Icma.az
close
up
RU
Ruslar Qarabağda tikdi, Bakı sökülsün dedi Erməniləri həyəcanlandıran çağırış

Ruslar Qarabağda tikdi, Bakı sökülsün dedi Erməniləri həyəcanlandıran çağırış

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Xankəndidə ermənilərə məxsus “Biz və bizim dağlar” abidəsinin sökülməsi ilə bağlı çağırışlar artır. Qarabağda separatçıların qurduğu bir neçə abidə artıq  sökülüb. Lakin ərazidə yaşayan ermənilərin ən məşhur simvollarından hesab edilən “Biz və bizim dağlar”ın saxlanılması müzakirələrə səbəb olub.

Bəzi analitiklərin fikrincə, bu cür abidələrin tamamilə ləğv edilməsi Bakını beynəlxalq təzyiqlərlə üz-üzə qoya bilər. Azərbaycanın məsələyə yanaşmasında həmçinin, regionda sülhün qorunması, sosial və etnik gərginliyin artırılmaması kimi strateji səbəblərin də rol oynadığı düşünülür.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, işğaldan azad olunan ərazilərdə separatçı xunta rejimi tərəfindən inşa edilən tikililərin sökülməsi, həm Azərbaycan qanunlarına, həm də beynəlxalq hüquqa uyğun bir məsələdir:

“Beynəlxalq hüquqda işğal olunmuş ərazilərdə işğalçıların inşa etdirdiyi tikililərin sökülməsi bu torpaqların əsl sahibi olan dövlətin hüququdur. Azərbaycan da məhz bu addımı atır. Yəni sözügedən hüququndan istifadə edərək yalnız 1991-ci ildən sonra işğal, faşizm, şovinizm, irqçilik və terrorizmi simvolizə edən tikililəri söküb. Bu siyahıya keçmiş xunta rejiminin “parlament binası” da daxildir”.


Oqtay Qasımov

Politoloq qeyd edib ki, Azərbaycan Qarabağda hələ separatizm başlamadan əvvəl, SSRİ-nin qərarı ilə tikilən binalara toxunmur:

“Onlar üzərində sadəcə olaraq restavrasiya və bərpa işləri aparılır. Lakin Ermənistan və separatçıların dəstəyi ilə inşa edilmiş hər bir tikili qeyri-qanunidir, sökülməlidir. Bu kateqoriyaya aid olan digər abidələr də eyni şəkildə söküləcək. Xüsusilə 2020-ci ildən sonra bölgəyə yerləşən Rusiyanın sülhməramlı kontingentinin iştirakı ilə qoyulmuş bəzi abidələrin də sökülməsi tamamilə qanunauyğundur. Bu baxımdan, Azərbaycanı hər hansı bir pozuntuda günahlandırmaq yersizdir.

Bölgədə hələ də qalmaqda olan terrorizm, işğal və faşizmi simvolizə edən tikililərin sökülməsi ilə bağlı çağırışlar tamamilə haqlıdır. Qeyd etdiyim kimi, Azərbaycanın bu addımları atması beynəlxalq hüquqa və özünün suveren hüquqlarına tam uyğundur. Həmçinin, işğal dövründə tikilən və sadaladığım kateqoriyaları simvolizə edən obyektlərin sökülməsi şərtdir”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Avqust 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri