Icma.az
close
up
RU
Ruslar bir neçə həftə öncə Bakıdan bunu istədi, lakin... Bayramov nöqtəni qoydu

Ruslar bir neçə həftə öncə Bakıdan bunu istədi, lakin... Bayramov nöqtəni qoydu

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Xarici işlər naziri Ceyhun Bayramov dekabrın 26-da keçirilən mətbuat konfransında Bakıda “Rus Evi”nin bağlanması məsələsindən danışıb.

Nazirin sözlərinə görə, məsələyə dair Moskva nümayəndələri ilə sonuncu təmas bir neçə həftə öncə olub. Ceyhun Bayramov ləğvetmə prosesinin tam başa çatdığını və “Rus Evi” ilə bağlı yarımçıq heç bir məsələnin qalmadığını vurğulayıb.

Maraqlıdır ki, Rusiya KİV-də zaman-zaman Bakıda sözügedən mərkəzin yenidən açılacağına dair məlumatlar yayılır.

Globalinfo.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu deyib ki, əsas məsələ Azərbaycan tərəfinin “Rus Evi”nin bağlanması ilə bağlı bütün proseduru artıq tamamlaması və mövzunu rəsmi şəkildə bitirməsidir:

“Rusiya ilə bu barədə son təmaslar bir neçə həftə əvvəl olub və ləğvetmə prosesi başa çatıb. Yəni bu tip mədəni və informasiya mərkəzləri adətən ölkələr arasında “yumşaq güc” əlaqəsi rolunu oynayır. Məsələn, dil, mədəniyyət və informasiya mübadiləsi vasitəsilə əlaqələri saxlamaq üçün istifadə olunur. Azərbaycanın mövqeyi isə belə strukturların yalnız qanun çərçivəsində və qarşılıqlı razılaşmalar əsasında fəaliyyət göstərməsidir.

XİN başçısının fikirlərindən belə qənaətə gəlmək olar ki, Azərbaycan artıq bu konkret “yumşaq güc” mərkəzinin Bakıdakı fəaliyyətini arzuolunan hesab etmir.


Elnur Ənvəroğlu

Bütün bunlara baxmayaraq, Azərbaycan diplomatları balansı qorumağa çalışır, yəni rəsmi Bakı Moskva ilə münasibətləri tamamilə kəsmir. Ticarət, enerji, nəqliyyat və regional təhlükəsizlik kimi sahələrdə əlaqələr davam edir.

Ümumiyyətlə, “Rus Evi” kimi müəssisə və institutların fəaliyyətinin məhdudlaşdırılması münasibətləri kəsmək deyil, Rusiyanın “yumşaq güc” siyasətini neytrallaşdırmaq məqsədi daşıyır. Bu, Azərbaycana suveren və müstəqil dövlət olaraq diplomatik əlaqələrini genişləndirmək imkanı verir. Çünki Azərbaycan öz milli qanunlarını və suverenliyini müdafiə etdiyini göstərməklə yanaşı, digər diplomatik və iqtisadi əlaqələrdə də balans tapmağa çalışır. Biz bunu əlaqələrdə bir növ çətinlik əlamətləri də adlandıra bilərik, lakin proseslər münasibətlərin tamamilə pozulduğunu göstərmir”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Dekabr 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see203

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see190

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see158

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see152

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see131

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri