Icma.az
close
up
RU
Rusiyanın ağzı ətə çatmadı: Zəngəzur dəhlizinə qarşı demarş

Rusiyanın ağzı ətə çatmadı: Zəngəzur dəhlizinə qarşı demarş

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əbu Dabi görşündən sonra Zəngəzur dəhlizi məsələsi ətrafında müzakirələr geniş vüsət almağa başlayıb.

Tribunainfo.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşdən sonra dəhlizin açılması məsələsi aktuallaşıb.

Lakin bu görüşdən sonra Rusiya ciddi şəkildə narahat olmağa başlayıb. Buna səbəb isə Kremlin prosesdən kənarda saxlanılmasıdır. Elə bu səbəbdəndir ki, Rusiya Zəngəzur dəhlizi məsələsi ilə bağlı anti-təbliğata start verib. Tribunainfo.az xəbər verir ki, Kreml siyasi dairələrinə bağlı “Rybar” kanalı iddia edib ki, bu, BRİKS-in Qərbin təzyiqi olmadan müstəqil marşrutlar qurmaq səylərinə potensial zərbədir.

Bundan başqa, kanal Zəngəzur dəhlizinin iqtisadi deyil, siyasi layihə olduğunu iddia edib. “Rybar”ın yazdığına görə, bu marşrutun açılması üçün ən azı 2-3 milyard dollar lazımdır. Bu da onunla əsaslandırılıb ki, dəhlizin keçdiyi ərazi dağlıq və zəlzələ zonasında yerləşir. “Dəhlizin keçdiyi ərazilər dağlıq və seysmik ərazilərdir. Orada dəmir və avtomobil yollarının çəkilməsi böyük xərclər tələb edir”.

Kanal fikirlərini daha sonra belə “əsaslandırıbb”: “Zəngəzurdan keçəcək yük axınları belə irimiqyaslı investisiyalar üçün azdır. Azərbaycanla Naxçıvan arasında infrastrukturu kompensasiya edəcək elə bir mal həcmi yoxdur və mövcud marşrutlar (Gürcüstan, Xəzər dənizi) vasitəsilə Türkiyə və ya Mərkəzi Asiyaya tranzit daha ucuz və asan olur”.

P.S. İndiyə qədər Rusiya Zəngəzur dəhlizi məsələsinə bu qədər kəskin reaksiya verməyib. Hər dəfəsində nəqliyyat-kommunikasiyaların açılmasına tərəfddar olduğunu bildirib. Üstəlik, 10 noyabr razılaşmasında da bu marşrutun açılmasına dəstək verən tərəf kimi çıxış edib. İndi isə “pişiyin ağzı ətə çatmayanda iy verir” deyimi ilə hərəkət etməyə başlayıb. Zəngəzur dəhlizindən əlini üzən Rusiya, işi “iqtisadi səmərələlilik” müstəvisinə daşımaqla yanaşı, prosesin “siyasi məqsədlər daşıdığı” nağıllarını uydurmağa start verib.

Fərda Uğur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 İyul 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri