Ruslar Qarabağda tikdi, Bakı “sökülsün” dedi Erməniləri həyəcanlandıran çağırış
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Xankəndidə ermənilərə məxsus “Biz və bizim dağlar” abidəsinin sökülməsi ilə bağlı çağırışlar artır. Qarabağda separatçıların qurduğu bir neçə abidə artıq sökülüb. Lakin ərazidə yaşayan ermənilərin ən məşhur simvollarından hesab edilən “Biz və bizim dağlar”ın saxlanılması müzakirələrə səbəb olub.
Bəzi analitiklərin fikrincə, bu cür abidələrin tamamilə ləğv edilməsi Bakını beynəlxalq təzyiqlərlə üz-üzə qoya bilər. Azərbaycanın məsələyə yanaşmasında həmçinin, regionda sülhün qorunması, sosial və etnik gərginliyin artırılmaması kimi strateji səbəblərin də rol oynadığı düşünülür.
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, işğaldan azad olunan ərazilərdə separatçı xunta rejimi tərəfindən inşa edilən tikililərin sökülməsi, həm Azərbaycan qanunlarına, həm də beynəlxalq hüquqa uyğun bir məsələdir: Marqarita pizza
“Beynəlxalq hüquqda işğal olunmuş ərazilərdə işğalçıların inşa etdirdiyi tikililərin sökülməsi bu torpaqların əsl sahibi olan dövlətin hüququdur. Azərbaycan da məhz bu addımı atır. Yəni sözügedən hüququndan istifadə edərək yalnız 1991-ci ildən sonra işğal, faşizm, şovinizm, irqçilik və terrorizmi simvolizə edən tikililəri söküb. Bu siyahıya keçmiş xunta rejiminin “parlament binası” da daxildir”.
Politoloq qeyd edib ki, Azərbaycan Qarabağda hələ separatizm başlamadan əvvəl, SSRİ-nin qərarı ilə tikilən binalara toxunmur:
“Onlar üzərində sadəcə olaraq restavrasiya və bərpa işləri aparılır. Lakin Ermənistan və separatçıların dəstəyi ilə inşa edilmiş hər bir tikili qeyri-qanunidir, sökülməlidir. Bu kateqoriyaya aid olan digər abidələr də eyni şəkildə söküləcək. Xüsusilə 2020-ci ildən sonra bölgəyə yerləşən Rusiyanın sülhməramlı kontingentinin iştirakı ilə qoyulmuş bəzi abidələrin də sökülməsi tamamilə qanunauyğundur. Bu baxımdan, Azərbaycanı hər hansı bir pozuntuda günahlandırmaq yersizdir.
Bölgədə hələ də qalmaqda olan terrorizm, işğal və faşizmi simvolizə edən tikililərin sökülməsi ilə bağlı çağırışlar tamamilə haqlıdır. Qeyd etdiyim kimi, Azərbaycanın bu addımları atması beynəlxalq hüquqa və özünün suveren hüquqlarına tam uyğundur. Həmçinin, işğal dövründə tikilən və sadaladığım kateqoriyaları simvolizə edən obyektlərin sökülməsi şərtdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 04 Avqust 2025 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















