Icma.az
close
up
RU
Ruslar primitiv millətdir Vatslav Nedomanski

Ruslar primitiv millətdir Vatslav Nedomanski

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Hər bir millətdə öz səviyyəsinə uyğun olmayan insanlar var, lakin əksər hallarda vəziyyət belə deyil..."

Çexoslovakiya milli xokkey komandasının keçmiş hücumçusu Vatslav Nedomanaski rusları "primitiv millət" adlandırıb. Rusiya Dövlət Dumasından sərt açıqlama verilib.

Moderator.az xəbər verir ki, bu barədə "sport-express net" nəşri məlumat verib.

Rusiya Dövlət Dumasının deputatı Svetlana Jurova Çexoslovakiya milli xokkey komandasının keçmiş hücumçusu Vatslav Nedomanskının rusları primitiv millət adlandırmasına dair sərt açıqlamasına münasibət bildirib.

"Belə bir bəyanatı o, mövzunu kifayət qədər bilməməsi və cahillik səbəbilə verib. Sadəcə, Rusiyada keçirilmiş idman tədbirlərini, məsələn, futbol üzrə dünya çempionatını xatırlasaq, görərik ki, müxtəlif ölkələrdən gələn, ruslarla qərəzsiz və stereotiplərsiz üzləşən çoxsaylı azarkeşlər bizim və ölkəmiz haqqında xoş təəssüratla ayrılıb", - o, vurğulayıb.

"İdman müxtəlif mifləri və qərəzləri dağıdır. Nedomanskının bəyanatına qayıdaraq, düşünürəm ki, o, bu sözləri, sadəcə, məlumatsızlıqdan deyib. Əlbəttə, hər bir millətdə öz səviyyəsinə uyğun olmayan insanlar var, lakin əksər hallarda vəziyyət belə deyil," - Jurova deyib.

Rusiya Dövlət Dumasının deputatı Nedomanskının bəyanatını İkinci Dünya Müharibəsi dövründə alman feldmarşalı Fridrix Paulusun fikirləri ilə müqayisə edib.

"Vaxtilə əsirlikdə olan feldmarşal Paulus etiraf edib ki, Rusiya və onun insanları haqqında daha dəqiq təsəvvürü olsaydı, Rusiya ilə müharibəyə fərqli yanaşardı. Əvvəllər o, rusları emosional cəhətdən qeyri-sabit, iradəsiz və qətiyyətli hərəkətə qadir olmayan insanlar kimi görüb", - o, deyib.

"Paulus hesab edib ki, bu təsəvvürün yaranmasında Dostoyevski günahkardır, çünki o, ruslar haqqında fikirlərini məhz onun əsərləri əsasında formalaşdırıb. Zamanında hətta bizim yazıçılar Rusiyanı bu cür işıqlandırıb, bu da əcnəbilərdə həmişə düzgün təsəvvür yaratmayıb," - Jurova əlavə edib.

Rusiyanın xokkey üzrə milli komandası 2022-ci ildən Beynəlxalq Xokkey Federasiyasının (IIHF) himayəsi altında keçirilən beynəlxalq turnirlərdən uzaqlaşdırılıb. 2024-cü ilin fevralında IIHF bu qadağanı uzadıb.

Nedomanski 10 dünya çempionatında (1965–1974) və iki Olimpiya turnirində (1968, 1972) iştirak edib. 1972-ci ildə o, Çexoslovakiya komandası ilə Praqada keçirilən dünya çempionatını qazanıb. 2019-cu ildə Nedomanski Xokkey Şöhrət Zalına daxil edilib. O, bu ada layiq görülən Dominik Haşekdən sonra ikinci çexdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Yanvar 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see392

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see366

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see350

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see297

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see295

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see251

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see242

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see214

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see213

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see205

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see202

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see195

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see193

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see192

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see183

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see182

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see180

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see176

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri