Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Rusiya nota göndərdi və Bakıdan bunu istədi: “Qadağan edin...”

Rusiya nota göndərdi və Bakıdan bunu istədi: “Qadağan edin...”

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Rusiya sentyabrda keçiriləcək Dövlət Dumasına seçkilər öncəsi xarici ölkələrə müraciət edərək, həmin ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərində yaradılacaq seçki məntəqələrinin təhlükəsizliyinin təmin olunmasını və səfirliklərin qarşısında nümayişlərin keçirilməsinə yol verilməməsini istəyib.

Turkustan.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə xüsusi tapşırıqlar üzrə səfir, Rusiya Xarici İşlər Nazirliyinin seçki üzrə komissiyası sədrinin müavini Maksim Rayder deyib. Rayderin sözlərinə görə, Moskva xarici dövlətlərin Rusiya vətəndaşlarının səsverməsi ilə bağlı “beynəlxalq öhdəliklərini vicdanla yerinə yetirməsini” gözləyir.

O bildirib ki, Rusiyanın bütün xarici ölkələrin Xarici İşlər nazirliklərinə müvafiq notalar göndərilib. Bu sənədlərdə seçki günü Rusiya diplomatik nümayəndəliklərinin yaxınlığında nümayişlərin keçirilməsinin qadağan edilməsi də daxil olmaqla, seçki məntəqələrinin mühafizəsi üçün “adekvat tədbirlərin” görülməsi tələb olunur. “Seçki günü xarici nümayəndəliklərimizin yaxınlığında nümayişlərin qadağan edilməsi də daxil olmaqla, seçki məntəqələrinin qorunması üçün adekvat tədbirlər tələb edən notalar xarici ölkələrin bütün xarici işlər nazirliklərinə göndərilib”, – Rayder deyib.

Rusiyada Dövlət Duması seçkiləri sentyabrın 18-20-də keçiriləcək. Seçkilərdə 450 deputat mandatı uğrunda mübarizə aparılacaq. Onlardan 225-i partiya siyahıları üzrə, digər 225-i isə birmandatlı seçki dairələri üzrə seçiləcək.

Seçki kampaniyasının başlaması ilə Moskvanın xaricdəki seçki məntəqələrinin təhlükəsizliyi məsələsini önə çıxarması Rusiyanın əvvəlki seçkilər zamanı qarşılaşdığı etiraz aksiyaları və təhlükəsizlik riskləri fonunda diqqət çəkir. Xarici ölkələrdə Rusiya səfirlikləri qarşısında keçiriləcək mümkün aksiyaların seçki prosesinə təsir etməsinin qarşısını almaq Moskvanın diplomatik gündəliyinin əsas məsələlərindən birinə çevrilib.

Azərbaycanda cəmi bir seçki məntəqəsi olacaq. Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, sentyabrın 20-də Bakıdakı Rusiya səfirliyinin konsulluq şöbəsində 8017 saylı seçki məntəqəsi fəaliyyət göstərəcək. Səsvermə saat 08:00-dan 20:00-dək keçiriləcək. Rusiya səfirliyi də Azərbaycan üzrə yalnız bu məntəqənin yaradıldığını təsdiqləyib.

2016-cı ildə də Rusiya vətəndaşları Azərbaycanda Bakıdakı 8017 saylı məntəqədə səs veriblər. Həmin vaxt Azərbaycanda seçki hüququ olan Rusiya vətəndaşlarının sayının təxminən 5 min olduğu barədə məlumat yayılmışdı. 2011-ci il seçkilərində isə Azərbaycanda iki məntəqə fəaliyyət göstərirdi – Bakıdakı səfirlikdə 5006 saylı və Qəbələdəki Rusiya hərbi şəhərciyində 5007 saylı məntəqələr. Nəticədə 1654 Rusiya vətəndaşı səs vermişdi ki, bu da konsulluq qeydiyyatında olan 6330 Rusiya vətəndaşının 26 faizi idi. Həmin göstərici 2007-ci illə müqayisədə təxminən 11 faiz yüksək olub.

Bəs Moskva niyə bu dəfə niyə belə narahatdır? Burada mühüm məqam odur ki, söhbət sadəcə seçki məntəqələrinin mühafizəsindən getmir. Maksim Rayderin açıqlamasında diplomatik nümayəndəliklərin yaxınlığında nümayişlərin məhz seçki günü qadağan edilməsinin tələb olunduğu bildirilir. Moskvanın narahatlığının arxasında bir neçə amil görünür. Rusiya rəsmiləri artıq xaricdəki seçki məntəqələrində “təxribatlar”, saxta exit-pollar və seçkilərin legitimliyini şübhə altına alan məlumatların yayılacağından danışırlar. Federasiya Şurasının müvafiq komissiyasının rəhbəri Vladimir Cabbarov da xaricdəki məntəqələrdə mümkün təxribatlardan və saxta sorğulardan danışıb.

Digər tərəfdən, Rusiyada müharibə və siyasi repressiyalar fonunda xaricdə yaşayan Rusiya vətəndaşlarının bir hissəsinin hakimiyyətə qarşı etiraz mövqeyində olması Moskvanın hesablamalarını dəyişib. Məsələn, seçkilərin əsas günü – sentyabrın 20-də müxalif “Mirnaya Rossiya” partiyasının tərəfdarlarını ant-müharibə aksiyasına çağırdığı barədə məlumat yayılıb. Eyni zamanda Rusiya hakimiyyəti xaricdəki nümayişlərin seçki prosesinə təsir edə biləcəyindən ehtiyat edir. Bu seçkilər üzrə bütün xarici ölkələrin XİN-lərinə göndərilən notalarda məhz nümayişlərin qadağan edilməsinin ayrıca tələb kimi irəli sürülməsi əvvəlki seçkilərdən fərqli və kifayət qədər sərt addım təsiri bağışlayır... /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Avqust 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see618

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see434

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see320

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see307

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see255

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see236

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see227

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see225

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see207

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see206

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see204

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see198

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see193

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see188

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see180

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see180

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see177

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see171

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see169

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri