Ruslar bu istiqamətə 100 min hərbçi toplayıb Məqsəd nədir?
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya ordusu yay hücum kampaniyasının əsas qüvvələrini Donbasdakı Pokrovsk istiqamətinin şərq hissəsində – Konstantinovka şəhərinə doğru yönəldib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Xortıtsya” əməliyyat-strateji qoşun qruplaşmasının nümayəndəsi Viktor Trequbov məlumat verib.
Məlumata görə, bu bölgədə 100 mindən çox şəxsi heyətdən ibarət düşmən qruplaşması toplanıb.
Trequbov bildirib ki, hazırda cəbhədə iki əsas aktiv istiqamət var:
- Pokrovsk istiqaməti (xüsusilə Konstantinovka tərəfi);
- Novopavlovsk istiqaməti (Rusiya qüvvələrinin Donetsk və Dnepropetrovsk vilayətləri sərhədinə çatmaq cəhdi).
Hər iki istiqamətdə vəziyyətin olduqca gərgin olduğunu qeyd edən Trequbov, digər cəbhə xəttlərində isə döyüşlərin kəskin azaldığını və əsas diqqətin Pokrovsk və Novopavlovsk istiqamətlərinə yönəldiyini bildirib.
Trequbov bildirib ki, xüsusilə Pokrovsk istiqamətində rusların hücumlarının qarşısını almaq hazırda əsas prioritetdir.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 09 İyul 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















