Ruslan Şahmalıyev Rusiyada vəfat etdi
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Azərbaycanlı əsilli rejissor və kinossenarist Ruslan Şahmalıyev 88 yaşında Rusiyada vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Kinematoqraflar İttifaqının məlumatında deyilir.
“17 aprel 2025-ci ildə dostumuz Ruslan Həsən oğlu Şahmalıyev aramızdan ayrıldı. Ailəsinə və yaxınlarına başsağlığı veririk”, - deyə bildirilib.
Qeyd edək ki, Sovet kinematoqrafiyasının görkəmi nümayəndəsi sayılan Şahmalıyev bir neçə onlarla elmi-populyar və sənədli filmin, o cümlədən “Xəzər üzərində körpü”, “Dostluq möhkəmlənəcək”, “Rus mətbəxi”, “Temir-Tau”, “Axar suların nəğməsi”, “Müslüm Maqomayev”, “Oxuyan torpaq”, “Bakı memarlığı – dünən, bu gün – sabah”, “Kiçik Qafqazın ətəkləri”, “Yer – kosmos - əlaqə” və “Qafqazın bioenergetik masajı” kimi ekran əsərlərinin müəllifi sayılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 17 Aprel 2025 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















