Rüsum artır, Çin maşınları isə azalmır SƏBƏB
Icma.az, Avtosfer saytına istinadən bildirir.
2024-cü ildə Avropa İttifaqı ucuz Çin avtomobillərinin idxalının qarşısnı almaq üçün rüsumları artırdı. Şirkətlərə dövlət dəstəyini əsas gətirən rəsmi Brüssel hər çinli istehsalçıya fərqli rüsum tətbiq etdi. Bəs 2 ildən sonra nəticə necə oldu?
Avtosfer.az xəbər verir ki, vəziyyəti “Transport & Environment France” (T&E) təşkilatı araşdırıb. Təşkilatın hesabatına görə, kağız üzərində vəziyyət yaxşılaşıb. 2026-cı ilin birinci rübündə Avropa bazarında Çin elektromobillərinin payı 17 faizə enib. Halbuki, 2024-cü ilin ortalarında göstərici 22 faiz idi. T&E bu geriləməni Avropanın zəfəri hesab etmir. Çin zavodları istehsalın bir qismini digər Asiya ölkələrinə köçürüb. Çin avtomobillərinin Avropa bazarına illik ixracı 350 min ədəd ətrafında sabitləşib.
Bununla yanaşı, Çin istehsalı olan Avropa modellərinin payı 2 ildə 38 faizdən 23 faizə enib.
Görülən tədbirlərə rəğmən Çin avtomobillərinin qiymətində ciddi artım müşahidə edilməyib. Digər tərəfdən, çinli istehsalçılar hazırda rüsum tətbiq edilməyən doldurulabilən hibridlərlə bazarı doldururlar. Bunun üçün də müvafiq qanun hazırlanır.
Təşkilat hesab edir ki, Avropa Komissiyasının ekoloji normaları sərtləşdirməsi qitənin istehsalçılarını model sayını azaltmağa vadar edir. Nəticədə Avropa bazarında Çin elektromobillərinin payı artır.
Hesabat müəllifləri deyirlər: Bura qədər danışılanlar bu günün mənzərəsidir. Türkiyə, İspaniya və Macarıstandakı zavodları istehsala başladıqda isə, çinlilər Avropa bazarında avtomobillərini ümumiyyətlə rüsumsuz sata biləcəklər.
Vüqar Yaşaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 23 İyul 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















