İş üçün Rusiyaya gedənlərin nəzərinə: Qaydalar dəyişir
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Rusiya Dövlət Duması plenar iclasında yekun üçüncü oxunuşda Daxili İşlər Nazirliyinin əmək miqrasiyasına nəzarət sahəsində səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən qanun qəbul edib.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, bu qanunla nazirlik artıq ixtisaslı xarici mütəxəssislər üçün peşə siyahılarının təsdiq edilməsində Rusiya Əmək Nazirliyinin funksiyalarını öz üzərinə götürəcək.
Yeni qaydalara əsasən, Rusiya Daxili İşlər Nazirliyi əcnəbilərə sadələşdirilmiş prosedurla ölkədə yaşayış icazəsi almaq hüququ verən peşə siyahılarını müəyyən edəcək. Nazirlik həmçinin regionlar üzrə müəyyən edilmiş kvotalardan kənarda işə götürülə bilən mütəxəssislərin siyahılarını da hazırlayacaq.
Daxili İşlər Nazirliyi habelə Əmək Nazirliyinin razılığı ilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsi və ya müvəqqəti yaşayış icazəsi verildiyi bölgədən kənarda işləməyə icazə vermək hüququna da sahibdir.
Bildirilir ki, bu cür qərarlar qəbul edilərkən Rusiya regionları arasındakı iqtisadi əlaqələr nəzərə alınacaq.
Rüfət Sultan,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 07 İyul 2026 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















