Rusiyaya gedənlərin nəzərinə! Yeni qaydalar olacaq
Icma.az bildirir, Azvision portalına istinadən.
AzVision.az AzərTac-a istinadən xəbər verir ki, əcnəbilər ölkəyə girişə azı üç gün qalmış rəqəmsal identifikasiyadan keçməlidir: şəxsi məlumatları, səyahət məqsədi, marşrutu və Rusiyada qalma ünvanını daxil etməli, həmçinin foto və sənədlərin skanını yükləməlidir. Fövqəladə hallarda (qohumun xəstəliyi və ya ölümü) girişdən dörd saat əvvəl qeydiyyata icazə verilir. Ərizə 90 gün ərzində etibarlıdır. Alınan QR kodu sərhəd nəzarətindən keçərkən təqdim olunur.
Mütəxəssislərin qeyd etdiyi kimi, əcnəbinin Rusiyaya girişinə qadağa qoyularsa, sistem kodun yaradılmasına imkan verməyəcək. Bu, başqa ölkə vətəndaşının məhdudiyyət barədə yalnız sərhəddə xəbər tutması və geri dönüş reysini gözləmək üçün hava limanında uzun müddət qalmaq məcburiyyətində olması hallarının qarşısını alacaq.
Lakin QR kodun olması ölkəyə girişə zəmanət vermir: yekun qərar sərhəd xidmətinin səlahiyyətində qalır. Rusiyaya gəldikdən sonra əcnəbilər də biometrik nəzarət - barmaq izi və foto çəkiliş prosedurundan keçməli olacaqlar. İstisnalar Belarus vətəndaşları, vizasız ölkələrin diplomatları və altı yaşından kiçik uşaqlara aid ediləcək. Altı yaşdan 18 yaşa qədər olan yetkinlik yaşına çatmayanlara yalnız valideynlərinin və ya qanuni qəyyumlarının müşayiəti ilə ölkəyə girişə icazə verilir.
Ekspertlər islahatın məqsədinin miqrasiyaya, xüsusən də əmək sferasına nəzarəti gücləndirmək olduğunu vurğulayırlar. Yenilik sərhəd-keçid məntəqələrinin yükünü azaltmağa, qeyri-qanuni miqrantları müəyyən etməyə və sənəd dövriyyəsini qaydaya salmağa kömək edəcək. Bundan əlavə, miqrantın rəqəmsal profili qarşılıqlı əlaqənin digər mərhələlərində, o cümlədən Daxili İşlər Nazirliyi və vergi xidmətində istifadə olunacaq.
Eyni zamanda, ekspertlər “Dövlət xidmətləri” platformasının texniki qeyri-sabitliyi, eləcə də rus dilini aşağı səviyyədə bilən vətəndaşlar üçün qeydiyyatın çətinliyi ilə bağlı narahatlıq ifadə edirlər. Yanlış məlumat daxil edilməsi SNILS (fərdi şəxsi hesabın sığorta nömrəsi) və digər sənədləri doldurarkən səhvlərə səbəb ola bilər, həmçinin işə qəbulu və hesabatlılığı çətinləşdirir.
Yeni sistem çərçivəsində tətbiq olunan eksperimental rejim 2026-cı il iyunun 30-dək davam edəcək.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Rusiyaya oxumağa gedənlərin NƏZƏRİNƏ Yeni qaydalar tətbiq edilir
07 Yanvar 2025 14:42
Rusiyaya gedənlərin nəzərinə
14 Noyabr 2024 00:49
Rusiyaya gedən azərbaycanlıların nəzərinə YENİ QAYDALAR
01 Yanvar 2025 14:18
Rusiyaya gedənlərin nəzərinə! Sərhəddə YENİLİK
14 Noyabr 2024 12:55
Rusiyaya gedənlərin NƏZƏRİNƏ: Bundan sonra...
14 Noyabr 2024 07:39