Ruslan Eyyubovun limanı ona tapşırldı
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin yeni baş direktor və qaununi təmsilçi müəyyənləşib.
Milli.Az xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan Rəşad Daşdəmirovu bundan sonra Qibləliyev Samir Vaqif oğlu əvəz edəcək.
Belə ki, Samir Qibləliyev "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin yeni baş direktor və qaununi təmsilçi olub.
Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki rəhbəri isə Ruslan Eyyubov olub.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov həbs olunublar. Sözügedən şəxslər ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə qeyd edilən Limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirməkdə ittiham olunurlar.
Xatırladaq ki, məsələ ilə bağlı ilk məlumatı Qaynarinfo.az yayıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 05 Yanvar 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















