Icma.az
close
up
RU
Xronika: Antanta dövlətləri ermənilərə Şərqi Anadoluda muxtariyyət vəd etmişdi

Xronika: Antanta dövlətləri ermənilərə Şərqi Anadoluda muxtariyyət vəd etmişdi

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclis sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Musa Qasımlı olub. O, ötən əsrin əvvəlində, Birinci Dünya müharibəsi ərəfəsində və ondan sonra ermənilərin silahlanmasından, türklərə qarşı terror aktları törətməsindən söhbət açıb. Bildirib ki, erməni təşkilatları Osmanlıya qarşı düşmən mövqe tutublar.

Tarixçi-alimin sözlərinə görə, hələ XIX əsrdə erməni keşişləri Almaniya imperatoru Birinci Vilhelmə müraciət edib, ondan kömək istəyiblər ki, Osmanlı ərazisində erməni dövlətinin yaradılmasına dəstək olsun. Lakin Birinci Vilhelm, "Mən bir cılız alman əsgərinin meyitini bütün erməniliyə dəyişmərəm" söyləyib. Özlərini dünyaya yazıq millət kimi sırıyan ermənilər eyni istəklə Alman imperatoru İkinci Vilhelmə də müraciət ediblər. İkinci Vilhelm buna cavab olaraq bildirib ki, əgər dünya pislikdən xilas olmaq istəyirsə, bütün erməniləri məhv etmək, yalnız birini eksponat kimi etnoqrafiya muzeyində saxlamaq lazımdır. Belə olan halda erməni keşişləri Böyük Britaniyanın baş nazirinə minnətçi düşüblər. İngiltərə hökuməti isə onlara cavab olaraq bildirib ki, Böyük Britaniyanın gəmiləri erməni keşişlərinin xəyal etdiyi dövlətin dağlarında, daşlarında üzə bilmir. Beləliklə də hayların arzuları o dövrdə gerçəkliyə çevrilməyib.

Vitse-spiker M.Qasımlı vurğulayıb ki, Birinci Dünya müharibəsi ərəfəsində Antanta dövlətləri ermənilərdən Osmanlıya qarşı alət kimi istifadə etmək fikrinə düşüb və vəd verilib ki, Şərqi Anadoluda onlara muxtariyyət yaradılacaq. Məhz bu vədə aldanan ermənilər Osmanlıya xəyanət ediblər. 24 aprelin ermənilər tərəfindən "soyqırımı günü" kimi qeyd edilməsinə toxunan millət vəkili söyləyib ki, bu tarixlə bağlı hayların irəli sürdüyü arqumentlərin, "dəlil"lərin heç bir əsası yoxdur. Alimin sözlərinə görə, Şərqi Anadoluda tarix boyu 1.5 milyon erməni yaşamayıb. Ona görə də 24 aprel 1915-ci il tarixdə bu coğrafiyada 1.5 milyon erməninin qətlə yetirilməsi iddiası yalandır. Bu əsassız iddiaları Rusiya və Qərb mənbələri də tutarlı faktlarla təkzib edir. Acı gerçəklik bundan ibarətdir ki, imperialist dövlətlər tarixin müxtəlif dövrlərində ermənilərdən alət kimi istifadə edib atıblar. Daim alət rolunu oynayan ermənilər də həmişə öz himayədarlarına, xidmət etdiyi dövlətlərə xəyanət ediblər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xronika: "Antanta dövlətləri ermənilərə Şərqi Anadoluda muxtariyyət vəd etmişdi"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Aprel 2025 07:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri