Icma.az
close
up
RU
Russo “Boka”nı zirvəyə çıxarıb dünyasını dəyişdi...

Russo “Boka”nı zirvəyə çıxarıb dünyasını dəyişdi...

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Boka Xuniors” matəmə bürünüb. Komandanın baş məşqçisi Migel Anxel Russo vəfat edib.

"Football-plus.az" xəbər verir ki, mövsümün qızğın çağında baş verən bu hadisə Argentina futbol ictimaiyyətini də kədərə boğub.
Ağır xəstəliyə məğlub oldu...
Russo oktyabrın 8-də 69 yaşında dünyasını dəyişib. Buenos Ayres klubunun yaydığı məlumatda belə bildirilib: “Migel Anxel Russonun vəfat etdiyini böyük məyusluq hissi ilə bəyan edirik. O, klubumuzun tarixində silinməz iz buraxdı və xatirələrdə hər zaman sevincin, səmimiyyətin və zəhmətkeşliyin nümunəsi kimi qalacaq. Bu kədərli anda onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Həmişəlik əlvida, əziz Migel”.
Xatırladaq ki, 2017-ci ildə Russoya ciddi xəstəlik – prostat xərçəngi diaqnozu qoyulmuşdu. Məşqçi o vaxtdan müalicə kursu keçsə də, ötən 8 il ərzində müxtəlif klublarda işləyib. Yəni sevimli işini heç vaxt dayandırmayıb.
Sentyabrın əvvəlində səhhəti pisləşən Russo sidik yollarının infeksiyası ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlər bir neçə gün klinikada qalan qocaman mütəxəssisə işbaşına qayıtması üçün icazə vermişdilər. Lakin səhhətində növbəti problem yarandı. Russo sentyabrın sonunda məşqdən sonra susuzluq əlamətləri ilə yenidən xəstəxanalıq olmuşdu. Maraqlıdı ki, komandanı klinikadan idarə etməyə çalışırdı. “Boka Xuniors”un məlumatında “biz onunla və həkimlərlə daim əlaqə saxlayırıq. O, klubda baş verən hər şeydən xəbərdardı” deyə bildirilmişdi.
Komanda Russosuz iki oyun keçirdi. “Defensa y Xustisiya”yaya 1:2 hesabıyla uduzan paytaxt təmsilçisi “Nyuellz Old Boyz”un qapısından 5 cavabsız top keçirdi. Bu matçlarda “göy-sarılar”a Russonun köməkçisi Klaudio Ubeda başçılıq etdi. O, oktyabrın 5-də böyükhesablı qələbədən sonra futbolçulara Russonun son oyunları izlədiyini söyləmişdi. Ancaq baş məşqçi bir daha komandanın başına keçə bilmədi: ayın 8-də uzun müddət mübarizə apardığı ağır xəstəliyə məğlub oldu...
“Boka”nın əfsanəsi
Əslində Russo “Boka”da heç də uzun müddət çalışmayıb. Doğrudu, komandaya üç dəfə - 2007, 2020-21-ci və bu il rəhbərlik edib. Ancaq bu da var ki, heç bir halda komandanın başında iki tam mövsümdən çox qalmayıb. Buna baxmayaraq, ölkə nəhənginin əfsanəsinə çevrilə bildi. Necə? “Boka” onun rəhbərliyi altında bir sıra əhəmiyyətli titullar qazandı: 2007-ci ildə Libertadores Kubokunda qalib gələn komanda 2019/20 mövsümündə Argentina çempionatının və Liqa Kubokunun ən güclüsü oldu.
Klubun rəsmi məlumatında yazılan bu cümlələri də nəzərinizə çatdırırıq:

“Russo Karlos Byanki və Xuan Karlos Lorenso ilə birlikdə “Boka”nı Libertadores Kubokunda qələbəyə daşıyan “üçlüy”ə daxildi. “Bu podiumda olmağı çox sevirəm. Tanrı mənə səxavətli davrandı. “Boka”nın azarkeşləri də səxavətli münasibət bəslədilər. Onlar mənə həmişə sevgi bəslədilər, hətta mən klubda olmadığım vaxtlarda belə bu münasibəti hiss etdim” deyən Migel, sən bunu həm meydanda, həm də ondan kənardakı fəaliyyətinlə qazanmısan”.


Russo futbolçu karyerası ərzində yalnız “Estudiantes”də top qovub. Dayaq yarımmüdafiəçisi yetirməsi olduğu bu klubun formasında 1975-88-ci illərdə 418 matçda meydana çıxaraq 11 qol vurub. Argentina yığmasında 1983-85-ci illərdə 17 oyun keçirib və 1 qola sevinib. 1989-cu ildə məşqçiliyə başlayıb. Uzunmüddətli karyerası ərzində ölkəsində “Lanus”, “Veles Sarsfild”, “Rosario Sentral”, “Kolon”, “Los Andes”, “San Lorenso”, “Rasinq”, “Estudiantes”, Səudiyyə Ərəbistanında “Əl-Nəssr”, Kolumbiyada “Milyonarios”, Meksikada “Moreliya”, İspaniyada “Salamanka”, Peruda “Alyansa Lima”, Paraqvayda isə “Serro Portenyo”nu da çalışdırıb.
O, “Boka”nı zirvəyə çıxarıb dünyasını dəyişdi. Komanda ölkə çempionatının son turunda “Nyuellz Old Boyz” üzərində qələbə ilə bu mövsüm ilk dəfə 1-ci yerə çıxdı. Özü işbaşında olmasa da, bütün ruhu ilə “Boka”nın yanında idi...
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Oktyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri