Icma.az
close
up
RU
RusiyaUkrayna savaşında sonun başlanğıcı: Kreml üçün məcburetmə əməliyyatı olacaq...

RusiyaUkrayna savaşında sonun başlanğıcı: Kreml üçün məcburetmə əməliyyatı olacaq...

Icma.az, Sitat.info saytına istinadən bildirir.

ABŞ-da Donald Trampın yenidən hakimiyyətə gəlməsi dünyadakı geosiyasi vəziyyətə, xüsusilə də Rusiya-Ukrayna müharibəsinin gedişatına ciddi təsir göstərə bilər. Trampın münaqişəni sürətlə həll etmək istəyinə dair açıqlamaları, onun Moskva ilə daha yaxın münasibətlər quracağı ehtimalını artırır. Digər tərəfdən, Ukrayna prezidenti Volodimir Zelenskinin münaqişənin sülh danışıqları yolu ilə həllinə dair ehtiyatlı yanaşması mövcud şərtlərdə qeyri-müəyyənlik yaradır. Qərbin dəstəyinin zəifləməsi isə Ukraynanı sülhə məcbur edə bilər və bu, Avropada təhlükəsizlik balansını pozaraq yeni təhdidlər yarada bilər. Hazırkı vəziyyət, qlobal güc nisbətlərinin dəyişəcəyinə işarə edir.

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, tərəflər də müharibənin uzanmasını arzulamır: "Rusiya- Ukrayna müharibəsinin üçüncü ilinə yaxınlaşırıq və tərəflər hər iki tərəf çox yorulub. Həm fiziki yorğunluq var, həm necə deyərlər, mənəvi yorğunluq var. Müharibənin dayandırılması mənə elə gəlir ki, hər iki tərəf üçün son dərəcə vacibdir. Amma hər iki tərəf öz şərtlərini diktə eləyir.  Rusiya öz şərtlərini o formada diktə edir ki, nə əldə etmişəmsə o mənə qalmalıdır. Üstəgəl Ukrayna NATO üzvlüyündən imtina etməlidir. Bunlar hamısı mümkünsüzdür və Ukraynada ərazi itkisi ilə barışmayacaq. Əlbəttə ki, Tramp yanvarın 20-də hakimiyyətə başlayandan sonra tərəflərə müəyyən təzyiqlər göstərəcək ki, onun adı ilə bağlı olan bir qərar qəbul olunsun və həm də tarixə düşsün. Amma düşünmürəm ki, bu qərar asanlıqla verilsin və asanlıqla qəbul edilsin. Çünki çətin olacaq”.

Ü. Cəfərov bildirib ki, Ukrayna heç bir halda Rusiyanın onun ərazilərini ilhaq etməsi ilə barışmayacaq: "Ümumiyyətlə Tramp istəyir ki, məhz onun dönəmində tərəflər bir araya gəlsin. Mənə elə gəlir ki, elə Trampın dönəmində də bir araya gələcəklər. Amma bu iki hazırkı rəhbərlərin bir araya gələcəklərini düşünmürəm. Böyük ehtimalla hansısa bir formada  danışıqlar təşkil olunacaq. Sonda isə qərarlar birinci şəxslər tərəfindən veriləcək. Çox çətin bir vəziyyət yaranıb. Bu gün Rusiyanın müdafiə naziri Andrey Belousov da bəyan edib ki, Rusiyanın müdafiə xərcləri ümumi xərclərin 32,3 faizini təşkil edir və hərbi xərclərə son vaxtlar 6,3 faiz civarında vəsaitlər sərf olunur. Böyük rəqəmlərdir. Rusiyada artıq hiss edir ki, bu gedişlə uzaq məsafəyə getmək mümkün olmayacaq".

Ekspert vurğulayıb ki, müharibə hələ 2025-ci ildə də davam edəcək: "İndi yanvarın 20-də Tramp vəzifələrinin icrasına başlayacaq. Aktiv şəkildə onun yeni dövlət katibi tərəflər arasında müəyyən danışıqlara nail olmaq üçün cəhdlər edəcək. Amma düşünmürəm ki, Ukrayna buna razılıq versin, Rusiyanı da məcbur edəcəklər. Yəni Rusiyanı məcbur etmək an məsələsidir. Bu məsələ hələ 2025-ci ildə, ən azından bir neçə ay davam edəcək. Tramp Rusiyaya təklif edəcək, Rusiya sözsüz ki, bundan imtina edəcək.Tramp əlində bunu əsas gətirərək Ukraynaya dəstək və imkanlar verəcək. Heç bir halda NATO Rusiyanın istəkləri ilə  barışmayacaq, razılaşmayacaqlar. Bu hər mənada çox təhlükəlidir".

Ü.Cəfərov hesab edir ki, Rusiyanı yerində oturtmaq  NATO üçün elə də böyük bir problem deyil: " Rusiyanın nüvə silahı ilə bağlı hədələri hamısı blefdir və Rusiya özü də gözəl bilir ki, yəni atacağı bir raketə 10 raketlə cavab veriləcək. 10 raketə 100 raketlə cavab veriləcək.Ona bu imkanı verməyəcəklər və o  da belə bir qərar verməyəcək. Nüvə silahından istifadə mümkünsüzdür. Tərəflər arasında müzakirələr hələ gərgin məcrada davam edəcək və sonda bütün dünya əlbir olaraq Rusiyanı Ukraynanın işğal etdiyi ərazilərdən çıxmağa məcbur edəcəklər. Hansı formada olursa olsun, bu mütləq baş verəcək".

Hərbi ekspertin sözlərinə görə, Rusiyanın çox ciddi şəkildə zəifləməsi göz qabağındadır: "Suriyada baş verən sonuncu hadisələr onu deməyə əsas verdi ki, Rusiyanın əvvəlki imkanları yoxdur. Artıq Rusiyanın hərbçilərini də Suriyadan çıxarırlar. Baxmayaraq ki, Rusiya rəsmiləri optimist bəyanat verirdilər. Suriya ilə bağlı qərarları Türkiyə verəcək və Ukrayna- Rusiya müharibəsində də əvvəllər olduğu kimi yenə də dünya dövlətləri Ukraynanı dəstəkləyəcəklər.Burada söhbət Rusiyanın məğlubiyyətindən deyil, Rusiyanı məcbur etmə əməliyyatından gedir, o da baş verəcək. Prinsip etibarilə Rusiya 50 dövlətə qarşı bu qədər duruş gətirə bilməz. Bu istər iqtisadi olsun, istər siyasi, istərsə də hərbi baxımdan olsun...Ona görə də, Rusiya üçün çox çətin bir dönəm başlayıb. Tramp öz hakimiyyəti dövründə Rusiya rəhbərliyini məğlub etmək üçün əlindən gələni edəcək”.

Aytac Baxış,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://sitat.info
archiveBu xəbər 17 Dekabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see276

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see181

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see138

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see131

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see125

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see124

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see124

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see123

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri