Icma.az
close
up
RU
Rusiyaya gedən azərbaycanlıların sayı hər gün sürətlə azalır RƏY

Rusiyaya gedən azərbaycanlıların sayı hər gün sürətlə azalır RƏY

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sərt qaydalar çərçivəsində Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul olmağın çətinliyini düşünən həmyerlilərimiz planlarını təxirə salmalı olurlar

Bu ilin yanvar ayında 2024-cü ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 4,3 faiz artaraq 154,1 min nəfər olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 36,5 faiz, Gürcüstana gedənlərin sayı 15,1 faiz, Türkiyəyə gedənlərin sayı 2,9 faiz artıb, Rusiyaya gedənlərin sayı isə 27,3 faiz azalıb.

Azərbaycan vətəndaşlarının 36,1 faizi Türkiyəyə, 15,4 faizi Rusiya Federasiyasına, 11,7 faizi Gürcüstana, 10,7 faizi İrana, 26,1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 67,1 faizini kişilər, 32,9 faizini qadınlar təşkil edib.

2025-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,7 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.


Milli Məclisin deputatı, Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov isə “Sherg.az”a açıqlamasında deyib ki, Rusiyanın müharibə aparması, müxtəlif təhlükələrin artması, səfərbərlik məsələsi və miqrasiya qanunlarının sərtləşdirilməsi miqrantların bu ölkəyə axınına mənfi təsir göstərib: 


“İki dövlət arasında mqrasiya mübadiləsi həcminin azalıb-artması  bir çox amillərdən qaynaqlanır. Bu amillər də həm iqtisadi kontekstdə özünü büruzə verir, həm də siyasi nöqteyi-nəzərdən baş verir.

Düzdür, pandemiya zamanı Azərbaycanın quru sərhədlərinin bağlanması və hələ də sərhədlərin bağlı olması da miqrasiya mübadiləsinin müxtəlif göstəricilər üzrə azalmasına gətirib çıxarır. Lakin bütün ölkələrlə quru sərhədlərinin bağlı olmasına baxmayaraq, Rusiya ilə Azərbaycan arasında miqrasiya mübadiləsinin azalması göstərir ki, əsas səbəb inzibati məhdudiyyət və qadağalar deyil”.  

Rusiya-Ukrayna müharibəsinin Rusiyanın bir çox sahələrinə mənfi təsir göstərdiyini xatırladan deputat bu sahələrdən birinin də məhz miqrasiya olduğunu qeyd edib:

 “Beynəlxalq nəzəriyyəyə və praktikaya nəzər salsaq görərik ki, miqrasiya mübadiləsi ilk növbədə ictimai-siyasi mühitin sabit olduğu ölkələrdə daha intensiv xarakter alır. Müharibə aparan ölkələrdə yaşanan vəziyyət isə yerli əhali ilə yanaşı, miqrantlara da toxunur. Adətən, miqrantlar müharibə gedən ölkələrdə qalmaqda maraqlı olmurlar. Çünki bu ölkələrdə qalmaları əksər hallarda onların ciddi iqtisadi fəsadlarla üzləşməsinə gətirib çıxarır. Rusiya da hazırda Qərbin ciddi iqtisadi sanksiyaları ilə üz-üzədir. Bu da öz növbəsində Rusiyanın bir çox sahələrində iqtisadi geriləməyə, staqnasiya hallarına gətirib çıxarıb. Nəticədə bir sıra iş yerləri bağlanır ki, bu da öz təsirini həmin sahədə çalışan miqrantlara da göstərir. Rusiyada Qərb şirkətlərinin fəaliyyətinin iqtisadi sanksiyalar üzündən dayandırılması ilə həmin sahələrdə çalışan miqrantlar da işsiz qalıblar”.


Miqrasiya Əməkdaşlıq Platformasının rəhbərinin sözlərinə görə, müharibənin getdiyi ölkədə müxtəlif kateqoriyadan olan insanlar, xüsusən də miqrantlar üçün təhlükələrin artması da bu statistikaya öz təsirini göstərib:

 “Eyni zamanda ötən il "Krokus" ticarət mərkəzində baş verən terror aktından sonra Rusiyada miqrasiya qanunvericiliyinin  xeyli sərtləşdirilməsi də ölkəyə gedən miqrantların sayına ciddi təsir edir. Təcrübə də göstərir ki, insanlar liberal miqrasiya qaydalarının mövcud olduğu ölkələrə üz tutmağa üstünlük verirlər.  Miqrantların Rusiya cəmiyyətinə inteqrasiyası üçün qarşılarına ciddi öhdəliklər qoyulub və onlara əməl etməyənlər ölkədən çıxarılır. Sərt qaydalar çərçivəsində Rusiya ərazisində uzunmüddətli əmək fəaliyyəti ilə məşğul olmağın çətinliyini düşünən həmyerlilərimiz də bu kimi planlarını təxirə salmalı olurlar”.  


Gürcüstanla Azərbaycan arasında miqrasiya mübadiləsinin hər zaman güclü olduğunu vurğulayan A.Allahverənov deyib ki, bu il Gürcüstana miqrasiyanın artmasının bir səbəbi də Azərbaycan vətəndaşlarının Gürcüstan üzərindən digər ölkələrə miqrasiya etməsidir: 

“Gürcüstanla Azərbaycan arasında biznes əlaqələri güclənir, inteqrasiya layihələrinin sayı artır. Bütün bunlar da Gürcüstana səfər edən vətəndaşlarımızın sayının artmasına gətirib çıxarır. Üzü yaza, yaya doğru mövcud statistikanın daha da artacağına şahid olacağıq. O cümlədən də Türkiyəyə miqrasiya mübadiləsinin həcmində müəyyən artımların olacağı istisna deyil”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Fevral 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see250

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see238

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see237

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see185

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see175

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see163

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see154

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see152

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri