Rusiyaya qarşı PLAN İŞƏ DÜŞDÜ: Kreml çətin vəziyyətlə üz üzədir KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa Komissiyası Ukraynanın müharibədən sonrakı bərpa işlərinə dəstək məqsədilə dondurulmuş Rusiya aktivlərinin təxminən 200 milyard avro dəyərində hissəsini Kiyevə köçürmək planı hazırlayır.
KONKRET.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Mənbələr bildirirlər ki, bu təşəbbüs yalnız Ukraynanın bərpa işlərinə maliyyə dəstəyi vermək məqsədilə deyil, həm də Moskvanın müharibə zərərlərinə görə təzminat ödəməkdən imtina etməsinə cavab olaraq həyata keçirilə bilər. Yəni, Avropa tərəfdarları bu vəsaitin Ukraynaya göndərilməsini həm də kompensasiya kimi qiymətləndirirlər.
Analitiklər hesab edir ki, belə addım həm Avropanın Ukraynaya siyasi və iqtisadi dəstəyini göstərər, həm də Rusiya üzərinə əlavə təzyiq vasitəsi kimi çıxış edə bilər. Planın reallaşması halında, bu, Avropa İttifaqının tarixində ən böyük beynəlxalq aktiv transferlərindən biri olacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 29 Avqust 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















