Rusların ev almağa maraq göstərdiyi beş ölkənin adı açıqlanıb AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 22 noyabr, AZƏRTAC
Bu il ruslar Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) mənzil almağa daha çox üstünlük veriblər.
AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, “NF Group” konsaltinq şirkətinin araşdırmasına görə, BƏƏ daşınmaz əmlak almaq üçün rusiyalılar arasında ən populyar xarici ölkəyə çevrilib.
Ekspertlərin sözlərinə görə, bir il əvvəl ruslar ən çox Türkiyədə ev və mənzil alırdılar. Daşınmaz əmlak alışında lider dəyişikliyi Türkiyədə yaşamaq icazəsi almaq üçün yeni siyasətin tətbiqi, həmçinin pul köçürmələri ilə bağlı çətinliklər səbəbindən baş verib.
Bildirilir ki, 2024-cü ildə Avropada daşınmaz əmlak almağa maraq nəzərəçarpacaq dərəcədə artıb: Macarıstan ruslar arasında ən populyar məkanlar arasında ikinci, Fransa isə üçüncü yerdədir. Daşınmaz əmlaka tələbin sabit qaldığı Yunanıstan dördüncü yerdə qərarlaşıb. Beşinci yeri isə İndoneziya, Tailand və İspaniya bölüşür.
Baxış sayı:109
Bu xəbər 22 Noyabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















