Icma.az
close
up
RU
Ruslan Əmircanov: “Kamran virusunu mənə elə salıb ki, bitəcəyini təsəvvür eləmirəm” MÜSAHİBƏ İdman və Biz

Ruslan Əmircanov: “Kamran virusunu mənə elə salıb ki, bitəcəyini təsəvvür eləmirəm” MÜSAHİBƏ İdman və Biz

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanovun İdman.biz-ə müsahibəsi

- 2024-cü il yadınızda necə qaldı?
- Yaxşı il oldu. Şəxsi həyatımda hər şey qaydasındadır. Məşqçilik karyeramda da yeniliklər oldu. Ötən mövsüm "Araz-Naxçıvan"ın U-19 komandasına baş məşqçi təyin olundum. Klub mənim məşqçi kimi potensialımı görür və özüm də bunu hiss edirəm. Məni məşqçilik kateqoriyasına yönəldiblər, bütün xərclər də klub tərəfindən ödənilir. Məqsəd budur ki, aşağı yaş qruplarında məşqçilik təcrübəsi yığıb, əsas komandaya hazırlaşım. Rəhbərlik sağ olsun ki, mənə etimad göstərir.

- Komandadakı futbolçularla necə yola gedirsiniz?
- Mən elə adamam ki, mənimlə yola getməmək mümkün deyil. Şirin dilimlə ilanı da yuvasından çıxararam. Məşqçiliyə gəldikdə isə deyim ki, hər futbolçu ilə öz dilində danışmağı bacarmalısan. Çünki hər kəsin fərqli psixologiyasi var. Məşqçi gərək idmançılarla düzgün ünsiyyət qurmağı bacarsın. Məsələn, elə uşaq var ki, küsəyəndir, gərək ona sözü ehtiyatla deyəsən. Eləsi də var ki, onunla daha ciddi davranmaq lazımdır.

- Deməli, bundan sonra karyeranızı yalnız məşqçilik istiqamətində davam etdirəcəksiniz?
- Əlbəttə. Hər halda futboldan sonra gedib deputat, prokuror işləməyəcəm. Əgər futbolla məşğul olmuşamsa, deməli, məşqçi olacam.

- Niyə ki biznesmen olanlarınız da az deyil.
- Ola bilər ki, kimsə futbol oynayan vaxt yaxşı pullar qazanıb, özünə biznes qurub. İndi də məşqçi işləmir. Bu onun alın təri ilə qazandığı puldur. Ancaq sizə bir şey deyim, mümkün deyil ki, nə vaxtsa futbol oynayan insan birdəfəlik futboldan imtina etsin. Neçə nəfər tanıyıram ki, futboldan sonra restoran açıb, şirkət qurub ancaq ürəyi hələ də futbolla döyünür. Çoxu futbolu bitirəndən sonra məşqçiliyin dadını hiss etmək istəyir. Dilə gətirməsələr də, bu belədir. Mən də qarşıma məqsəd qoymuşam ki, gələcəkdə hansısa bir premyer liqa komandasında baş məşqçi işləyim.

- Premyer Liqadan söz düşmüşkən, Azərbaycan çempionatı haqqında nə düşünürsünüz?
- Builki çempionat oyunları mənim çox xoşuma gəldi. Çünki indi gözlənilməyən hadisələr baş verir. Əvvəllər "Turan-Tovuz" nisbətən aşağı səviyyədə çıxış edirdisə, Kurban Berdiyev gəldikdən sonra komanda ilk “üçlük”də yer alır. "Araz-Naxçıvan" çempionat başlayandan bəri "Qarabağ"ı çempionluq uğrunda addımbaaddım izləyir. Yaxud çempionat başlayanda çoxları "Kəpəz"dən əlini üzmüşdü, ancaq komanda başqa cür oyun göstərdi. Bir sözlə, bu il çempionatımızda gərginlik artıb.

- Bəs millimizin ötənilki çıxışını necə dəyərləndirərdiniz?
- Kor-kor, gör-gör düşüşdəyik. Başqa millilərlə müqayisə edəndə, yaxud da ötən ilki oyunlara baxanda fərq aydın şəkildə görünür. Bəxtsizlikdənmi deyim, yaxud da nəsil dəyişikliyindənmi deyim, bu il istədiyimiz nəticəni görmürük. Üstəlik, məşqçinin biri gedir, biri gəlir. Hər məşqçi bir taktika ilə oynatmaq istəyir. Nəticə üçün zaman lazımdır. Fernandu Santuş hələ təzə gəlib, ancaq ondan dərhal nəticə istəyirlər. Gələn kimi deyirlər ki, dağıdaq, sökək. Dünya çempionatına, Avropa çempionatına düşək. Bu da düzgün deyil. Ona da müəyyən bir vaxt lazımdır ki, adaptasiya olsun, uşaqları tanısın, çempionatı izləsin, milliyə kimi çağıracağını bilsin.

- Toral Bayramov “Futbol+” qəzetinin keçirdiyi ənənəvi sorğunun nəticələrinə əsasən, Azərbaycanda 2024-cü ilin ən yaxşı futbolçusu seçildi. İkinci yerdə isə Elvin Cəfərquliyev qərarlaşdı. Siz bu seçim haqqında nə düşünürsünüz?
- Həm Elvin, həm də Toral yaxşı futbolçudur. Əgər Toralı ictimaiyyət seçibsə, yəqin ki, bu, boşuna deyil. Elvin də əjdaha kimi futbol oynayır, meydanda canfəşanlıq edir. Dalaşır, güləşir, sarı alır, qırmızı alır, ancaq əlindən gələni edir. Onun çox mübariz xarakteri var. Futbolu da Toraldan geri qalmır. Ümumiyyətlə, mən Cəfərquliyevi Toraldan ayırmıram. İstənilən halda, Toral pis seçim deyil. Hər iki futbolçu yaxşı mövsüm keçiriblər.

- Veteran futbolçularımızın bəziləri indiki futbolçuların tənqidə dözümsüz olduğunu deyirlər. Siz bu fikirlə razısınızmı?
- Ümumi futbol ictimaiyyəti hansısa futbolçu haqqında nəsə danışırsa, deməli, bunun səbəbi var. Mən indi durub Toralı necə tənqid edim ki? Oyundan-oyuna inkişafı göz qabağındadır. Əlindən gələni edir ki, yaxşıların içərisində olsun və komandaya xeyir versin. Əgər məşqçi, yaxud da köhnə futbolçulardan kimsə bu gün oynayan hansısa idmançıya nəsə irad bildirirsə, deməli, istəyib deyir. Çünki futbolçunun istedadı yoxdursa, o adam haqqında ümumiyyətlə danışılmır. İndiki cavanlar arasında elə futbolçular var ki, yaxşı səviyyədə stabil çıxış edir. Eləsi də var ki, bir az oynayıb, şan-şöhrət qazanandan sonra ulduz xəstəliyinə tutulur. İctimaiyyətlə, jurnalistlərlə elə davranır ki, heç Kriştiano Ronaldo özünü belə aparmır. Bu da köhnələrə pis gəlir ki, biz də on il, on beş il bundan qabaq oynayanda, hansısa nəticələr əldə edəndə bu qədər şişmirdik.
- Sizin aranızda ulduz xəstəliyinə tutulan olmurdu ki?
- Şəxsən mən milli komanda səviyyəsinə kimi gəlmişəm, ancaq heç vaxt özümü ulduz kimi aparmamışam. Dostum Kamran Ağayevdə, Maksim Medvedevdə də belə şey olmayıb. Yaxud da həmin dövrdə Vaqif Cavadov millidə neçə qol vurdu, legioner həyatı yaşadı, ancaq biz onun nə ulduz xəstəliyinə tutulduğunu gördük, nə də özünü göylə aparıb, saymazlıq etdiyini.
Belə baxanda indiki cavanlar neyniyir ki? Klub səviyyəsində oynaya bilirlər, ancaq milli səviyyəsinə gələndə eyni oyunu görmürük. Bəs yaxşı həmin ulduzlar niyə o etdiklərini millidə edə bilmir? Çünki orada sən legionerlərlə oynayırsan. Yanında oynayan legioner səndən iki-üç baş güclüdürsə, zəif futbolçu olsan belə onlarla bir dəstədə, geri qalmırsan.

- Kamran Ağayevin adını qeyd edəndə dediyiniz meyxanaları xatırladım.
- Meyxana elə sənətdir ki, onu deməyi hər adam bacarmır. Mən Mingəçevirdə rus bölməsində oxumuşam. Kamran isə Şabran rayonunda Azərbaycan bölməsində təhsil alıb. İyirmi beş il öncə Kamranla tanış olanda onun meyxanaya marağı lap çox idi. Millidə oynayan dövrdə biz bir otaqda qalırdıq, yadımdadır, onda da maraqlı meyxanalara qulaq asırdı, tez-tez köhnə meyxanaçıların video-kasetlerini gətirirdi. Bir sözlə, Kamran meyxanalarla başımı xarab eləmişdi. Bir gün soruşdum ki, bunu necə deyirlər? O da texnikanı mənə başa saldı. Əgər belə bir istedadım varsa, mən niyə də bunu gizlətməliyəm? Təəssüf ki, ictimaiyyətdə belə bir fikir formalaşmışdı ki, biz futbol oynamaq əvəzinə ancaq meyxana deyirdik. "Getsinlər meyxanalarını desinlər", "Ona görə, Azərbaycanda futbol yoxdur" kimi sözlər eşidirdik. Biri demirdi ki, bu adamlar futbolda ad qazanıblar, milli komanda səviyyəsinə kimi gəlib çatıblar. Üstəlik, bu cür də istedadları var. Yaxşı mənada heç kim, heç nə demir, ancaq pis tərəfə yozurlar. Söhbət əsasən də, divan ekspertlərindən gedir. Halbuki futboldan başları da çıxmır. Meydançaya çıxıb 10 dəqiqə qaçsa, dili "avçarka" dili kimi çıxar bayıra. Ancaq telefon əlində rəy yazır ki, oynaya bilmirlər. Bir sözlə, hələ o vaxtdan Kamranla mənim meyxanaya görə başımız ağrıyıb.

- Bu dostluq hələ də davam edirmi?
- Bəli. Ölənədək bu dostluq davam edəcək. Onu ilk dəfə tanıyanda özümə dedim ki, bu elə bizim adamdır. Mənimki bununla yaxşı tutacaq. Azərbaycanda hələ Kamrandan güclü qapıçı görməmişəm. Ola bilər köhnələrdən kimsə olsun, ancaq mən oynadığım və sonrakı dövrdə Kamran bir nömrə olub. O, həm də dostluğa layiq adamdır. Olur ki, on gün danışmırıq. Ancaq sonra bir-birimizə zəng edəndə demirik ki, bu qədər müddətdir hardasan? Kamran öz virusunu mənə elə salıb ki, bu dostluğun nə vaxtsa bitəcəyini təsəvvür eləmirəm.

Aytac Sahəd
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Yanvar 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see139

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see130

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see124

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see116

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see115

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see114

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see114

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see113

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see113

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see112

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see112

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see112

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see112

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see112

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see110

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see110

Ermənistan klubu ilə oyunlara görə 10 illik cəza aldılar

17 İyul 2025 09:55see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri