Icma.az
close
up
RU
Ruslar AZALa və terror qurbanlarına nə zaman PUL ÖDƏYƏCƏK? Rusiyalı ekspertdən AÇIQLAMA

Ruslar AZALa və terror qurbanlarına nə zaman PUL ÖDƏYƏCƏK? Rusiyalı ekspertdən AÇIQLAMA

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında təyyarə qəzası nəticəsində həlak olanlarla bağlı başsağlığı verib və faciəyə görə ölkəsinin məsuliyyətini etiraf edib.

Bu barədə “Report”un Rusiya bürosuna Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan liderlərinin telefon danışığından sonra təyyarə qəzasının səbəblərinin ətraflı şəkildə araşdırılacağına şübhə yoxdur.

“Qaydalara əsasən, ilkin hesabatın hazırlanması üçün 30 gün, tam hesabat üçün isə 12 aya qədər vaxt ayrılır. Lakin AZAL aviaşirkətinə təyyarənin itirilməsinə görə, həmçinin həlak olmuş sərnişinlərin və pilotların ailələrinə kompensasiyanın ödənilməsi ilə bağlı qərar yaxın vaxtlarda qəbul ediləcək. Artıq dediyim kimi, Rusiya hökuməti faktlardan yayınmaq və ya onları gizlətmək niyyətində deyil. Əgər araşdırma Rusiya hökumətinin günahını təsdiqləsə, o, öz məsuliyyətini qəbul edəcək”, – Markov qeyd edib.

Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko “Report”un Rusiya bürosuna şərhində Azərbaycan və Rusiya liderlərinin siyasi müdriklik nümayiş etdirdiklərini vurğulayıb.

“Telefon danışığının yekunu üzrə prezidentlər araşdırmanın aparılmasında birgə zəruri köməkliyin göstərilməsi barədə razılığa gəliblər və düşünürəm ki, Rusiya hava məkanında Azərbaycan təyyarəsi ilə baş vermiş faciəli hadisənin Moskva və Bakı arasında dövlətlərarası və tərəfdaşlıq münasibətlərinə təsir etməməsi üçün hər şeyi edərək siyasi müdriklik nümayiş etdiriblər”, – o qeyd edib.

İ.Korotçenko vurğulayıb ki, Əliyev və Putinin birbaşa əlaqə kanalı və ən mürəkkəb məsələlərlə bağlı tez və operativ şəkildə qərarlar qəbul etmək imkanı var: “Hesab edirik ki, baş vermiş faciənin bütün səbəblərini müəyyən etməyə və müvafiq olaraq zəruri hüquqi nəticələr çıxarmağa imkan verəcək iş aparılacaq”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 29 Dekabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri