Icma.az
close
up
RU
Repressiya qurbanı Məhəmməd bəy Şahmalıyev: “Bu günü görməkdənsə, mənə güllələnmək daha xoşdur”

Repressiya qurbanı Məhəmməd bəy Şahmalıyev: “Bu günü görməkdənsə, mənə güllələnmək daha xoşdur”

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövrünün tanınan dövlət xadimi və hüquqşünası olmuş Məhəmməd bəy Şahmalıyev fiziki ölümü mənəvi məhv edilməkdən üstün tutmuşdur
Sovetləşmənin ilk dövrlərindən 1937-1938-ci illərədək repressiyaya məruz qalmış yüzlərlə, minlərlə azərbaycanlı ziyalılarından biri də indiki Samux rayonunun ərazisində yaşamış Şahmalılar nəslinə məxsus Məhəmməd bəy Nəsrullah bəy oğlu Şahmalıyevdir.
1870-ci ildə Yelizavetapol qəzasının Samux nahiyəsində bəy ailəsində dünyaya göz açan Məhəmməd bəy ilk təhsilini öz ailəsində alıb, ərəb əlifbasında yazıb oxumağı öyrənib. Deyilənlərə görə, o, 7 yaşınadək rusca bir söz belə bilməyib. Lakin yaxşı yaddaşa və oxumağa çox meyilli olan Məhəmməd bəyi atası təxminən 1877-də Tiflisə oxumağa göndərib. Şahmalıyevlər ailəsinin çox yaxın dostu knyaz Orbelianinin himayəsi altında olduğu güman edilən Məhəmməd bəy qısa vaxtda rus dilini yaxşı öyrənir, oxumağı və yazmağı mənimsəyir. Hətta Tiflis klassik gimnaziyasına daxil olur. 1891-ci ildə bu gimnaziyanı müvəffəqiyyətlə bitirən Məhəmməd bəy daha sonra hüquqşünas olmaq arzusu ilə Rusiyaya gedir, Novorossiysk Universitetinin Hüquq fakültəsinə daxil olur.
Bu zaman Məhəmməd bəy yaxşı oxumaqla yanaşı, dövrün ictimai-siyasi hadisələri, insan hüquq və azadlıqları ilə də yaxından maraqlanır. Universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçıs kimi geniş fəaliyyət göstərir. 1896-cı ildə universiteti uğurla başa vuran Məhəmməd bəy hüquqşünas diplomu alaraq dövlət qulluğuna başlayır.
O dövr Yelizavetapol quberniyasında məmurlar, böyük nüfuz sahibi ictimaiyyət nümayəndələri yaxşı bilirdilər ki, Rusiya imperatorunun qardaşı, böyük knyaz Nikolay Nikolayeviç Romanov gənc hüquqşünas Məhəmməd bəyin atası Nəsrullah bəy Şahmalıyevlə dostluq edirdi. Böyük knyaz Samuxda Nəsrullah bəyin qonağı olarkən bəy ona cins atlar, o isə bəyə içində çox bahalı brilyant qaşlı üzük olan qızıl burunotu qabı bağışlamışdı.
Arxiv materiallarından məlum olur ki, Cənubi Qafqazda 1905-ci ilin əvvəllərindən başlayan və səngimək bilməyən erməni-müsəlman münaqişələri fonunda azərbaycanlılara qarşı yönəldilən soyqırımın qarşısının alınması müdhiş bir hala çevrilmişdi. Bunun üçün konkret təkliflərin hazırlanması məqsədilə Tiflis şəhərində keçirilməsi qərarlaşdırılan sülh qurultayına həmin ilin dekabr ayının sonlarından ciddi hazırlıq işləri görüldü. Nəhayət, 1906-cı ildə Tiflisdə Qafqaz canişininin başçılığı ilə onun sarayında keçirilən qurultayda 1905-ci il erməni-müsəlman qırğınının nəticələri müzakirə edilərkən orada Tiflis müsəlmanlarını təmsil edən Məhəmməd bəy Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov və başqa müsəlman nümayəndələri ilə birgə iştirak etmiş, nüfuzundan və tanışlıq əlaqələrindən istifadə edərək fəallıq göstərmişdir.
Dövrün nüfuzlu nəşrləri "Həyat", "İrşad" və "Kaspi" qəzetlərində qurultayın gedişindən verilən geniş hesabatlardan məlum olur ki, qurultayın çıxardığı qərarda məhz onun təklifi ilə Azərbaycan əhalisinin xeyrinə bir çox maddələr salınıb. Məhəmməd bəy Şahmalıyev 1913-cü ildə Şəki qəzasının, 1914-1915-ci illərdə isə Ərəş (indi Ağdaş rayonu) qəzasının rəisi vəzifəsində çalışıb.
Ötən əsrin əvvəllərində milli dövlət qurucuları sırasında yer alan Məhəmməd bəy Şahmalıyev Azərbaycan hökumətinin 16 mart 1919-cu il tarixli qərarı ilə Zaqatala quberniyasının qubernatoru təyin olunmuşdur. Bu vaxt o, Azərbaycan Cümhuriyyətinin Zaqatala quberniyası ilə Gürcüstan Respublikası Tiflis quberniyasının Şirak qəzası arasında müvəqqəti sərhədi müəyyənləşdirən beynəlxalq Azərbaycan-Gürcüstan komissiyasının sədri təyin edilib və komissiyanın 25 oktyabr - 2 noyabr 1919-da keçirilən yığıncaqlarında Azərbaycan hökuməti adından çıxış etmişdir.
Məhəmməd bəyin ilk həyat yoldaşı, dünyadan çox erkən köçmüş Fatma xanımdan (?-1899) bir övladı - anasının adını verdiyi Şahpəri xanım (1898 -1981) olub. Fatma xanımdan sonra Məhəmməd bəy Əminəxatın xanım Şahmalıyeva ilə ailə qurub. Ondan 3 oğlu - Ehsan bəy (1899, sürgündə ölüb), Şamil bəy (1903-1990), Mehralı bəy), habelə 2 qızı - Səltənət xanım və Ədalət xanım olub. Məhəmməd bəyin ilk övladı Şahpəri xanım atasının əmisi oğlu Mahmud bəy Şahmalıyevlə ailə qurub, cütlüyün üç oğlu - Fərhad, Tofiq, Rüstəm və qızı Xədicə dünyaya gəlib. Ümumiyyətlə, Məhəmməd bəyin övladları, nəsil davamçılarının bir çoxu repressiya illərində Gəncəbasardan uzaqlaşaraq dünyanın bir çox ərazilərinə səpələnərək, o cümlədən Bakı, Moskva, Odessa, Daşkənd və başqa şəhərlərdə yaşamaqdadır.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldıqdan, xüsusəndə Gəncə üsyanından sonra Şahmalıyev bəylərinə qarşı amansız təqiblər, həbslər, sürgünlər və güllənmələr həyata keçirilmişdir. O cümlədən tanınmış hüquqşünas, əsli-nəcabəti bəy nəslindən olan Məhəmməd bəy Şahmalıyevinbolşeviklər tərəfindən bütün əmlakı və var-dövləti müsadirə edilmişdir.
1920-ci ildə erməni və rus müstəntiqlərinin uydurmaları əsasında keçirilən məhkəmədə Məhəmməd bəy Şahmalıyev söz alaraq erməni əsilli hakimə xitabən demişdi: ”...məni keçmiş nökərim keçəl Dursun mühakimə edir. Bu günü görməkdənsə mənə güllələnmək daha xoşdur”.
Hadisələrdən sonradan məlumatlı olan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov xalqımızın müstəmləkə buxovundan azad olunmasında və milli dövlət quruculuğu yolunda küllü miqdarda vəsait xərcləyən, əllərindən gələn digər köməyi əsirgəməyən Şahmalıyev bəylərini həbsdən və gedər-gəlməzə sürgündan qoruya bilməsə də, ictimai-siyasi fəaliyyətinə yaxından bələd olduğu Məhəmməd bəy Şahmalıyevi “xalq düşməni” adıyla güllənmədən xilas edə bilir. Onun ciddi müdaxiləsindən sonra Məhəmməd bəyə istintaq zamanı "böyük mərhəmət" göstərilir. O, güllələnmədən azad edilərək Fövqəladə Komissiyanın qərarı ilə ev dustaqlığına məhkum edilir. Beləliklə Bakıda, indiki Sabir bağının ərazisində yerləşən mənzilində 4 il ev dustağı kimi yaşayır. Tanınmış hüquqşünas və görkəmli dövlət xadimi Məhəmməd bəy Şahmalıyev mənəvi işgəncələrə dözməyərək 1924-cü ildə 54 yaşında həyatla vidalaşır.
Taleyi və fəaliyyəti sovet hökumətinin işğalçılıq siyasəti nəticəsində məhv edilən Məhəmməd bəyin xalqımızın azadlığı və milli dövlət quruculuğu yolunda xidmətləri unudulmur, xatirəsi daim əziz tutulur.

Rəhman SALMANLI
P.S.Repressiya qurbanı Məhəmməd bəy Şahmalıyevin yaxınlarını axtarıram. Onun ailə üzvləri barədə əlavə məlumatı, xatirəsi, şəkli və bilgisi olanvarsa çox xahiş edirəm mənə yazsın, əlaqə saxlayaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Avqust 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri