzur dəhlizinə qarşı GİZLİ “silahı“ Ekspert deyir ki...

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Artıq məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin dəmir yollarının idarə olunması şərtlərinin yenidən nəzərdən keçirilməsi məsələsini qaldırması Moskvada xoş qarşılanmayıb. Paşinyan məsələ "dostluq atmosferində" həll olunmazsa, Ermənistanın arbitraja müraciət edəcəyi ilə hədələyib. “Rusiya Dəmir Yolları” və İqtisadi İnkişaf Nazirliyi isə xəbərdarlıq edib ki, bu halda onlar Ermənistanın dəmir yolu infrastrukturuna qoyduqları investisiyalara görə kompensasiya tələb edəcəklər.

“Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorov deyib ki, “Rusiya Dəmir Yolları” Ermənistanla güzəşt müqaviləsi üzrə öhdəliklərini tam şəkildə yerinə yetirir: “Konsessiya müqaviləsi sayəsində Ermənistan müasir dəmir yolu infrastrukturunu bərpa və texniki xidmət, maliyyə yükü olmadan əldə edib. “Cənubi Qafqaz Dəmir Yolu” heç vaxt “Rusiya Dəmir Yolları”na dividend ödəməyib və əldə edilən bütün mənfəət dəmir yolunun inkişafına yönəldilib. 2008-ci ildən 2025-ci ilə qədər “Rusiya Dəmir Yolları” və “Cənubi Qafqaz Dəmir Yolu” tərəfindən qoyulan ümumi investisiya həcmi təxminən 396,3 milyon dollar təşkil edib. Müqavilə ləğv olunarsa, onda bizim də investisiyalardan gəlir gözləmək hüququmuz var”.

Keçmiş müttəfiqlər arasında bu qovğa necə həllini tapacaq?


"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov Musavat.com-a bildirib ki, indi Ermənistan rəhbərliyinin bu problemi çözməkdən başqa seçimi yoxdur: “Əgər Ermənistan Zəngəzur dəhlizində tikinti işlərinin başlamasına qədər öz dəmir yollarına nəzarəti ələ almasa, Rusiya dəhlizdən keçən TRIPP yolunun inşası prosesində ciddi problemlər yaradacaq: “Paşinyan hakimiyyəti bunun belə olacağından tam əmindir və o səbəbdən də öz dəmir yollarının idarəçiliyinə nəzarəti bərpa etmək zorundadır. Ermənistana bu məsələdə dönüş etmək o qədər də asan olmayacaq. Rusiya hər vəchlə Ermənistan dəmir yollarının idarə olunmasındakı mövqeyini əldən verməməyə çalışacaq. Lakin hesab edirəm ki, Rusiyanın bu dirənişinə baxmayaraq, sonda İrəvan öz dəmir yollarına nəzarəti bərpa edə biləcək. Bu problemin çözülməsində ona başda ABŞ olmaqla Qərb beynəlxalq hüquqi müstəvidə dəstək verəcək”.

F.Yusifov hesab edir ki, Ermənistanla Rusiya arasında dəmir yollarının idarə olunmasına dair bağlanmış müqavilə ətrafında yaranacaq hər hansı bir mübahisənin həll olunacağı yer Beynəlxalq məhkəmələr olacaq: “Bu müstəvidə isə Qərbin hüquq institutlarının Rusiyaya deyil, Ermənistana dəstək verəcəyi şübhəsizdir. Moskva ilə İrəvan arasında yaranmış bu mübahisənin həlli müəyyən zaman apara bilər. Ancaq düşünürəm ki, məsələnin yalnız iqtisadi deyil, həm də siyasi xarakter daşıdığını nəzərə alan Qərbin hüquq məkanı məsələnin sürətli həllinə də yol açacaq”.

Ekspertə görə, bu problemin çözülməsi üçün Rusiyanın Ermənistandan tələb edəcəyi təzminatın heç bir əsası yoxdur: “Rusiya uzun illərdir Ermənistanı həm iqtisadi və həm də siyasi istismara məruz qoyub. Ona görə də onun dəmir yollarının idarəçiliyi prosesində “çəkilmiş xərcləri” Ermənistandan bu şəkildə tələb etməsi əsassızdır. Təbii ki, Azərbaycan və Türkiyə rəhbərliyi də yaxşı bilirlər ki, əgər Ermənistan dəmir yollarının idarəçiliyi rusların əlində qalarsa, bu dəhlizin açılması qarşısında bir əngəl demək olacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Avqust 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri