Icma.az
close
up
RU
NATO Rusiyaya çağırış edib

NATO Rusiyaya çağırış edib

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Alyans Rusiyanı eskalasiyaya səbəb olan hərəkətlərə dərhal son qoymağa çağırıb

NATO “Rusiyanın 19 sentyabr tarixində Estoniyanın hava məkanını təhlükəli şəkildə pozmasını qətiyyətlə pisləyən” bəyanat qəbul edib.

AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu gün Şimali Atlantika Şurasının Estoniyanın tələbi ilə keçirdiyi toplantının yekunu olaraq yayılan bəyanatda deyilir ki, “Estoniyanın hava sərhədinin qırıcılar tərəfindən pozulması, digər müttəfiqlərin hava sərhədinə müdaxilələr Rusiyanın getdikcə daha məsuliyyətsiz davranışlarının genişlənən nümunəsinin bir hissəsidir”.

Bildirilib ki, bu hərəkətlərə görə Rusiya tam məsuliyyət daşıyır: “Bu addımlar eskalasiyaya səbəb olur, yanlış hesablamalar riskini artırır və insan həyatını təhlükəyə atır. Bu hərəkətlərə dərhal son qoyulmalıdır”.

Bəyanatda daha sonra bildirilir ki, NATO və müttəfiqlər beynəlxalq hüquqa uyğun olaraq, özünü müdafiə etmək və hər cür təhlükənin qarşısını almaq üçün zəruri olan hərbi və qeyri-hərbi vasitələrdən istifadə edəcək.

“Biz cavablarımızı vaxtını, formasını və məkanını özümüz seçərək həyata keçirəcəyik. 5-ci maddəyə olan öhdəliyimiz sarsılmazdır”.

Bəyanatda o da qeyd olunub ki, Alyans üzvləri Rusiyanın bu qəbildən olan bütün cəhdlərinə baxmayaraq, Ukraynaya verdikləri dəstəyi davam etdirəcəklər: “Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizə töhfə verir və bu ölkənin Rusiyanın qəddar və təcavüzkar müharibəsinə qarşı özünü müdafiə etmək hüququ var”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://ayna.az
archiveBu xəbər 23 Sentyabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri