Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir Vəkildən yayılamn xəbərə reaksiya
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün şagirdin müəllimini güllələdiyi “İdrak” liseyinin binasının hazırda həbsdə olan tanınmış iş adamı Ruslan Eyyubova məxsus olması ilə bağlı məlumatlar yayılıb.
Mia.az xəbər verir ki, “Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün Ruslan Eyyubovun vəkili Muxtar Mustafayevlə əlaqə saxlayıb.
Vəkil binanın mülkiyyətinə dair suala aqressiv reaksiya verib. O, binanın kimə məxsus olmasının baş verən hadisə ilə heç bir əlaqəsi olmadığını vurğulayıb:
“Nə dəxli var, bina Ruslanındır, yoxsa yox?! Mən hələ həmin binanın müvəkkilimə məxsus olub-olmadığını dəqiqləşdirməmişəm. Amma lap tutaq ki, onundur. Nə dəyişir? Onu deyə bilərəm ki, bu məsələnin indiki hadisə ilə heç bir əlaqəsi yoxdur. Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir. Belə məlumatların yayılması ilə nə əldə olunur? Bu dəqiqə kim nə gəldi danışır. Hə, yaxşı, yazın ki, onundur. Nə olsun?!”
Qeyd edək ki, Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki sahibi kimi tanınan Ruslan Eyyubov iki ay əvvəl 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilib. Onun qardaşı general Həsən Eyyubov da elə bu hadisələrin gedişində Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 06 Fevral 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















