Rüstəm Orucov: “IJF Akademiyasının üzvü olduğum üçün fəxr edirəm”
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bütün dünyada cüdo məşqçilərinin inkişafına töhfə verərək IJF Akademiyasının üzvü olmaqdan qürur duyuram”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycanın cüdo veteranı Rüstəm Orucov deyib.
O bildirib ki, Akademiyanın komandası Küveytdə 60-a yaxın məşqçinin qatıldığı intensiv hazırlıq kursu keçib.
Orucov onlar üçün gərgin və faydalı həftə olduğunu vurğulayıb: "Biz cüdonun əsas prinsiplərinə diqqət yetirib, məşqçilərə hərəkət, strategiya və texniki icra anlayışlarını təkmilləşdirməyə kömək etdik. Cüdo sadəcə bir texnika deyil, həm idmançıları, həm də liderləri formalaşdıran köklü bir fəlsəfədir.
Təcrübələrimi bölüşməkdən və davamlı öyrətmə prossesinin bir hissəsi olmaqdan həmişə şərəf duyuram. İmtahandan uğurla keçən hər kəsi təbrik edirəm - əminəm ki, gələcəkdə yollarımız yenidən kəsişəcək”.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 06 Fevral 2025 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















