Ölkənin xalis maliyyə aktivləri artıb AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 11 dekabr, AZƏRTAC
2024-cü ilin 9 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 1 milyard 390,9 milyon dollar artıb.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (584 milyon dollar), portfel investisiyaları (724,5 milyon dollar) və digər investisiyalar (82,4 milyon dollar) hesabına formalaşıb.
Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 2 milyard 179,6 milyon dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-235,6 milyon dollar), neft bonusu (457,8 milyon dollar), portfel investisiyaları (-960,6 milyon dollar) və digər investisiyalar (-1 441,2 milyon dollar) hesabına formalaşıb.
Baxış sayı:150
Bu xəbər 11 Dekabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















