Icma.az
close
up
RU
Rusiyaya ağır zərbə: ““Apple” şirkəti...”

Rusiyaya ağır zərbə: ““Apple” şirkəti...”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Amerikanın məşhur “Apple” şirkəti Rusiyada “App Store” vasitəsilə əldə edilə bilən bəzi VPN xidmətləri və media proqramlarını silmək qərarına gəlib.

"Cebheinfo.az" xəbər verir ki, “RBC” qəzetinə danışan “Apple” nümayəndəsi vurğulayıb ki, qanuni tələblərə əməl edilməməsi şirkətin Rusiyadakı xidmətlərini tamamilə dayandırmasına səbəb ola bilər.

Bu qərar xüsusilə ifadə azadlığını müdafiə edən beynəlxalq təşkilatların reaksiyasına səbəb olub.

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) “Apple”-ı “Rusiya senzurasına qarşı daha qətiyyətli mövqe tutmağa” dəvət edib. 
RSF bildirdi ki, şirkət informasiya əldə etmək azadlığını iqtisadi məsələlərdən üstün tutmalıdır.

“Apple”-ın sildiyi məzmunlar arasında Rusiya hökuməti tərəfindən "arzuolunmaz" və ya "xarici agent" elan edilmiş media təşkilatlarından tətbiqlər və podkastlar da var. 

Məsələn, BBC-nin podkasti və Rusiyada qadağan olunmuş Meduza media qurumunun tətbiqi bu kontekstdə bloklanıb. İyul ayında Roskomnadzorun tələbi ilə 25 VPN tətbiqi mağazadan çıxarılıb.

Qəzet xatırladıb ki, Rusiya mətbuat azadlığına görə dünyanın 180 ölkəsi arasında 162-ci yerdədir.

RSF bəyan edir ki, Rusiyada senzuraya qarşı mübarizə aparan media işçilərini qorumaq üçün fəaliyyətini davam etdirir. Bununla belə, RSF-nin öz internet saytı da aprel ayından Rusiyada bloklanıb. Rusiya rəsmiləri bu maneənin səbəbinin "yanıltıcı məlumat" olduğunu açıqlayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see345

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see252

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see252

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see243

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see243

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see241

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see234

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see232

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see230

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see225

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see224

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see216

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see213

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see213

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see210

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see208

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see206

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see202

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see194

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri