Icma.az
close
up
RU
“Boka Xuniors” zirvəyə qalxdı, “River Pleyt” isə...

“Boka Xuniors” zirvəyə qalxdı, “River Pleyt” isə...

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Argentina çempionatının Klausura (bağlanış) mərhələsi sona yaxınlaşır.

"Football-plus.az" xəbər verir ki, qrup mərhələsinin 14-cü turundan sonra hər iki qrupun yüksək pillələrində vəziyyət yenidən dəyişdi. B qrupundan 4 komandanın pley-offa erkən vəsiqə qazandığını da qeyd edək.
A qrupunda tura şərikli liderlər kimi başlayan hər iki komanda büdrədi. “Sentral Kordoba” evdə “Rasinq” ilə qolsuz heç-heçəyə razılaşdı. İki xal itkisi kordobalılara 3-cü yerə düşmək bahasına başa gəldi. “Estudiantes” isə öz meydanında “Boka Xuniors”a 1:2 hesabıyla uduzdu. Məğlubiyyət “tələbələr”i 5-ci pilləyə saldı. Yeni baş məşqçisi Klaudio Ubeda ilə ilk qələbəsini qazanan “Boka Xuniors” 12-ci turdan təxirə salınan oyunda “Barrakas Sentral”ı 3:1 hesabıyla məğlub etdi. Ardıcıl iki qələbə ölkə nəhəngini topların daha yaxşı fərqinə əsasən 1-ci yerə çıxardı.
Bu qrupda yarışan “Union” da “Sentral Kordoba” ilə “Estudiantes”in büdrəməsindən maksimum yararlandı. Santa felilər səfərdə “Nyuellz Old Boyz”a minimal hesabla qalib gələrək liderliyə şərik oldular.
B qrupunda hesabat turu “Deportivo Riestra”nın liderliyi itirməsi ilə daha çox yadda qaldı. “San Lorenso”ya məğlubiyyət Qustavo Benitesin komandasını 2-ci pilləyə saldı.
Maraqlıdı ki, tura uyğun olaraq 2-3-cü yerlərdə başlayan “Lanus” ilə “Veles Sarsfild” də uduzdular. Məğlublar turnir cədvəlində hərəyə bir pillə gerilədilər. Liderliyi isə “Rosario Sentral” ələ aldı.
“İnstituto”ya 3:1, 7-ci turdan təxirə salınan oyunda
“Sarmyento”ya 1:0 hesabıyla qalib gələn rosarioluların Klausurada uduzmayan yeganə komanda olduğunu qeyd edək. Turda qeydə alınan nəticələr 4 komandanın - “Rosario Sentral”, “Deportivo Riestra”, “Lanus” və “Veles Sarsfild”in 1/8 finala çıxmasına şərait yaratdı.
Evdə “Ximnasiya”ya uduzan (0:1) “River Pleyt”in 5-ci yerdən 6-ya düşdüyünü də vurğulayaq. “Milyonçular” indi liderdən 9 xal geridədilər.
qrup mərhələsi, 14-cü tur
Sentral Kordoba - Rasinq 0:0
Estudiantes - Boka Xuniors 1:2
Setre, 59-p. – Sebalyos, 49. Merentyel, 90+7-p.
Nyuellz Old Boyz - Union 0:1
Kolaso, 24.
Defensa y Xustisiya - Atletiko Urakan 1:3
Osorio, 47 – L.Ximenes, 19. Leskano, 72. Milyeviç, 82.
Barrakas Sentral - Arxentinos Xuniors 2:0
Bruera, 4; 86.
San Lorenso - Deportivo Riestra 1:0
Kuelyo, 51.
Banfild - Lanus 2:1
Sepulveda, 35. Ausmendi, 68 – Salvio, 90+3.
Veles Sarsfild - Talyeres de Kordoba 0:1
M.Kaseres, 48.
İnstituto - Rosario Sentral 1:3
Kordoba, 36 – Malkorra, 38. Di Mariya, 64-p. Ovando, 67.
River Pleyt - Ximnasiya 0:1
M.Torres, 55-p.
Aldosivi - İndependyente Rivadaviya 3:1
Cyani, 3. Palavesino, 55. Servera, 69 – Arse, 71.
İndependyente - Atletiko Tukuman 3:0
Abaldo, 25. Avalos, 30. Loyola, 55.
Qodoy Krus - San Martin San Xuan 0:0
Platense - Sarmyento 1:1
Ronaldo Martines, 90+1 – Q.Dias, 72.
Belqrano - Tiqre 0:0
6-cı turdan təxirə salınan oyun
İndependyente – Platense 3:0
Avalos, 25. Loyola, 70. Milyan, 89.
7-ci turdan təxirə salınan oyun
Sarmyento - Rosario Sentral 0:1
Di Mariya, 88-p.
12-ci turdan təxirə salınan oyun
Barrakas Sentral – Boka Xuniors 1:3
İnsua, 20 – M.Ximenes, 53; 56. Merentyel, 66.
A qrupu
1. Boka Xuniors 14 6 5 3 24-12 23
2. Union 14 6 5 3 20-13 23
3. Sentral Kordoba 14 5 7 2 16-10 22
4. Barrakas Sentral 14 5 6 3 18-16 21
5. Estudiantes 14 6 3 5 16-15 21
6. Banfild 14 6 2 6 14-19 20
7. Belqrano 14 4 7 3 13-10 19
8. Tiqre 14 4 7 3 13-11 19
9. Rasinq 14 5 4 5 14-13 19
10. Defensa y Xustisiya 14 5 4 5 14-16 19
11. Atletiko Urakan 14 5 4 5 9-12 19
12. Arxentinos Xuniors 14 5 3 6 15-12 18
13. İndependyente Rivadaviya 14 2 6 6 12-17 12
14. Aldosivi 14 3 3 8 8-16 12
15. Nyuellz Old Boyz 14 2 5 7 11-22 11
B qrupu
1. Rosario Sentral 14 8 6 0 18-7 30
2. Deportivo Riestra 14 8 3 3 18-10 27
3. Lanus 14 8 2 4 16-11 26
4. Veles Sarsfild 14 7 4 3 19-10 25
5. San Lorenso 14 6 4 4 12-10 22
6. River Pleyt 14 6 3 5 20-13 21
7. San Martin San Xuan 14 4 6 4 10-11 18
8. Talyeres de Kordoba 14 4 5 5 8-12 17
9. Sarmyento 14 4 4 6 10-15 16
10. Ximnasiya 14 5 1 8 9-16 16
11. Atletiko Tukuman 14 4 3 7 14-18 15
12. İnstituto 14 3 6 5 8-15 15
13. İndependyente 14 2 6 6 12-13 12
14. Platense 14 2 6 6 12-21 12
15. Qodoy Krus 14 1 8 5 9-16 11
Bombardirlər: R.Martines (Platense) - 8, Di Mariya (Rosario Sentral) -7, Kastilyo (Lanus), X.Errera (Deportivo Riestra) - 6.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Noyabr 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri